Ana səhifə

Hz. Adəmə səcdə əmri gəldiyində şeytanın davranışı necə olmuşdur ? Yaradılış cəhətdən şeytanla mələklər arasında necə bir münasibət vardır?


YazdırSend to friendCənabı Haqq insanı quru bir palçıqdan, cinləri alovdan, mələkləri də nurdan yaratmışdır. Yaradılışda ilk sıranı mələklər, sonra cinlər, ondan sonra da insanlar almışlar. İlk yaradılan insan, eyni zamanda ilk peyğəmbər Adəm Əleyhissalamdır. Cənabı Haqq, Hz. Adəmi yaratdığında mələklərin ona səcdə etmələrini əmr etdi. Bütün mələklər səcdə etdiyi halda İblis səcdə etməkdən imtina etdi. Bundan sonra da qiyamətə qədər şeytanlığını davam etdirmək üçün Allahdan icazə istədi. İstəyi qəbul edilincə də insanları haqq yoldan çıxarmağa davam etdi. Mələklərin Hz. Adəmə səcdə etmələri qeybi bir məsələ olduğu halda hadisənin seyri və şəkli haqqında təfsirlərimizdə bəzi izahlar var. Ebus-Suudun izahlarına görə, İblis mələklərlə birlikdə yaşayırdı, onlar kimi ibadət edirdi. Səcdə əmri gəlincə İblis mələklərdən ayrıldı. İkinci bir görüşə görə, mələklərin bir cinsi vardır ki, doğulub böyüyürlər, bunlara cin deyilir. İblis də bunlardan idi. Başqa bir görüşə görə, səcdə əmri bütün cinlərə idi. Lakin Cənabı Haqq mələkləri zikr etməklə cinlərə də xitab etmiş olur. Beləcə yalnız mələklər deyil, bütün ruhani varlıqlar səcdə ilə əmr edilmişdir. (1)     Cin haqqında iki görüş vardır:   1. Bütün ruhani varlıqlara cin deyilir. Bu vəziyyətdə mələklər və şeytanlar cin məfhumunun içinə daxildirlər. Beləcə, mələk ilə cin arasında həm ümumi, həm də xüsusi mənada münasibət vardır. Hər mələk cindir; lakin hər cin mələk deyil. 2. Cin ruhani varlıqların bir qisminə deyilir. Çünki ruhanilər üç qisimdir: a. Yaxşılar: Mələklər. b. Pislər: Şeytanlar. c. Həm yaxşısı, həm də pisi olanlar: Cinlər.     Safvetüt-Təfasirdə verilən məlumata görə:   1. İblis mələklərdən deyil. 2. Mələklər günahsız varlıqlardır, heç bir zaman Allaha üsyankar olmamışlar. Halbuki, İblis səcdə etməməklə Allaha qarşı çıxmışdır. 3. Mələklər nurdan, İblis atəşdən yaradılmışdır. 4. Mələklər doğulub törəməzlər, halbuki İblis törəyər və çoxalar. Kəhf surəsində keçdiyi kimi:      “İblis cinlərdəndir. “(2)   İbni Abbasdan gələn bir rəvayətə görə, bəzi təfsirçilər, “şeytanın” insanların və cinlərin səfeh və fitnəkar qisminə deyildiyi fikrindədirlər. Cinlərdən olan şeytanlar var olduğu kimi, insanlardan olan şeytanlar da vardır. Mələklərin Adəm Əleyhissalama səcdə ediş şəklinə gəlincə; əmr edilən bu səcdənin Hz. Adəmə ibadət niyyətiylə edilmədiyi aydındır. Çünki Allahdan başqasına ibadət etmək şirkdir. Hz. Adəm, yer üzünün xəlifəsi olunca, mələklərin ona səcdəsi bu xəlifəliyi qəbul etmə, yəni ona beyət etmə şəklində olmuşdur. Bu hal, Hz. Adəmə bir hörmət olmaqla yanaşı, əsasda Allaha edilən bir ibadətdir. Necə ki, köhnə ümmətlərdə salamlaşma, ibadət qəsdi olmadan, yerə əyilərək səcdə etmə şəkildə baş vermişdir. Məsələn, Yusuf Əleyhissalamın qardaşlarının ona səcdə etmələri təzim və hörmətdən ibarətdir Bunlarla birlikdə, mələklərin Hz. Adəmə səcdə etmələri ibadət mənasını verməsidir da mümkündür. Bu vəziyyətdə səcdə edilən gerçəkdə Cənabı Haqdır. Hz. Adəm isə bu səcdədə qiblə vəzifəsi görmüşdür. Bu səbəbdən səcdə yenə birbaşa Allaha edilmişdir. (3) Digər tərəfdən, Cənabı Haqq mələkləri Hz. Adəmə səcdə etdirmək surətiylə kainatın insana boyun əydiyini göstərmiş; İblisin ona qarşı üstünlük iddiasında olmasını zikr etməklə də, insanlığın maddi və mənəvi inkişafında şeytanların nə qədər böyük bir maneə təşkil edəcəklərinə onların diqqətini çəkmişdir.     Qaynaqlar   1. Təfsiri Ebus-Suud, 1:87. 2. Safvetüt-Təfasir, 1:52. 3. Hülasatül-Beyan, 1:97.


07-06-2011 12:00:00