Ana səhifə

Hz. Əlinin, onu sevənlərin namazlarını qıldığı deyilir. Bununun həqiqi bir yönü var?


YazdırSend to friend

Belə bir iddia nə dinən, nə də əqlən etibarlıdır. Hz. Əli Əfəndimiz (r.ə.) ən çox Həsən və Hüseyn Əfəndilərimizi (r.ə.) sevdiyi halda, onlar və onlardan sonra gələn övladları, “Bizim namazımız qılınmışdır.”-deyə iddia etməmişlər, əksinə yalnız fərzlərini əda etməklə qalmamış, sünnət və nafilələrə də tam mənasıyla uymuşlar.

Hz. Əlinin (r.ə.) namaz qılmasıyla, Onu sevən bütün möminlərdən namazın qalxacağını iddia etmək, eynilə, bir adamın yemək yeməsiylə bütün övladlarının və nəvələrinin də qarınlarının doyacağını və ya onun elm sahibi olmasıyla bütün nəslinin də alim olacaqlarını iddia etməyə bənzər. Hz. Əli Əfəndimiz (r.ə.) onu sevən bütün müsəlmanların namazlarını qıldığı zənni, bir an üçün doğru fərz edilsə, ortaya belə bir vəziyyət çıxar:

Xaricilər xaricində hər mömin, Hz. Əli Əfəndimizi candan sevdiyinə görə, o zaman namaz haqqında nazil olan bütün ayəti-kərimələr və Rəsulullah Əfəndimizin (s.ə.v.) buyurduqları bütün hədisi-şəriflər, yalnız Hz. Əliyə və Xaricilərə xitab etmiş olar. Halbuki, bu kimi ayə və hədislər, qiyamətə qədər gələcək bütün möminlərə xitab edir. Digər tərəfdən, belə bir anlayışa görə, Hz. Əli Əfəndimizin (r.ə.) vəfatından sonra namaz haqqında yazılan bütün əsərlər və namaz üçün tikilən bütün məscidlər, hamısı mənasız və gərəksiz olmuş olar. Həm Hz. Əli Əfəndimizin, qiyamətə qədər gələcək milyardlarla müsəlmanın namazlarını qılmağa ömrünün kafi gəlməyəcəyi açıqdır.

Sözü gedən iddianın əqlən mümkün olmadığı haqqında bu qısa şərhdən sonra, bunu ifadə edək ki: “Cənabı Haqq, namazı, peyğəmbərlər daxil, hər möminin öz şəxsinə fərz etmişdir. Heç kim bir başqasının yerinə namaz qıla bilməz. Zərurət halında da bu belədir. Bir kimsə namaz qıla bilməyəcək qədər xəstə də olsa, onun namazını bir başqası qıla bilməz.”

Cənabı Haqq, Bəqərə Surəsində:

 

“Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. “ (Bəqərə Surəsi, 286)

 

 buyuraraq mükafat və cəzada hər müsəlmanın şəxsən özünü məsul tutmuşdur.

Qurani Kərimdə namaz haqqında yüzdən çox ayəti-kərimə mövcuddur. Bunlardan Nisa surəsində buyurulur :

 

“Ey möminlər, namazı qılın. Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir” (Nisa Surəsi, 103)

 

Peyğəmbər Əfəndimiz (s.ə.v.) də: Namaz dinin dirəyidir.”- buyurmuş və bir çox hədisi-şərifləriylə namazın əhəmiyyətini ümmətinə dərs vermişdir. Özü (s.ə.v.) hərblərin ən şiddətli anlarında belə, vaxt namazını qəzaya buraxmadığı kimi, camaat savabını da fəda etməyərək, əshabələrinə iki qrup halında namaz qıldırmışdır. Rəsulullah (s.ə.v.) Əfəndimiz nafilə namazlara da son dərəcə əhəmiyyət vermiş, bəzən səhərlərə qədər namaz qılmışdır.

Bir dəfə əshabə-i kirama:

“Mənə söyləyin, sizin birinizin evinin qarşısında bir çay olsa, o çayda hər gün beş dəfə yuyunsa, onda çirk deyə bir şey qalarmı?”-deyə soruşmuş və əshabələrin: “Xeyr, ya Rəsulullah, qalmaz.”- demələri üzərinə, Peyğəmbərimiz (s.ə.v.) ardınca belə buyurmuşlar: “Elə beş vaxt namaz da belədir. Cənabı Haqq o namazlarla möminlərin səhvlərini yuyar.”

Peyğəmbər Əfəndimiz, Fatimə anamıza: “Ya Fatimə, mən Məhəmməd Mustafanın qızıyam deyərək, əsla namazını tərk etmə. Çünki məni haqq peyğəmbər olaraq göndərən Cənabı Allaha and içirəm ki, beş vaxt namazını vaxtında qılmadıqca, əsla Cənnətə girə bilməzsən”- buyurmuşdular. (Əbdüllətif, Meclisü'l-Envari'l-Muhammediye, s. 26).

Həqiqət belə ikən, bəzilərinin ali-beytə olan sevgilərinə güvənərək ibadəti tərk etmələrinin nə qədər yanlış olduğu düşünülsün.



04-05-2011 12:00:00