Ana səhifə

"Hz Cəbrayıl (Allahın Salamı olsun) pərdə arxasından mənə Aişə (Allah ondan razı olsun)'ni göstərdi." Bu hədis səhihmi, qaynağı nədir?


YazdırSend to friend

Buxari və Müslimin səhihlərində bu hadisə belə ifadə edilməkdədir:

Hz. Aişə buyurur: Hz Peyğəmbər (Allahın Salamı və Salatı Onun üzərinə olsun) mənə xitabən- bunları söylədi:

"Səninlə evlənmədən əvvəl iki dəfə yuxuda sən mənə göstərildin. Mələk (Cəbrayıl), ipəkdən bir bez parçasına sarılı olduğun bir vəziyyətdə səni daşıyırdı. 'Üzərindəki pərdəni aç' dedim. Mələk üzərindəki pərdəni qaldırınca, baxdım ki, o sənsən. O zaman mən: 'Əgər bu Allahdan isə, mütləq onu gerçəkləştirəcəkdir .' dedim." (Buxari, Təbir, 20-21).

Müslimin rəvayəti isə belədir:

"Üç gecə yuxuda mənə göstərildin. Mələk (Cəbrayıl), ipəkdən bir bez parçasına sarılı olduğun bir vəziyyətdə səni mənə gətirir və: 'İşdə bu sənin yoldaşındır.' deyirdi. Mən də üzərindəki pərdəni açıram, bir də baxıram ki o sənsən. O zaman mən: 'Əgər bu Allahdan isə, mütləq onu reallaşdıracaq.' deyirəm." (Müslim, Yuxu, 13).



22-03-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz