Ana səhifə

Hidayət Allahdandır, sözü necə başa düşülməlidir?


YazdırSend to friend

Xeyir və şərin Allahdan olması cəhətiylə, insanları hidayətə çatdıran və dəlalətə salan ancaq Odur. İnsanlar bir-birinin hidayət və dəlalətinə yalnız səbəb olarlar. Hidayət və dəlaləti Cənabı Haqqın yaratmasını səhv anlayan bəzi kəslər, "Hidayət Allahdandır, o nəsib etmədikdən sonra insan doğru yola girə bilməz." deyərək, həm başqalarını xəbərdarlıq və irşat etmə yolunu bağlamaqda, həm də özlərini qüsurlarında üzrlü göstərmək istəməkdədirlər.

 

Əvvəl bunu ifadə edək. Cənabı Haqqın dilədiyinə hidayət verməsi caizdir. İnsanları səadətə çatdıran və şəvqətə salan ancaq Odur. Lakin uca Rəbbimizin bir qulunda dəlalət yaratması, o qulun öz cüzi iradəsini sui-istifadə etməsi səbəbiylədir. Yoxsa, qul öz qabiliyyətini dəlalət yoluna yönəltmədikcə, Cənabı Haqq onu o yola sövq etməz. Eyni vəziyyət hidayət üçün də söz mövzusudur. Necə ki insan ruzi üçün lazımlı bütün təşəbbüsləri etdikdən və səbəblərə müraciət etdikdən sonra nəticəni Allahdan gözləyər. Çünki Rəzzaq (ruzi verici) ancaq Odur.

 

İnsan, səbəbləri mükəmməl bir şəkildə yerinə yetirməklə, ruzi əldə etməyə şübhəsiz gözüylə baxa bilməz. Eynilə elə də bir kimsəyə Allahın əmr və qadağanlarını ən gözəl bir şəkildə təbliğ edən insan, nəticəyə qəti gözüylə baxa bilməz. Çünki, Hadi (hidayətə çatdırıcı) ancaq Odur.

 

Allahın dilədiyinə hidayət verməsi isə, hidayət şərtlərinə riayət edən kimsəyə, diləsə hidayət verməsi deməkdir. Yoxsa, "hidayət üçün lazımlı heç bir səbəbə riayətin lazım olmadığı" mənasını verməz. Bu düşüncə tərzi ruzi misalında, tarlaya toxum əkmədən məhsul gözləməyə bənzər.



11-08-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz