Ana səhifə

HARAM MALDAN İKRAM


YazdırSend to friend

Bu yazımda toxunmaq istədiyim məsələ bir çox müsəlmanı narahat edən məsələdir.

Bəzən yaxınlarımızdan malı haram yolla qazanan kimsələrə qonaq getməli oluruq vəya bu kimsələr bizə hədiyyə edirlər.

İslam şəriətinə görə, belə adamların ikram etdikləri yeməkləri yemək və hədiyyələrini qəbul etmək caizdirmi?

Bu məsələylə əlaqəli hökmlər nələrdir?

Hənəfi Fuqahasından Abdullah bin Mahmud Əl Məvsili (599–683 h/1203–1284 m) "Əl Muxtar lil Fətva" kitabı üzərinə yazdığı "Əl İxtiyar li Təlilil Muxtar" isimli əsərində bu barədə deyilir:

"Zalım əmirlərin hədiyyəsini qəbul etmək caiz deyil. Çünki, onların malının çoxu haramdır.

Ancaq onların malının çoxunun ticarət və əkinçilikdən qazanmaq surətilə halal olduğunu bilərsə qəbul edilməsində bir bəis yoxdur. Çünki, insanların malları az miqdarda haramdan xali olmaz. Mötəbər olan malın çox hissəsidir.

Onların yeməklərini yeməkdə belədir." (Qaynaq: Abdullah bin Mahmud Əl Məvsili: Əl İxtiyar li Talilil Muxtar: 4/187..Darur Risalətil Aləmiyyə)

***

Hənəfi fəqihlərindən “Əl Muhit Əl Burhani” adlı kitabın sahibi Burhanuddin Əl Mərğinani (551-616 h/ 1156-1219 m) bu barədə deyir:

"Səhabələr və onlardan sonra gələnlər, zalım əmirlərdən hədiyyə qəbul etməyin caizliyində ixtilaf ediblər.

İbn Abbas və İbn Ömər – Allah onlardan razı olsun – Muxtarın (Muxtar bin Əbi Ubeyd Əs Saqafi) hədiyyəsini qəbul edərdilər.

İbrahim ən Nəxaidən bunu caiz saydığı rəvayət edilmişdir.

Əbu Zərr və Əbud Darda bunu caiz saymazdılar.

Əlidən – Allah ondan razı olsun – belə dediyi rəvayət edilmişdir: "Sultan malını halaldanda haramdanda əldə edər. Sənə bir şey verdiyi zaman onu al. Çünki sənə verdiyi şey sənə halaldır."

Bu mövzuda məzhəbin hasil olmuş rəyi budur ki, əgər onun malının çoxu rüşvət və haramdan əldə edilibsə - bu verilən şeyin halal yolla əldə edildiyini bilmədiyi müddətcə - mükafatı qəbul etmək halal deyil.

Əgər ticarət və əkinçilik kimi şeylərlə məşğul olub, malının çoxu bundandırsa - bu verilən şeyin haram yolla əldə edildiyini bilmədiyi müddətcə - onun verdiyi mükafatı qəbul etməkdə bir bəis/problem yoxdur.

Rəsulullahın – aleyhissalam – bəzi müşriklərin hədiyəsini qəbul etməsində bizim görüşümüzə bir dəlil vardır.

"Uyunul Məsail" adlı kitabda deyilir: Malının çoxu haramdan olan bir adam başqasına hədiyə edər və ya onu qonaq edərsə - bu malın halal olub, onu borc və ya miras aldığından xəbərdar olmadığı müddətcə - qəbul etməməsi və ikram etdiyi yeməkdən yeməməsi lazımdır.

Əgər ikram edənin malının çoxu halaldandırsa – bu ikram edilən şeyin haram olduğu ona aydın olmadığı müddətcə - qəbul etməsində bir bəis/problem yoxdur.

Çünki insanların malı haramın çoxundan xali olsada azından xali olmaz.

Malın çox olan qismi etibara alınar və hökm də bunun üzərinə bina edilər." (Qaynaq: Burhanuddin Əl Mərğinani: Əl Muhit Əl Burhani: 5/367..Beyrut: Darul Kutubil İlmiyyə: 1424/2004)

***

Hənəfi fəqihlərindən İbn Nuceym Əl Misri (v. 970 h/1563 m) bu haqda deyir:

"Səkkizinci: Hədiyyə verən şəxsin malının çoxu halaldırsa - (hədiyyə edilən malın məhz özünün) haramdan olduğu ortaya çıxmadığı müddətcə - onun hədiyyəsini qəbul etməkdə, yeməyini yeməkdə bir bəis/yoxdur.

Əgər malının çoxu haramdırsa, hədiyyə edən "bu halaldır, miras aldım və ya borc aldım" demədikcə hədiyyəsini qəbul etməz, yeməyini yeməz." (Qaynaq: İbn Nuceym: Əl Əşbəh vən Nəzair: 1/125..Diməşq: Darul Fikr: 1426/2005)



17-10-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz