Ana səhifə

Heç bir şey yaradılmadan, insanlar və cinlər yaradılmazdan əvvəl Allahın adlarının təzahürü necə idi?


YazdırSend to friend

 

-             Muhyiddin İbn Ərəbinin mövzuyla bağlı fikri belədir: “Allah məxluqatı yaratmazdan əvvəl bir “AMA”idi. “Amanın” altında da hava, üstündə də hava vardı.” (bax: El-Futuhatu’l-Mekkiye, I/148)

-             İbn Ərəbi bu mövzunu bir hədisi-şərifə əsaslanaraq açıqlayır. Hədisdə belə rəvayət edilir: Əshabdan Əbu Rəzin danışır: Mən: “Ey Allahın Rəsulu! Rəbbimiz məxluqatı yaratmazdan əvvəl haradaydı?” deyə soruşdum. “Allah məxluqatı yaratmazdan əvvəl bir “AMA”da idi. “Amanın” altında da hava, üstündə də hava vardı. Sonra Ərşini su üzərində yaratdı.” deyə cavab verdi. (Ahmed b. Hanbel; IV/11-12; Tirmizi, Tevsir, 12; İbn Mace, Mukaddime, 13)

Alimlərin bildirdiyinə görə, “Ama”da məqsəd “Allah ilə birlikdə heç bir şey yox idi” deməkdir. (Tirmizi, a. g.y.) İbn Macənin rəvayətində bildirilən “Onunla birlikdə heç bir məxluq yox idi” əlavəsi də bu mənanı verir.

İbn Əsir “en-Nihaye fi Garibi’i-Hadisi ve’l-Eser” adlı əsərində bu mövzuda bu məlumatları vermişdir: “Ama” kəlməsi uzanan şəkildə bulud demədir. Bəzi rəvayətlərdəki “Amen” formadakı qısa şəklilə də “Allah ilə birlikdə heç bir şeyin olmadığını” ifadə edir.

Bunun “nazik bulud” mənasında olduğunu deyənlər də var. Bəzi alimlərə görə “Ama” insan ağlının qavraya bilməyəcəyi, insanın dərketmə həddinin fövqündə olan bir anlayışdır.

Məşhur dilçi əl-Əzhəri “Biz buna iman deyirik, ancaq hər hansı bir şəkildə onu vermirik.”deyərək fikrini açıqlamışdır. (bax: A.g.e. III/576 el-Mektebe eş-şamile)

Bəzi alimlər mənanın səhv başa düşülməməsi üçün hədisdə izahedici bir kəlmənin-Ərş kəlməsinin işlədilməsinin vacibliyinə işarə etmişlər. Ona görə “Ey Allahın Rəsulu! Məxluqatı yaratmazdan əvvəl Rəbbimiz hardaydı?” ifadəsi “Rəbbimizin Ərşi hardaydı?” kimidir. Bu kəlmənin işlədilməsi “Allahın Ərşi su üzərindəydi” (Hud surəsi, 11/7) ayəsindəki ifadəyə də uyğundur.

Belə ki, alimlər “Yoxsa onlar Allahın (qəzəbinin) bulud kölgələri içində mələklərlə gəlməsini və işin tamam olmasını gözləyirlər? Şübhəsiz ki, işlər Allaha qayıdacaqdır.” (Bəqərə surəsi, 2/210) ayəsində də “Allahın gəlməsi” ifadəsində əmr kəlməsinin işlədilməsini təqdir etmişdər və “Allahın əmrinin gəlməsi” şəklində başa düşmüşlər. (a.k.ə.)

İbn Ərəbi “Ama”nın Allahın nurunun təzahür etdiyi ilk səhnə olduğunu ifadə etmişdir. (Fütuhat, a.k.ə.)

Hədisi şərifdə işlədilən “Ama” kəlməsinin də köməyilə bu mövzunu, başa düşdüyümüz qədər, belə açıqlaya bilərik:

Hədisdə işlədilən “Ama” anlayışı, mənası nə olarsa olsun, bu müəmmanı ifadə edir. Yəni, varlıq yaradılmazdan əvvəl Allahın adlarının və sifətlərinin necə olduğu bilinməz bir müəmma idi.

Allahın varlığı, birliyi, yaradıcılığı, elmi, hikməti, qüdrəti, bağışlaması, əfvi, qəzəbi, cəlal, camal və kamal sifətlərinin olub-olmadığı bilinmirdi. Bu vəziyyət “Ama” kimi ifadə edilə bilər.

“Mən gizli bir xəzinə idim, özümü tanıtmaq istədim, məxluqatı yaratdım ki, məni tanısınlar.” (Acluni, II/132). Bu hədis, hədis alimlərinin fikrinə görə, sənət baxımından təhlil olunmaqla bərabər, Aliyyul-Kari kimi bəzi alimlər, bunun mənasının doğru və “Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım” (Zariyat surəsi, 51/56) ayəsinə uyğun olduğunu söyləmiş və İbn Abbasın bu ayədəki “ibadət, qulluqda məqsəd Allahı tanımaqdır” kimi açıqlamasını dəlil göstərmişlər. (bax: A.g.y. Aliyyul-Kari,el-Esraru’l-Merfua, səh. 273)

Bu açıqlama İbn Ərəbinin ümumi fəlsəfəsinə uyğun gəlir. Belə ki, İbn Ərəbi sözügedən hədisi belə açıqlamışdır: “Məxluqatı yaratdım ki, mənə bir güzgü olsun və o güzgüdə camalımı görüm.” (Bax: İşaratu’l-İ’caz, səh. 17)

Deməli, məxluqat yaradılmazdan əvvəl günəşin bulud arxasında gizləndiyi kimi, Şəmsi-Əzəli olan Uca Allahın adları və sifətləri o mahiyyəti bilinməyən xəzinədə müəmma idi. “Amanın altında hava, üstündə hava vardı.” Yəni Onunla birlikdə heç bir varlıq yox idi. Kimsə onu tanımırdı. Çünki varlıqdan əsər-əlamət yox idi. Sonra məxluqaı yaratdı və özünü tanıtdı.

“Hər camal və kamal sahibi öz camal və kamalını görmək və göstərmək istədiyi üçün o sultani-zişan da istədi ki, bir yarmarka açsın, içində sərgilər düzsün, bütün insanlara və digər şüurlu varlıqlara səltənətinin həşəmətini, sərvətinin çoxluğunu, sənətinin xariqələrini, öz məharətini göstərsin. Mənəvi camal və kamalını iki yöndən müşahidə etsin: birincisi, şəxsən Özü hər şeyi ehtiva edən elmi ilə və baxışı ilə görsün. İkincisi isə, digər şüurlu varlıqların nəzərilə baxsın.” (bax: Sözlər/11-ci Söz, səh. 120). Bu hissə Əyani-sabitənin tərif edildiyi varlığın ilk səhnəsidir.

 



08-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz