Ana səhifə

Harama baxmağın məsuliyyəti nədir? Olduğum mühitdə qadınlar da var; belə bir mühitdə özümü günahlardan qorumaq üçün nə etməliyəm?


YazdırSend to friend

"Möminlərə söylə gözlərini qorusunlar." (1)

    Buradakı "möminlər" sözü ümumidir; qadın kişi bütün müsəlmanları əhatə edir. Çünki Qur'an'daki bütün xitablar ümumidir. (2)

   "Mömin qadınlara da söylə gözlərini (yerə) endirsinlər (kişilərə baxmasınlar), namuslarını qorusunlar." (3)

     deyə ikinci xəbərdarlığın gəlməsini İmam Qurtubi belə izah edir:

   "Burada uca Allah'ın qadınlara xüsusi olaraq xitab etməsi təkid üçündür. Çünki "Mö'minlər'ə söylə" sözü kifayətdir. Bu söz âm (ümumi) bir ləfz olub qadın-kişi bütün möminləri əhatə edir." (4)

    Zinaya yaxınlaşmasınlar, namusunu qorusunlar və bəziləri gözləri haramdan qorumaq əmrinin təkcə kişilərə aid olduğunu zənn etməsinlər deyə uca Allah təkid üçün ikinci bir xatırlatma etmişdir. (5)

     Peyğəmbər xanımı, Ümmü Sələmə (Allah ondan razı olsun) nəql edir:

"Mən və Meymunə ikimiz birlikdə Rəsulullah sallallahu əleyhi və səlləm'in yanındaydıq. Yaşlı, kor (gözləri görməyən) bir qoca olan Abdulah ibn Ümmi Məktum bizə doğru yönəldi. Bunun üzərinə Rəsulullah (sav) bizə:

"Qalxın və hicablanın (örtünüzə burunun)" dedi. Mən dedim ki:

"Ey Allah'ın Rəsulu, o bizi görməyən və bizi tanımayan bir kor deyil mi?" Rasululah (sav):

"O kor, bəs yaxşı ikiniz? Sizlər onu görmürsünüzmü?" buyurdu (6)

   Bir düşünək, Hz Peyğəmbər (aleyhissalatu vəssəlam) xanımlarının iffətinin kamalını, ürəklərinin təmizliyini bildiyi halda, yaşlı və kor bir qocaya qarşı təsəttürə bürünmələrini və ona baxmamalarını istəyir. Gözəlliyi qalmamış, yaşı ötmüş, gözləri kor və hər cür dünya zövqündən uzaq bir qocaya qarşı Hz Peyğəmbər aleyhissalamın  bu cür diqqət göstərməsi uca Allah'ın əmrinə bağlılıq üçündür. (7)

"Evlərinizdə oturun, ilk cahiliyyə qadınlarının nazlanaraq küçədə gəzdiyi kimi gəzməyin." (8)

   "Bu ayə Rasulullah`ın (aleyhissalatu vəssəlam) xanımlarının qəlbindən başqalarını düşünməyi silməyə yönəlmiş olduğu kimi, "fitnə və günahdan qorunmuşam, özümə sahibəm" deyənlərin bu yalnış fikirlərini rədd etmək üçündür. Çünki insan fitrəti davam etdiyi müddətcə iki cins bir-birinə qarşı əmin ola bilməz. (9) Necə ki Yusuf aleyhissalam:

"Mən nəfsimi təmizə çıxartmıram, çünki hər nəfis pisliyi əmr edər." (10)

   deyir və özünün nəfsə uyaraq pislik etməməsini "Rəbbimin qoruması müstəsna" deyərək Cənabi-Haqqın qorumasına bağlayır.

    İmam Qurtubi bu ayənin təfsirində deyir ki:

"Allah'ın Peyğəmbəri belə nəfsinin təmiz olmasını kərih (pis) gördüyü üçün" nəfsimi təmizə çıxartmıram "(11) dedi. Çünki nəfsi təmizə çıxarmaq zəmm edilmiş, xoş qarşılanmamışdır." (12)

   İndi burada durub yaxşıca düşünmək lazımdır. Bir peyğəmbər öz nəfsinin təmiz olduğunu, qadınlarla qaynayıb qarışmasının qəlbini pozmayacağını söyləyə bilmir. Uca Allah'ın qoruması, yardımı olmasa, nəfsiylə baş-başa qalsa nəfsinin, istədiyini etdirə biləcəyini söyləyir. Amma bəzi insanlar qadınlarla kişiləri eyni məkanda toplayaraq onlara dini söhbətlər edir. Qadınlarla salamlaşır, sənli, mənli danışır. "Bunlar İslama uyğun gəlirmi?" deyə soruşduqda isə "O nəfsini öldürmüş! .." deyirlər. Halbuki nəfsin ölmədiyini Uca Allah peyğəmbərinin diliylə bizə bildirir.

    Bu barədə ən açıq ayə isə Nur surəsi 31-ci ayədir:

"Zinətlərini göstərməsinlər ..." (13)

   ayəsi, mömin xanımların zinətlərini və zinət yerlərini və gözəlliklərini yad kişilərə göstərmələrini qəti bir əmrlə qadağan edir.

   Yenə bu məsələ ilə əlaqədar olaraq Hz. Ali`dən (Allah ondan razı olsun) rəvayət edilən çox açıq-aydın bir hədis-i şərif vardır.

   Hz. Muhamməd (aleyhissalatu vəssəlam) Əfəndimiz Vida Həcci əsnasında əmisi oğlu İbni Abbası (Allah ondan razı olsun) özündən sonra nəzarətçi və qoruyucu olaraq buraxdı. Hasəm qəbiləsindən gözəl bir cariyə Rəsulullah aleyhissalatu vəssəlam'dən fətva soruşmaq üçün gəlincə Hz Peyğəmbər (aleyhissalatu vəssəlam) cariyəyə baxmaması üçün İbni Abbas`ın (Allah ondan razı olsun) boynunu çevirdi.

Abbas (Allah ondan razı olsun)

"Ey Allah'ın Rəsulu əmi oğlunun boyununumu çevirirsən?" dəyincə

Rəsulullah;

"Bir gənc oğlan və bir gənc qız gördüm. Bu ikisinə şeytandan əmin ola bilmədim." dedi. (14)

   "İndi düşünün həcc ibadəti üçün gələn insanların bir-birinə baxmalarının fitnəyə və hiyləgər şeytanın vəsvəsəsinə vəsilə olmasından əmin olmaq olmur. Yaxşı kor, cahil və dinə görünüşdə inandığını söyləyən və günahsızlık iddiasında olanların halını? Bunlar yaşlı qoca aldanması ilə gənc qızları toplayıb onlardan camaat meydana gətirirlər. Bu çox böyük bir bəla və şəriətə qarşı işlənmiş bir cinayətdir. "(15)

   Heç kim nəfsindən əmin ola bilməz. Çünki insan fitrəti hər iki cinsin bir-birinə qarşı bəzi hislər duymasını qaçınılmaz edir. Əgər haramdan qorunma olmasa, insanlar gözlərini qorumasa insanın özündən əmin olması mümkün deyildir. Necə ki Hz Peyğəmbər aleyhissalatu vəssəlam'in Hz. Ali`ni (Allah ondan razı olsun.)  xəbərdar etməsi bu xüsusu ən gözəl şəkildə bəyan edir:

"Hz Peyğəmbər (aleyhissalatu vəssəlam) bir gün Hz. Ali`yə (Allah ondan razı olsun) belə dedi:

"Ey Ali, şübhəsiz ki cənnətdə sənin üçün bir köşk vardır. Bir baxışa ikincisini əlavə etmə. Birincisi sənin üçün mübahdır. Lakin bunda başqa baxmağa haqqın yoxdur." (16)

   Bu hədisdə qeyd edilən birinci baxışdakı məqsəd, heç bir qəsd olmadan qəfil gözə görünəndir. Bunda hər hansı bir günah yoxdur. Əgər bu qəfil baxışdan dərhal sonra qadının cazibəsi, gözəlliyi təsir edər də, təkrar baxılarsa məhz bu baxış günahdır, qadağandır. (17)

   Cərir b. Abdullah Əl- Cəbəli (Allah ondan razı olsun) nəql edir:

"Rəsulullah (aleyhissalatu vəssəlam) 'e qəfil (ani) baxış nədir, deyə soruşdum. Mənə dedi ki:

"Baxışını çevir." (18), yəni ikinci dəfə baxma. Çünki fitnə və şəhvətdən əmin ola bilməzsən. (19)

    Rəsulullah (aleyhissalatu vəssəlam) qadınlı kişili qarışıq toplantıları qadağan etdiyi kimi bir qadının, başqa bir qadını ərinə danışmasını da qadağan etmişdir.

    Hz Peyğəmbər (aleyhissalatu vəssəlam) belə buyurur:

"Bir qadın, digər bir qadını sanki görürmüş kimi ərinə anlatmasın." (20)

   Yad bir qadının təsvir edilməsi ona baxmaq yerinə keçər. Ərində ona qarşı diqqətin oyanmasına səbəb olar. Rəsulullah (aleyhissalatu vəssəlam) ehtiyati bir tədbir olaraq belə davranmağı qadağan etmişdir.

   Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir: Rəsulullah (aleyhissalatu vəssəlam) buyurdu ki:

- Gözlərin zinası baxmaqdır,

- Dilin zinası danışmaqdır,

- Elin zinası toxunmaqdır, hər nəfis arzu edər və iştahlanar. Fərc (insanın cinsi üzvü) isə ya yalanlayar ya da doğrular. "(21)

İmam Nəvəvi (Allah ona rəhmət eləsin) bu hədisin şərhində bunları söyləyir:

''Burada məcazi bir zina vardır. Bu zina ya haram baxışla, yaxud zinaya aparacaq şeyləri dinləməklə, yaxud yad birinə toxunmaq ya da öpməklə, yaxud ayaqlarla zina etmək üçün yeriməklə, yaxud yadlarla haram olan söhbətlər etməklə, yaxud qəlb ilə düşünməklə işlənər; məhz bütün bunlar məcazi zinanın növləridir. "(22)

   Yenə harama baxmaqla əlaqədar olaraq Rəsulullah (aleyhissalatu vəssəlam) belə buyurur:

"(Harama) baxmaq İblisin atılmış oxlarından bir oxdur." (23)

   Bu hədisin mənası qadının kişiyə, kişinin qadına baxması düşmənin nəfsə və qəlbə atdığı bir oxdur. Həm dünyasını həm də axirətini məhv edər, eynilə ox kimi. Oxun ucu bədənin xaricini yaralayıb deşər, digər qismi də içini parçalayar. (24)

   Uzun davam edən söhbətlərdə, məclislərdə rahat ola bilmək və xoş olmayan davranışlardan qorunmaq üçün, qadın və kişi fərqli məkanlarda dayanmalıdır. Həqiqətən İslam əxlaqı baxımından pis də deyil, ən gözəl üsuldur. Bununla yanaşı İslam'ın qadından da kişidən də istədiyi bir örtünmə / təsəttür tərzi vardır. Hər iki tərəf də bunun əsas şərtlərini yerinə yetirdikdən sonra, xəlvət kimi, bədən təması, toxunma kimi, qeyri-cidddi və qeyri rəsmi davranışlar kimi digər əngəllər da olmadıqdan sora bir məkanda ola bilərlər.

    Haşiyələr:

(1) Nur, 31

(2) Əl-Amiri, Ahkâmun 'Nazar, 262; Təhqiqi Məhəmməd Fəzl b. Abdulaziz

(3) Nur, 31

(4) Qurtubi, Təfsir, XII / 226; Əl-âmiri. a.g.e. 262 (dipnottan)

(5) Əl-Amiri, a.g.e. 262

(6) Əbu Davud, Sünən, Libas, 4112; Tirmizi, Ədəb, 1778; Əhməd b. Hənbəl, Müsnəd, VI / 296

(7) Əl-Amiri, a.g.e. 263

(8) Əhzab, 33

(9) Əl-Amiri, Ahkâmu'n-Nazar, 263

(10) Yusuf, 53

(11) Yusuf. 53

(12) Qurtubi, IX / 210; Əl-âmiri, a.g.e. 263

(13) Nur, 31

(14) Tirmizi, Həcc, 885; Əbu Davud, Mənasik, 1935; İbn Macə, Mənasik, 3044

(15) Əl-Amiri, a.g.e. 265

(16) Tirmizi, Ədəb, 2777; Əbu Davud, Nikah, 2149; Əhməd b. Hənbəl, Müsnəd, V / 353, 357; Deyləmi, Müsnəd, 8312

(17) Əl-Amir, a.g.e. 266

(18) Müslim, Ədəb, 11/159; Əbu Davud, Nikah, 2148; Tirmizi, Ədəb, 2776 Əhməd b. Hənbəl, Müsnəd, IV / 361; Təyalisi, Müsnəd, 93

(19) Əl-Amiri, a.g.e. 266

(20) Buxari, Nikah, VI / 160; Əbu Davud, Nikah, 2150; Əhməd b. Hənbəl, Müsnəd, 1/380; Təyalisi, Müsnəd, 35; Deyləmi, Müsnedül Firdevs, 7822

(21) Buxari, istizan, Baku Zina'l-Cevârih. VII / 130. Müslim .. Qədər, 2657 Əbu Davud. Nikah, 2152; Əhməd b. Hənbəl, Müsnəd. II / 317, 379

(22) Nəvəvi, Şərhul-Müslim, XVI / 206: El-âmiri. a.g.e. 268

(23) Hakim, Müstədrək, IV / 314: Deyləmi. Müsnəd. 6872

(24) Əl-âmiri, a.g.e. 268.

(bax. Mustafa KASADAR- Sadiq AKKİRAZ, QADIN İLMİHALİ, s.485-489)

Müəllif: 


10-02-2017 08:13:19