Ana səhifə

Hidayət və dəlalət yalnız inanc əsaslarındam olar?


YazdırSend to friend

İman ən böyük hidayət... Bunun zidd isə küfrdür... O halda, dəlalət deyilincə əvvəlcə küfr aydın olacaq. Küfr, iman yolundan azma deməkdir.

 

"Kim imanla küfrü dəyişdirsə, şübhəsiz dümdüz yoldan azmış olar." ( Bəqərə, 2/108 )

 

Tövhid yəni Allahı bir bilmək də başlı başına bir hidayətdir. Elə isə şirk yolu da dəlalətdir.

 

Bu ayədə dəlalət, şirkə düşmək mənasında istifadə edilmişdir:

 

"Allaha ortaq qoşan kimsə, şübhəsiz dərin bir pozğunluğa düşmüşdür." ( Nisa, 4/116 )

 

Əxlaq anlayışını tapdalayıb, heyvan kimi yalnız şəhvət arxasında qaçmaq da doğru yoldan bir azmadır. Əxlaq, hidayət yoludur; ədəbsizliyin hər növü isə dəlalətdir.

 

Bu ayədə dəlalətin bu növü nəzərə verilir:

 

"Onlar heyvan kimidirlər, hətta, yol tərəfindən ( tutduqları yol etibarilə), daha da pozğundurlar." (Furqan, 25/44 )

 

Başda, materializm, təbiətçilik, təkamülçülük olmaq üzrə, İslama zidd hər cür fəlsəfi axın da bir dəlalət yoludur və bunlara tabe olanlar da əhli dəlalətdirlər. Tarix boyunca nə qədər batil düşüncə axınları çıxmış, lakin indiki vaxtda çoxunun mənsubu qalmamışdır.

 

İnsanın qul olduğunu, bu aləmdə qonaq olduğunu və axirətə yolçu olduğunu unudan kəslərdə, qulluğun yerini eqoizm və qürur alar. Öz ruh dünyasını öz ağlıyla şəkilləndirməyə cəhd edən və yalnız nəfsinin razı olacağı bir əxlaq anlayışını mənimsəyən bu kimi insanlar, haqq və həqiqətdən azmış və dəlalət yoluna girmişlər.

 

Möminlərin etdikləri hər cür səhv də, doğru yoldan azma deməkdir. Amma bu səhvləri işləyən kəslər, dəlalətə düşmüş olsalar belə termini mənada onlara əhli dəlalət deyilməz. Necə ki, miras bölünməsiylə əlaqədar bir ayədə belə bəhs olunar:

 

"Çaşırsınız deyə Allah sizə açıqlayır. Allah hər şeyi biləndir." ( Nisa, 4/176 )

 

Ayədə, dəlalətə düşməkdən danışılmış, amma tərcüməsində "dəlalət" yerinə "qarışıqlıq" sözü istifadə edilmişdir.



11-08-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz