Ana səhifə

Hz. Âdəm’in uşaqları necə çoxalmışlar?


YazdırSend to friend

 

 İnsanlar Hz. Âdəm’lə Hz. Həvvâ’dan (Allahın Salamı Onların üzərinə olsun) doğularaq çoxalmışlar. Həvvâ anamız əkiz doğum edirdi. Bunlardan biri kişi, digəri də qız idi. Hz. Âdəm, eyni anda doğan əkizləri, bir əvvəl və ya bir sonra doğan əkizlərlə evləndirirdi. Habillə birlikdə doğan qız çirkin, Qabillə birlikdə doğan qız isə gözəl idi. Belə vəziyyətdə Hz. Âdəm, Habilin, Qabillə birlikdə doğan qızla, Qabilin də Habillə birlikdə doğan qızla evlənməsini istədi. Lakin Qabil buna razı olmadı, özüylə doğan gözəl qızı Habilə vermək istəməyərək özü almaq istədi. (bax. Təbəri, İbn Kəsr, Razi,  Maidə, 5/27. Âyənin təfsiri)

Hz. Âdəm (A.S) buna icazə vermədi və məsələni Allah’a həvalə etdi. Cənab-ı Haqqdan gələn əmr üzərinə hər ikisinin də Allah’a bir qurban təqdim etmələrini, hansının qurbanı qəbul edilsə Qabilin bacısının ona aid olacağını söylədi. Bunun üzərinə Qabil bir dəstə buğda, Habil də bir qoyunu qurban olaraq təqdim etdi. Göydən enən bir atəş Habilin qurbanını götürdü, Qabil`inki olduğu yerdə qaldı. Belə vəziyyətdə Habil haqlı çıxmış və qızı almağa haqq qazanmışdı. Lakin Qabil bütünlüklə hövsələdən çıxmışdı. Bu hadisə Qur`anda belə izah edilər:

“Onlara Âdəm’in iki oğlunun əhvalatını olduğu kimi söylə. Vaxtikən onlar qurban gətirmişdilər. Onlardan birinin (qurbanı) qəbul olunmuş, digərininki isə qəbul olunmamışdı. (O digəri) demişdi:

“Səni mütləq öldürəcəyəm!” (O biri) demişdi:Allah yalnız müttəqilərdən qəbul edər! Əgər məni öldürmək üçün mənə əl uzatsan, mən səni öldürmək üçün sənə əl uzadan deyiləm.  Mən aləmlərin Rəbbi olan Allah’dan qorxuram. İstəyirəm ki, mənim günahımı və öz günahını üstünə götürəsən  və Cəhənnəm əhlindən olasan.” Zalımların cəzası da odur! 

Nəfsi onu, qardaşını öldürməyə sövq etdi və onu öldürdü. Buna görə də zərərçəkənlərdən oldu. O anda Allah, yeri eşən bir qarğa göndərdi ki, qardaşının cəsədini necə basdıracağını ona göstərsin. (Qarğanı görəndə) o dedi: “Vay halıma! Bu qarğa qədər də ola bilmədimmi ki, qardaşımın cəsədini basdırım.Beləcə, peşmançılıq çəkənlərdən oldu.” (Mâidə  Sûrəsi, 27-31)

Hz. Âdəm’in övladlarının bir-birləriylə evlənmələrinin dindəki yerinə gəlincə; Hz. Âdəm’dən Peyğəmbər Əfəndimizə (Allah`ın Salamı Onun üzərinə olsun) gələnə qədər bütün peyğəmbərlər haqq dini təbliğ etmişlər. Dinin təməli olan iman əsasları həmişə eyni qalmışdır. Lakin şəriət dediyimiz, ibadət və dünyaya aid işlərdə Hz. Âdəm’dən Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) qədər hər dövrün zərurətlərinə, insanların ehtiyaclarına görə bəzi hökmlər dəyişərək gəlmişdir. Cənab-ı Haqq hər dövrün insanının yaşayışını və faydasını nəzərə alaraq hər ümmətə ayrı bir şəriət göndərmişdir. Maidə Surəsinin 48. Âyəsində bu barədə, "Sizin hər biriniz üçün Biz bir şəriət və açıq bir yol təyin etdik" buyurular.

Bədiüzzaman həzrətləri da bu məsələni belə izah edir:

"Əsrlərə görə şəriətlər dəyişər. Bəlkə bir əsrdə qövmlərə görə ayrı-ayrı şəriətlər, peyğəmbərlər gələ bilər və gəlmişdir. Xâtəmu`l-Ənbiya`dan (Aleyhissalâtü Vəssəlâm) sonra şəriət-i kübrası (böyük şəriəti) hər əsrdə, hər qövmə kafi gəldiyindən müxtəlif şəriətlərə ehtiyac qalmamışdır." (Nursi, Sözlər, s. 454)

  Məsələn, Yəhudilər ancaq havralarda, sinagoglarda, Xristianlar yalnız kilsələrdə ibadət edə bildikləri halda, biz Müsəlmanlar hər yerdə namaz qıla bilərik. Yenə mal və qoyun kimi heyvanların iç yağları Hz. Musanın (Allahın Salamı Ona olsun) şəriətində haramkən, bizim dinimizdə halaldır.

Hz. Âdəm isə ilk insan və ilk peyğəmbərdir. Allah ona da bir din və bir şəriət göndərmiş və öyrətmişdi. O da Allah’ın ona göstərdiyi şəkildə hərəkət edirdi. Cənab-ı Haqq, Hz. Âdəm’in uşaqlarının bir-birləriylə evlənməsini də bir zərurətdən ötəri halal etmişdi. Çünki insan nəsilinin artması lazım idi. Başqa insan da olmadığına görə, bir zərurət olaraq qardaşların bir-birləriylə evlənməsi gərəkirdi. Bu adət bir müddət davam etdi, lakin insanlar çoxalınca belə bir evliliyə ehtiyac və zərurət qalmadı və bu tətbiq olunma da aradan qalxmış oldu.

Allah Təala, necə ki Hz Âdəm’in qabırğa sümüyündən Hz  Həvvânı O'na yoldaş olaraq yaratdısa, fərqli vaxtlarda doğan bu qardaşları da bir-birinə yad, özgə surətində yarada bilər. Daha sonra isə insan nəsili çoxaldı və Allah subhanəhu və təala bundan sonra fərqli əkizlərdən də  belə olsa qardaş-bacı evliliyini qadağan etdi

Bunun halal olması isə təməldə Allah’ın əmriylə əlaqəlidir .Çünki bir işin pis olması Allah’ın qadağan etməsinə görə, yaxşı olması da əmr etməsi ya da sərbəst buraxmasına görədir.Yəni Allah əmr edər gözəl olar, Allah qadağan edər pis olar. Əsas olan da budur.

Niyə insanlar Hz. Âdəm’dən çoxaldı deyilir; Allah Hz. Âdəm ilə birlikdə bir çox insan yaratmış ola bilməzmi?

İlk insan və ilk Peyğəmbər Hz. Âdəm(as)’dır. Bu xüsus Quran-i Kərimdə ifadə edilməkdədir.

"Rəbbin Mələklərə: 'Şübhəsiz mən yer üzündə bir xəlifə var edəcəyəm.' demişdi. .."(Bakara, 2/30)

"Onlar bir-birlərindən (törəmə tək) bir nəsildir. Allah eşidəndir, biləndir." (Al-i İmran, 3/34)

" Həqiqətən Allah qatında İsanın halı (İsanın atasız dünyaya gəlməsi), Adəmin halı kimidir.  (Allah) onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: Ol!- dedi, dərhal oldu." (Al-i İmran, 3/59)

Sizi tək bir nəfərdən yaradan Odur. Və onunla ünsiyyət etməsi üçün ondən zövcəsini yaratdı.O, onunla (zövcəsi ilə) sarıldıqda (zövcəsi) yüngül bir yüklə yükləndi (hamilə oldu) və onu daşıdı. O ağırlaşdığı vaxt, Rəbbləri olan Allaha dua etdilər ki:Əgər bizə saleh (gözəl bir uşaq) versən, şükür edənlərdən olarıq! (Ə`raf, 7/189)

Ayrıca, mövzuyla əlaqədar Nisâ Surəsi 1. Âyə daxilində edilmiş fərqli bir baxış açısı üçün aşağıdakı şərhləri də oxumanızı tövsiyə edirik:

“Ey insanlar! O Rəbbinizdən qorxun ki, sizi tək bir nəfsdən (Adəmdən) yaratdı və ondan zövcəsini (Həvvânı) yaratdı.O ikisindən də bir çox kişi və qadınlar törətdi. (Adı ilə) bir-birinizdən (nəsə) istədiyiniz Allahdan və qohumluq (əlaqələrini kəsmək)dən çəkinin!Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir! “ (Nisâ, 4/1)

Âyənin Təfsiri;

Qur`an-i Kərimdə "ey insanlar!" xitabının hədəf kütləsi yalnız möminlər deyil, bütün insanlardır. Bu səbəblə Âyədə "Allah’dan qorxun" yerinə "Rabbinizdən qorxun" mənasında bir ifadə istifadə edilmişdir. Çünki insanların yaradıcı ilə qulluq əlaqəsinə "Allah və ilah", insan olaraq yaradılma və inkişaf etdirilmə əlaqələrinə isə rəb adı uyğun gəlməkdədir. Çünki bu Rəbb adı, yaratmağı və yaradılana müəyyən özəlliklər içində var olma imkanı verməyi ifadə etməkdədir.

Xitabın, sonradan gələcək hökmlər baxımından, heç bir fərq qoymadan bütün insanları hədəfləmiş olmasının ikinci dəlili də insanlar arasındakı əlaqələrə -biri geniş, digəri nisbətən dar olan- iki ünsürü təməl etmiş olmasıdır:

a) Bütün insanların əsl maddəsi, özü,əsli olan "nəfs",

b) İlk rəhmdən (bütün insanların anası olan Həvvânın bətnindən) son rəhmə (hər bir insanın anasının bətninə) qədər gələn rəhmlər. Yaradanı bir, özü və əsli bir, ilk yaradılışda anası atası bir, sonrakı yaradılışlarda da soyu və ailəsi bir olan insanların yalnız bu birlikdən qaynaqlanan bəzi haqqları və vəzifələri (bu mənada insan haqqları) olacaq, olmalıdır; Nisâ surəsi də bu haqqların və tapşırıqların əhəmiyyətli bir qisimini açıqlamaq üzrə nazil olmuşdur.

Qur’an`da nəfs (cəmi ənfüs`dü), "insan, insanın və ya başqa bir şeyin özü,əsli, insanın həyatda ikən insan olmasını təmin edən (insanın onun sayəsində, ona sahib olduğu üçün insan olduğu), ölüncə də əbədî varlığını davam etdirən ünsürü" mənalarında istifadə edilmişdir. Bəzi alimlər, filosoflar və sufilər ruh ilə nəfsi eyni varlığın iki adı olaraq açıqlamışlar (məsələn bax.Qəzzâlî, İhyâ’, III, 2 vd.), bəziləri isə nəfs ilə ruhu fərqli mahiyyətlər olaraq təyin etmişlər.

 İkinci fikrə görə Allah Təala hər bir insan üçün eynilə bədəni kimi bir də nəfs yaradar, Şehx Vəliyyullahın "nəsəmə"adını verdiyi bu nəfs, insanın həyatı boyunca etdiklərinə görə mənəvi bir struktur (mahiyyət) və şəxslərə görə fərqli xüsusiyyətlər qazanar. Ruh isə şəxsi deyil ümumidir; tək bir enerji mərkəzindən gəlib lampaları işıqlandıran elekrik kimidir və ilâhîdir, Allah’a aiddir, yaratmaq aləminə deyil əmr aləminə daxildir, nəfs üçün Allah’ın razılığına aparan yolu işıqlandırar və ya onu bu yola çəkər. İnsanın təbiətində və mayasında Allah’ın razılığına zidd olan yollara çəkən güclər də (həyəcanlar, istəklər, ehtiyaclar) vardır, ayrıca şeytanın da işi, insanı Allah yolundan sapdırmağa çalışmaqdır. İnsan (nəfs), aldığı təhsil və iradəsi sayəsində bu iki cazibə mərkəzi arasında mübarizə və imtahan verərək dünya həyatında qulluğunu və tərəqqisini həyata keçirməyə çalışar;

"əmmarə" (pisə çəkən, pisi əmr edən) nəfs olmaqdan xilas olaraq, "ləvvamə" (özünü tənqid edən, qınayan)"mülhəmə" (ilâhî ilhama məzhər olan)"mutmainnə" (şübhələrdən və müvəqqəti zövqlərin asılılığından xilas olaraq hüzura, xoşbəxtliyə qovuşan)"râdıyə" (Allah’ın təqdirinə razı olan)"mərdıyyə" (Allah’ın razılığına məzhər olan) nəfs pillələrinə və ya dərəcələrinə çıxmaq üçün səy göstərər. (Şah Veliyyullah, ət -Tafhimatü'l-ilâhîyyə, I, 222; II, 216 vd.; Hüccətullahi'l-baliğa, I, 38-40, 58-61).

Âyədə əvvəl "sizi bir tək nəfsdən yaradan" deyilmiş, sonra "ondan da yoldaşını yaradan" buyurulmuşdur; insanlardan hər birinin atası və anası olduğuna, hər fərd çoxalma qanunları çərçivəsində meydana gəldiklərinə görə burada "nəfsdən, ondan yaradan" sözünü "onun bir parçasından" (məsələn qabırğasından) şəklində deyil, "onun özündən, ona bənzər (misli) olan əsldən və kökdən (buradakı ifadəyə görə nəfsdən) yaradan" şəklində anlamaq lazımdır. Necə ki :

Onun əlamətlərindəndir ki, sizin üçün öz cinsinizdən (nəfslərinizdən)  zövcələr yaratdı ki, onlarla ünsiyyət edəsiniz. Aranızda da sevgi və mərhəmət yaratmışdır. Həqiqətən, bunda, düşünən bir qövm üçün ibrətlər vardır! “ tərcüməsindəki ayədə də bu söz eyni mənada istifadə edilmişdir (Rum 30 /21). Nəhl (16 /72) və Şura (42/11) surələrində də bənzər ifadələr vardır.

Bütün bu  âyələrdə "nəfsindən yaratmaq", "bədəninin bir parçasından yaratmaq" mənasında deyildir. Buna görə tərcüməsi və nömrələri verilən  âyələr, Həvvânın əslinin, Âdəm’in qabırğası olduğu şəklindəki məşhur inancın dəlili ola bilməz. Həvvânın və ya qadınların əyri qabırğadan yaradıldığını ifadə edən hədislər,qadınla kişinin təbii (fitri) olan və dəyişməməsi gərəkən fərqliliklərini və xüsusiyyətlərini izah etmək üzrə edilmiş bir bənzətmədir, məcazi bir izzahdır. Necə ki bəzi rəvayətlərdə açıqca "Qadın qabırğa kimidir" buyurulmuşdur (Buxari, "Nikah", 79, 80; Müsned, V, 151). Hədislərə görə qadınları kişilərə bənzətməyə, təbii xüsusiyyətlərini yox etməyə cəhd etmək, əyri yaradılmış qabırğa sümüyünü düz hala gətirməyə çalışmaq kimidir. Qabırğa ancaq qövslü olduğunda uyğun, möhkəm və kamildir, funksiyasını yerinə yetirər; düz olsaydı ağciyərin şəklinə uyğun gəlməz və onu qoruya bilməzdi. Bu halda onu düzəltməyə çalışmaq pozmağa və qırmağa çalışmaq deməkdir.

Âdəm ilə Həvvâ yaradıldıqdan sonra bunlardan bir çox kişi və qadının meydana gətirildiyi və yer üzünə paylandığı ifadə olunmaqdadır. Bəzi təfsirçilər dünyada yalnız bir kişilə bir qadının olduğu bir zamanda bunların uşaqlarının necə uşaq meydana gətirə biləcəkləri üzərində dayanmış və "birinci bətndə əkiz doğan bir kişi və bir qızın, ikinci bətndə yenə əkiz doğan bir qız və bir kişilə evləndiklərini, o tarixdə başqa yolu olmadığı üçün Allah’ın fərqli bətnlərdə doğan qardaşlar arasında evlənməyi caiz etdiyini ifadə etmişlər (Tabâtabâî, IV, 146). Bizə görə belə bir təsəvvür zəruri deyil; çünki Allah Təalanın insanı necə yaratdığını açıqlayan ayələrdə torpaqdan, palçıqdan, nəfsdən və Allah’ın ruhundan üfləməsiylə yaradıldığı qeydləri, formaları və şəkilləri vardır.

Son şəkil Hz. Îsâ’nın (Allah’ın Salamı olsun) yaradılmasıyla əlaqədardır. Məryəm, bir kişilə birlikdə olmadan Allah’ın ruhundan üfləməsi (Ənbiyâ 21/91; Tahrîm 66/12) və bunun şərhi mahiyyətində olan "ruhun insan şəklinə bürünüb Məryəmə görünməsi"ylə (Məryəm 19/17) hamilə qalmış və Allah’ın ona çatdırdığı bir "sözü" (Nisâ 4/171) olaraq Hz. Îsânı doğurmuşdur.

Həmçinin Hz. Zəkəriyyə bir nəsil verməsi üçün rəbbinə dua etmiş, rəbbinin də duasını qəbul edərək Yəhyanı ona verəcəyini müjdələməsi üzərinə "özünün yaşlandığını,yoldaşının da uşaqdan kəsildiyini" ifadə edərək bunun necə olacağını soruşmuşdu. Rəbbin ona cavabı belə olmuşdur:

“Belədir, Allah nə istəsə edər”. (Ali-İmran 3/40);

"... O, mənə asandır; daha əvvəl, sən heç bir şey deyilkən səni də yaratmışdım" (Məryəm19/9).

Hz. Âdəm’in yaradılmasında ana da yoxdur ata da; Hz. Îsânın yaradılmasında yalnız ana vardır; Hz. Yəhyanın yaradılmasında ana və ata vardır, lakin uşaq dünyaya gətirmə qabiliyyətləri mövcud deyil.

Quran-i Kərimdə və sağlam (güvənilir) rəvayətlərdə "qardaşların bir-biriylə evləndikləri" məlumatı verilmədiyinə görə ilk yaradılan kişiylə qadından bir çox kişi və qadının törədilməsinin necə olduğunun bilinmədiyini, yuxarıda zikr edilən şəkillərdən birinə görə və ya bir başqa şəkildə yaratma və çoxaltmanın ola biləcəyini ifadə etmək də mümkündür. (bax. Quran Yolu, Nisâ Surəsi 1. Âyənin təfsiri)

Müəllif: 


05-04-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz