Ana səhifə

Hz. Adəm (ə.s.) və Hz. Həvva, tövbələri qəbul edildiyi halda, dünyaya göndərilərkən niyə ayrı-ayrı yerlərə buraxıldılar? Bu ayrılığın hikməti nədir?


YazdırSend to friend

(Adəm və Həvva) “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – dedilər. (Əraf, 23) tərcüməsindəki ayədən elə aydın olur ki, bu ayrılıq, dünyaya gəlmələriylə başlamış, tövbə etmələrindən əvvəl reallaşmışdır.  Bu səbəblə, dünyanın fərqli qitələrinə göndərilmələri və əvvəlcə ayrı yerlərə düşmələri də, onların dünyaya sürgün edilmə cəzasının bir davamı olduğunu göstərməkdədir.

 

Necə ki, İbn Abbasdan gələn bir rəvayətə görə, Hz. Adəm ilə Hz. Həvva həcc ibadətlərini reallaşdırdıqdan sonra, Cənabı Haqq, onların tövbələrini qəbul buyurduğunu Adəmə vəhy etmişdir. (bx. Razi, Bəqərə surəsinin 37-ci ayəsinin təfsiri). Bu da, ayrılığın tövbədən əvvəl reallaşdığını, tövbədən sonra qaldırıldığını, birlikdə həcc öhdəçiliyini etdikdən sonra da etdikləri tövbənin qəbul olduğu məlumatının vəhy edildiyini göstərməkdədir.

 

- Bunun yanında, ilahi hikmət bu keçici ayrılıqla onlar arasında qarşılıqlı bir şövq, bir arzu oyandırmış, onlara və onların nəslinə, ailə yuvasının davamlı bir yuva olmasının gərəyinə işarə edilmişdir.

 

- Bu ayrılıq, insanlıq ailəsi üçün, ölümlə meydana gələn ayrılıqdan sonra, həqiqi qovuşmağın ancaq cənnətdə olacağını, bunun reallaşması isə, günahlardan tövbə etməyə bağlı olduğunu xatırladan bir cədvəlin zehinlərə yerləşməsi baxımından da əhəmiyyətlidir. Çünki, əsl ayrılıq o biri dünyada meydana gələn ayrılıq olduğu kimi, gerçək qovuşmaq da əbədi həyatda reallaşan xoşbəxt cədvəldir.

 



21-11-2009 12:00:00

Düğüme özel