Ana səhifə

Heyvanlara ilham necə verilir?


YazdırSend to friend

   İlham, ağıl nemətindən məhrum olan heyvanlar aləminə Allahın İlahi bir lütfkarlığıdır. O günahsız varlıqlar vəzifələrini ilhamla öyrənib, ilhamla yerinə yetirərlər. İnsanlar şəkər çuğundurundan şəkər hazırlayacaq səviyyəyə gəlmək üçün əsrlər boyu əmək sərf etdiyi halda, ilk arıların bugünkü arılar kimi bal hazırlaya bilmələri ancaq ilhamla açıqlana bilər.

   İnsanlar təyyarə hazırlamaq üçün əsrlərcə çalışmaqlarına baxmayaraq, bütün quşların, ağcaqanadların uçmağı bacarmaları ancaq ilhamla açıqlana bilər. Bəzi mənbələr isə bu İlahi lütfkarlıqlara instinkt deyərək bu sonsuz möcüzələri təbii və təsadüfi saymağa cəhd edirlər.

   İlham, hava qaraldığı zaman bir ağacın budaqları arasında gizlənən sərçələrdən, yuvalarına qayıdan qarışqalara, bir qaya parçasının aralıqlarında gizlənən balıqlardan, meşənin tənha bir küncündə özünə təhlükəsiz yer axtaran ceyrana qədər hər bir canlıya aid olan və hər bir canlını idarə edən bir aləmdir. Hamısı bir ilham ilə qədərinə uyğun olaraq gecələyəcəyi yeri ən gözəl şəkildə təyin edir. Ertəsi gün isə günəşin ilk şəfəqlərinin üfüqdə görünməsi ilə növbənöv və möhtəşəm vəzifə başlayır. Vəzifəlilərin hamısı müəyyən bir hiss ilə yola çıxar, müəyyən bir istiqamətə yönələr, uçar, qaçar, üzər... Amma heç biri hara getdiyini, saatın neçə olduğunu, neçə saat işləyəcəklərini və nə vaxt yuvasına qayıdacağını bilməz. Buna baxmayaraq, hamısının da işi İlahi bir ilhamla mükəmməl şəkildə görülər.

   Heyvanlar özlərinə ilham verən Rəblərini ilhamları vasitəsilə tanıyırlar. Bir heyvan özünün nə olduğunu, yəni neçə ayağı, mədəsi, ciyəri haqqında məlumatı olmasa belə mövcud olduğundan xəbərdardır. Onlar bu varlığı hər zaman qorumaq istər. Əlindən almağa cəhd etsəniz sizdən qaçar. Beləliklə, öz varlığını ilhamla bilən və bundan məmnun olan hər canlının ürəyində bilməyəcəyimiz bir formada bu lütfkarlığa təşəkkür duyğusu mövcuddur. Bəli, özünü bilən Rəbbini də bilməlidir. Bu anlayış heyvanların hamısında mövcuddur. Heyvanlar Rəbləri haqqında çox cüzi də olsa anlayışa sahibdirlər.

    Rastlaşdığımız hər hansı bir heyvan bizim daxili aləmimizi bilməkdən nə qədər uzaqdırsa, biz də onun daxili aləmini bilməkdən o qədər uzağıq. Bizim bildiyimiz onun yalnız bədəni və orqanlarıdır. Qanında nələrin üzdüyünü bilsək belə, onların nələr hiss etdiyini bilmirik. Əgər bir halda ki, heyvanların nə hiss etdiyini bilmirik, onda necə iddia edə bilərik ki, onlar Rəblərini tanımırlar?
 

Müəllif: 


17-01-2012 12:00:00