Ana səhifə

Hz. Adəmə və Hz. Həvvaya, qadağan meyvədən qoparılması niyə qadağan edilmiş? Bu meyvə hansı idi? Ağla uyğun olmayan bu qadağanın səbəbi nədir?


YazdırSend to friend

- Əvvəl bu nöqtəni vurğulayaq ki; "Ağla uyğun olmayan bu qadağan.." məqbul bir ifadə deyil. Çünki;

 

a. imtahan olmaq üzrə yaradılan bir varlığın ilk sualı, hərhalda qadağan edər olmalıdır. Çünki, həyat boyu davamlı qarşısına çıxacaq çirkin arzulara qarşı əyləc vəzifəsi görməsi lazım olan insan iradəsinin bilinməsi üçün, onun bir qadağana qarşı müqavimət göstərməsi lazımdır.

 

b. İlahi hikmət, Hz. Adəm ilə Hz. Həvvanın iradələrini imtahan etmək üçün, bir qadağan qoymaqla, onların o qadağan meyvəyə diqqətlərini çəkmiş və ona sıxlaşmalarını təmin etmişdir. Nəticə, insanların imtahan yeri olan dünyaya yerləşdirilmələridir.

 

c. İlahi hikmət, insanların dünya xəlifəsi olmaq üçün, özündə var edilən nüvə halındakı insanlıq qabiliyyət və istedadlarının qadağan meyvə ilə ortaya çıxmasını murad etmiş, lakin ilahi ədalət də cənnət kimi bir yerdən məşəqqət diyarı olan dünyaya yerləşməsi üçün lazım olan vizanın alınmasına şəxsən özlərinin azad iradələriylə vəsilə olmasını diləmişdir.

 

 

 Hz. Adəm ilə Hz. Həvva, daha əvvəl bir mələk kimi, hər hansı pis bir şeyi içlərində hiss etməyəcək safda idilər. Ağacın meyvəsindən yedikdən sonra, insanlıq ailəsinin davam etməsi üçün lazım olan romantiklik halı meydana gəlmiş və beləcə onlar da bir-birinə qarşı fərqli baxmağa başlamışlar. Bu fərqli baxış, bərabərində həya duyğusunu da bir mənəvi örtü olaraq ortaya çıxarmışdır. Necə ki, hər insan uşaq ikən, saf bir fitrətdə, qarşı cinsin vəziyyətini fərq etməyəcək bir vəziyyətdədir. Bir az böyüyüncə yavaş yavaş həm öz öz mənliyini həm də qarşı cinsin cazibəsini fərq etməyə başlar. Bu fitri duyğunun həddindən artıqlığa olmasına, qeyri qanuni daşqınlıqlara bulaşmasını önləmək üçün, həm maddi örtü həm  də mənəvi təqva -həya örtüsü- var edilmişdir. Necə ki, söz mövzusu ağacdan yemə hadisəsini açıqlayan Quran, Əraf Surəsinin 26-cı ayəsində -tərcümə olaraq- bu ifadələrə yer vermişdir: "Ey Adəmin övladları! Baxın, sizə ədəb yerlərinizi örtəcəyiniz paltar, bəzənəcəyiniz paltar endirdik. Lakin unutmayın ki, ən gözəl paltar təqva paltarıdır"

 

- Qadağan meyvənin nə olduğu mövzusunda, Quranda yalnız "ağac" olaraq ifadə edilmişdir. "Və (sonra,) 'Ey Adəm,' dedik: 'Sən və yoldaşın cənnətə yerləşin və orada dilədiyinizdən bol bol, yeyin; ancaq bir tək bu ağaca yaxınlaşmayın ki zalımlardan olmayasınız"(Bəqərə, 35).

 

Təbərinin bildirdiyinə görə, bu mövzuda ayələrdə olduğu kimi, Səhih hədis qaynaqlarında da qəti bir təyin etmə söz mövzusu deyil.

Bu səbəblə, təfsir qaynaqlarında bu ağacın buğda, xurma, sümbül, üzüm, zeytun, əncir ağacı kimi ağaclar ola biləcəyi mövzusunda çox fərqli görüşlər vardır. (bx. Təbəri, əlaqədar ayənin təfsiri)



22-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz