Ana səhifə

İrşad və İbrət Almaq Üçün Bəzi Diqqət Çəkən Məqamlar


YazdırSend to friend

   *Bir çox səhabələrin İslam dini ilə tanış olma vəsilələri bir-birindən fərqlənir. Bunlardan bəziləri həqiqqətən də ibrət vericidir. Bu fərqliliklər də diqqətlə nəzərdən keçirilməli və təbliğ məsələsində həmişə diqqətə alınmalıdır. Hər bir mömin öz üstünə düşən vəzifəni layiqli şəkildə yerinə yetirməli, hidayət verməyin heç kimin əlində olmadığını, yəni hidayət verənin Allah olduğu unutmamalıdır. Allah Rəsulunun bütün arzusu və istəyinə baxmayaraq onun sevdiyi Əbu Talibə kəlmeyi-şəhadəti dedirdə bilmədiyi məlumdur.

   Bunun başqa bir çox nümunələri mövcuddur. Ancaq səylərin mütləq bir nəticə verdiyi, bizim göstərdiyimiz səylərin əcrinin olduğunu yaddan çıxarmamalıyıq. Əbu Bəkr Siddiqin İslamın ilk dövrlərindəki səyləri və bir çox səhabənin İslama könül bağlamasına vəsilə olması, bu insanların iman yolunun sarsılmaz dirəkləri halına gəlməsi də əsla unudulmamalıdır.

   *Abdullah ibn Məsudun Allah Rəsuluna yaxın olması, onun həm gizli həm də aşkar bir çox hallarını, sirlərini bilməsi və eyni zamanda ona qarşı hiss etdiyi sevgi, ona qarşı olan heyranlıq duyğusu, bağlılığı, ondan əbədi cənnətdə ayrı qalmaması üçün dua etməsi də başan düşən insanlara çox şey xatırlatmalıdır.

   *Cəsarət ən gözəl xüsusiyyətlərdən biridir. Cəsarət yerində olarsa igidlik hesab olunur. Yersiz cəsarət isə xoş qarşılanmamışdır. Möminin cəsarəti düşmənini zəiflədir, dostlarına isə ümid və əzmkarlıq verir. Cəsarət Allahın yardımını özünə cəlb edir.

   *Elm və irfan sahibi olmaq rütbələrin ən gözəlinə sahib olmaq deməkdir. Elm ilə cəsarət birləşdikdə bu birlik gözəl əxlaq ilə bəzədildikdə bunlara sahib olan insan həqiqətən də qibtə olunacaq, heyranlıq duyulacaq bir zirvəyə çatmış olur.

   *İdarəçilik üçün bilgi və qabiliyyət qədər insanın xarici görünüşü və fiziki xüsusuyyətləri də diqqətə alınır. Buna görə də Rəbbimiz Talutu “Allah onu sizə hökmdar olaraq seçdi. Ona həm elm, həm də bədən üstünlüyü bəxş etdi” (Bəqərə, 2/247) buyruğu ilə tərifləmişdir. Hz. Ömərə də İraq camaatına idarəçi kimi Abdullahdan daha cüssəli olan Əmmarı göndərmiş, ancaq İraqda əsən “güclü rüzgarlar” qarşısında durması, onları sakitləşdirməsi, batil əqidələri ortadan qaldırması, yanlışları düzəltməsi, doğruları və həqiqətləri aşılaması və İslam dinini ürəkdən gələrək yaşanan hala gətirməsi üçün, başqa bir sözlə desək, İraqda hidayət rəhbəri olsun deyə Abdullah ibn Məsudu seçmişdir. Hz. Ömərin bu bəsirətli qərarı və davranışı da gözdən qaçmamalıdır.

  Çünki bu seçimin nə qədər doğru olduğunu tarix sübut etmiş, Kufə elm və irfan mərkəzi halına gəlmişdir.

   *Elm əhli təqdir olunmalı və hörmət, ehtiramla qarşılanmalıdır. Bu təqdir və hörmət isə elmə rəğbəti təşviq edər.

   *Elmin əsl, açıq, dəqiq və şəffaf bir yoldan gəlməsi, dini biliklərin bulanıqlıqlardan və xətalardan qorunması lazımdır. Bu diqqət əsla unudulmamalı, yolu bizim yolumuz olmayan, yönü bizim istiqamətimiz olmayan, bizimlə eyni hissləri və duyğuları bölüşməyən insanlar İslami elmlərdə bizim mənbəyimiz olmamalıdır.

Bir Neçə Kəlmə...

   Abdullah ibn Məsudu yad edərkən birinci növbədə elm, əməl və ədəb üzərində durulmasının, bununla əlaqəli bilgilərin, duyğuların paylaşılmasının doğru olacağı qənaətindəyik.

    Aşağıdakı sətirlərdə elm bağının çiçəklərinə və gözəlliklərinə fərqli bir nöqtədən baxmağa çalışacağıq. Bu bağdan, bu bağçadan əsən şirin rüzgarların qəlbimizdə xoş duyğular oyandıracağına, zehnimizdə ibrət tabloları canlandıracağına inanırıq.

Elm Məclisləri

   İllərlə elmdə bir-birinə bağlı olan bir silsilənin varlığına diqqət edilmiş, bu silsiləyə ən az nəsəb silsiləsi qədər, əsalət baxımından bəlkə daha da çox dəyər verilmişdir. Dini elmlərin alınacağı elm əhlində elmin zənginliyi, əməlin gözəlliyi, üfüq genişliyi, ixlaskarlıq və səmimiyyətə diqqət olunmuş, elmin əxlaq və təfəkkür tərzi ilə birlikdə alınmasının zəruriliyi gözdən qaçmamışdır. Bu nöqtə də üstündə diqqətlə durulması vacib olan məsələlərdən biridir.

   Bir çox həssas məsələdə olduğu kimi bu məsələdə də bəzi unutqanlıqlar olmuşdur. Elm zənciri məchulluqların qaranlıqlarında əridilimişdir. Elmi, ustadının ədəb və əxlaqı ilə, baxış və dəyərləndirmə tərzi ilə əxz etmə məsələsi də unudulmuşdur. Elmin əməllə yoğrulmasının vacibliyi yaddan çıxmış, kəlmələr getdikcə öz səmimiyyətini itirmiş və cümlələr “akademik dil” şəklində adlandırılan quru ifadələrlə baş-başa buraxılmışdır. Buna bir az sünilik, biraz təqlid, bir az da kimlərisə razı salmaq cəhdləri əlavə olunmuş, oxunmayan, oxunduqda da heç bir şey verməyən bir bilgi arxivləri ortaya çıxmışdır...

   Elm silsiləsinin bir-birinə dolanmış və tarix içərisində həm uzanaraq həm də genişləyərək bir bütövlük meydana gətirən elm məclisləri ortadan qalxdığı kimi, camelərdə, mədrəsələrdə, elm və irfan yuvası halına gətirilən evlərdə, otaqlarda elm əhlinin ətrafını əhatə edən həlqələr də itib-getmişdir. Rəsmiyyətdən, dünyəvi sıxıntılardan uzaq olan bu həlqələrdəki səmimiyyətin, ixlaskarlığın qədrini bilməyi bu həlqələrdən keçməyən və onu dadmayanlardan dad gözləmək əbəs olar.

  Hələ də “modern” görsənmə xəstəliyinə yaxalananlar ilə bu yöndə həmfikir olmağın, arzuları və ümidləri bölüşdürməyin çox çətin olduğunun bilinməsi lazımdır.

   Buna baxmayaraq yaşamayan, ancaq keçmiş günlərdən, tarixdən əsib-gələn rüzgarlarla hiss edilən çoxlu qardaşlarımızın olması, bu yöndəki duyğularını, arzularını dilə gətirdikləri də başqa bir həqiqətdir.

   İndi isə yenidən Abdullah ibn Məsuda qayıdırıq. Bu əziz səhabə İslam dininə könül verdiyi ilk gündən bəri Allah Rəsulunun yanından ayrılmayan, sanki bir kölgə kimi onu izləyən bir mömindir. Çox qabiliyyətli və öyrəndiklərini həyata keçirməyə maraqlı olan bir insandır. Hər öyrəndiyini yaşayan, öyrəndiklərini həyata əks etdirməyin dəyərini bilən, bundan mənəvi baxımdan çox böyük bir zövq alan, inandığı dəyərlər uğrunda əsla geri çəkilməyən, Allah Rəsuluna ümmət olmağın sevincini və şüurunu hiss edən, haqq yolunda sarsılmadan addımlayan və ömrünü inandığı haqq davasına həsr edən, həyatda olarkən belə cənnətlə müjdələnən şərəfli bir insandır...

   Elmi Allah Rəsulundan bütün bərraqlığı və dəqiqliyi ilə əxz edən, təfəkkür və ədəblə yoğuran, kainatın əfəndisi olan Rəsulullahın neçə-neçə tərifli sözlərinə məzhər olan və Rəsululaha Qurani-Kərim oxuyan bir səhabə olmuşdur.

   Təslim olmağın və təsdiq etməyin ən gözəl nümunəsini sərgiləyən Hz. Əbu Bəkr, duyğu və düşüncələrini bölüşdüyü, ağrılı-acılı və şirin xatirələri birlikdə yaşadığı Hz. Ömər, elm qa- pısı, zəka mənbəyi, qəhrəmanlığın zirvəsi olan Hz. Əli (r.a) ilə həmişə yan-yana, çiyin-çiyinə olmuş, onlardan çox şey öyrənmiş, onlara da çox şey vermişdi. Bütün səhabələrin qəlbində onun xüsusi bir yeri vardı.

   Bu insan öz arxasında ciddi bir elm ordusu buraxaraq dünyadan köçmüşdür. İslam torpaqlarının hər bir yerində təsiri olmaqla yanaşı, birinci növbədə Kufəni bir elm dənizi halına gətirmişdir.

   Onun yerinə Əlqəlmə ibn Qeys ən-Nəhai keçmiş, bu elm dənizinin ən gözəl nümunələrini sərgiləmiş, bu elm bağının ən gözəl salxımlarını yeni nəsillərə təqdim etmiş, öz ustadının yo- lundan gedərək minlərlə elm əhli insan yetişdirmişdir.

   Ondan bayrağı İbrahim ən-Nəhai almış, bu elm karvanına o da minlərlə yeni elm və əməl yolçusu əlavə etmişdir.

   Həmmad ibn Süleyman da onun elm xəzinəsindən istifadə etmiş, onunla yetişmişdi. Həmmad da minlərlə elm əhli insan yetişdirmişdi. Bunlar arasında Əbu Hənifə Numan ibn Sabitin isə xüsusi bir yeri var.

   Bu elm, ədəb və əməl silsiləsi adi bir silsilə deyil. Bu silsilə “bulağın” gözündən çıxaraq axmağa başlayan, ləzzətini və bərraqlığını qoruyan bir yoldur. Bu qol əsrlər boyu milyonlarla möminin elm susuzluğunu yatıran, əməllə yoğuran bir qoldur. Bu silsilə əsl elmdən nəsib almamış insanların, elm zənn etdikləri saxta bilgilərdən yola çıxaraq tənqid edə bilməyəcəyi qədər qiymətli bir silsilədir.

  Bunun barəsində bəlkə də saatlarla düşünmək, silsilə içərisində yer alan hər bir elm həlqəsini yaxşı təhlil etmək, bu insanların haradan haraya kimi yol getdiyini yaxşı dərk etmək lazımdır.

   Məsələn, yuxarıda Abdullah ibn Məsudun tələbələri içərisində yer alan Zirr ibn Hübeyş əl-Əsədi (ölümü hicri 82) hamını özünə heyran qoyacaq dərəcədə ərəb dilini mükəmməl bilən bir şəxs idi. Qiraət elmi sahəsində onun yerini dolduracaq başqa bir şəxs yox idi. Asim də öz elmini ondan əxz etmişdi. 120 yaşına çatanda belə yaddaşı çox güclü qalmışdı. İnsanlara bu yaşında belə təraveh namazını o qıldırmışdı...

    Əbu Abdurrahman Abdullah ibn Hübeyb (ölümü hicri 74) Abdullahdan aldığı elmə Hz. Əlidən aldığı qiraət elmini də əlavə etmiş, Kufə məscidində qırx il qiraət dərsi vermiş, ömrünün demək olar ki, hamısını bu işə həsr etmişdi. Qiraət alimi Həfsin Asimdən rəvayət edərək bütün dünyaya yaydığı qiraət də onun qiraəti idi. O, qiraətini Hz. Osmana və Zeyd ibn Sabitə ərz edən (oxuyan), ona dinlədən, onları da öz ustadları zəncirinə əlavə edən bir insandı...

   Amr ibn Meymun əl-Əvdi (ölümü hicri 74) Muaz ibn Cəbəlin yaxınlığında yaşamış, onun tərifinə layiq olmuş, onu özü üçün elmi mənbəyə çevirmiş, sonra da Abdullah ibn Məsuddan elm əxz edərək iki təmiz, pak elm bulağından bəsləmə xoşbəxtliyini yaşamış bir alimdi..

   Süreyh ibn Haris əl-Kindi (ölümü hicri 80) tarixin ən nadir gördüyü və hər kəsin hörmətini qazandığı, xüləfayi-raşidin dövründən etibarən başlayan mənbələrin qeyd etdiyinə görə 62 ili qazilik (hakimlik) məqamında olan bir alimdir. Neçə-neçə alim və fəzilətli insan onun qarşısından keçmiş, onun verdiyi hökmə itaət etmişdir.

   Hz. Əli onun haqqında belə demişdir: “Ərəb diyarının hökm məqamına ən layiq olan qazisidir o”. Fiqh bilgisinin dərinliyi, zəkasının gücü və qabiliyyəti ilə gözəl nümunələr sərgiləyən bir insandır.

Übeydə ibn Qeys əs-Səlmani (ölümü hicri 72) Qazi Şüreyhin hökm verərkən məsləhətləşdiyi nadir insanlardan biridir...

   Əlqəmə ibn Qeys ən-Nəhai (ölümü hicri 62) elmi və fəziləti mübahisə olunmayacaq dərəcədə böyük olan bir insandır. Abdullah ibn Məsudun: “mən nə bilirəmsə Əlqəmə də onu bilir” dediyi bir şəxsdir. Şama gedərək Əbu Dərdadan, Mədinəyə gedərək Hz. Ömər, Hz. Aişə, Zeyd ibn Sabitdən elm almış, müxtəlif bölgələrin elmini öz zehnində toplamağı bacarmış bir insandır. (Fiqhu-əhli-İraq (1/31-32)j, Dirasat fil-fiqhil-İslami (s. 61-62). Bu alimlər haqqında təbəqat kitablarına müraciət olunub daha geniş məlumatlar alınması elmi üfqünüzü genişlədərək, sizlərə elm və irfan həlqələrinin qiyməti barəsində əlavə məlumatlar verəcəkdir)

Növbəti həlqədə yer alan və Əlqəmənin qardaşı oğlu olan İbrahim ibn Yəzid ən-Nəhai hər elm əhlinin yaxından tanıdığı, qədir-qiymətini bildiyi və sözü dəlil qəbul edilən bir insandır. Bu elm bağçasının sonuna çıxmaq qeyri-mümkündür. Ona görə də çox dərinliklərə dalmamağa çalışaraq sadəcə bir neçə kəlmə demək istəyirik..

Silsilənin Əbu Hənifədən sonrasına da bir nəzər salaq. Onun tələbəsi İmam Muhəmmədin İmam Şafeyə, İmam Şafenin də İmam Əhməd ibn Hənbələ müəllimlik etdiyinə şahid oluruq.

   Əlbətdə ki, bu əziz insanların başqa müəllimləri, ustadlarının olduğunu da yaddan çıxarmaq olmaz.

   Biz bu məlumatları sizinlə bölüşərkən İmam Əbu Hənifənin, İmam Şafenin, İmam Əhməd ibn Hənbəlin də təsadüfən ortaya çıxmadıqlarını bilməyinizi istədik. Onların hansı elm mənbələrindən elm aldıqlarını öz zehnimizdə canlandırmağımızı, əsrlər boyu insanların niyə belə bir elm bulağından bəslənməyi arzuladıqlarının başa düşülməsini, bu elm, ədəb, əməl, ixlaskarlıq, əzmkarlıq və səy dolu insanların həlqələrlə necə bir- birilərinə bağlandıqlarını göstərmək istədim.

   Abdullah ibn Məsudun üstümüzdə böyük bir haqqının olduğunu göz önünə sərməyi, onun qəlbimizdə necə fərqli bir yerinin olmasının vacibliyini vurğulamaq istədik.

   Elm silsiləsindəki əsalətin qiymətini vurğulamağa çalışdıq. Sözlərimizi Allah Rəsulunun Abdullah ibn Ömərə vəsiyyəti ilə yekunlaşdırırıq:

ياَاْبَن ُعَمَر! ِديَن َك ِديَن َك،إِنَّماَ ُهَولَْحَمَْكَو َدَم َك.فاَنُْظْر َعَّمْنَتأُْخذ. ُخْذ َعِنالَِّذيَناْسَتقاَُمواَولاََتأُخْذ َعِنالَِّذيَنماَلُوا.

“Ey Ömərin oğlu! Dinin. Dinin! O sənin ətindir, qanındır!. Onu kimdən öyrədiyinə diqqət elə! Dininlə bağlı məlumatları özü və sözü doğru olan, haqq yolunda olan insanlardan al!. Haqqa gedən yoldan uzaqlaşanlardan, sağa-sola meyl edən insanlardan alma!”.

   Abdullahın, gecənin qaranlığı və səssizliyi içərisində məsciddə etdiyi duanı yada salırıq. O, duasında axirət dünyasında da Allah Rəsulu (s.ə.s) ilə birlikdə olmağı istəmiş, Rəbbindən bunu niyaz etmişdi.

   O, İslam dininə könlünü verən ilk günlərdə Allah Rəsuluna xidmət etməyi təklif etmiş və bu təklifi də Peyğəmbər tərəfindən qəbul olunmuşdu. Bəlkə də heç kəsə nəsib olmayan dərəcədə Allah Rəsulu (s.ə.s) ilə birlikdə olmuşdu. Əbədi həyatda da bu birliyi davam etməsini istəmiş, ondan ayrılmamağı arzulamışdır. Buna görə də gecənin qaranlığında və səssizliyin əllərini açaraq Rəbbinə dua etmişdi.

   Bu arzunun, bu duanın, bu sevginin, bu bağlılığın barasində yenidən düşünülməli və ibrətlər götürülməlidir.

   Çünki bir insanın yanında olanlar, onun gizli və aşkar sirlərini bilənlər başqalarının gözü ilə o şəxsə baxa bilməzlər. Çox vaxt onun əskikliklərini, nöqsanlarını bildiklərinə görə ona başqa insanların verdikləri qədər dəyər verməzlər. Üstəlik əgər bu insanlardan bəzilərinin daxili dünyaları boş, beyinləri və qəlbləri gözəl düşüncələrdən və xüsusiyyətlərdən yoxsun olan, sözləri saxta, davranışları səmimiyyətdən uzaq, hədəf və qayələri qaranlıqdırsa vəziyyət daha da mürəkkəbləşir. Müvəqqəti mənfəətlər və hesablara görə müxtəlif planlar ortaya qoyan insanlardılarsa da.. Ətrafı yaltaqlar və onu tərifləyərək mənfəət umanlardırsa da həmçinin...

   Həqiqət belə olduğuna görə, bu yaltaqlıqların öz hədəfinə çatmaması üçün bəzi tədbirlər alınmışdır. Görülən bunlardan ibarətdir. Yaxın bölgələrdəki insanları öldürmək, onları hədələmək, addım-addım izləyərək başqaları ilə danışıqlarını eşitmək, onlara məlumat vermələrinə mane olmaq, süni xəbərlər ortaya çıxarmaq, tarixi məlumatları təhrif etmək də bunlardan bir neçəsidir.

Ancaq bütün bu səylərin bir gün həqiqət günəşinin doğmasına mane olmayacağı da dəyişməz bir həqiqətdir. Bəşəriyyətin tarixdən layiqi şəkildə ibrət almadığı da başqa bir həqiqətdir.

Allah Rəsuluna Ümmət Olmaq

   Bu kimi insanların yaxınlığında olan və onları həqiqi xüsusiyyətləri ilə tanıyan insanların onları sevməsi, hörmət və bağlılıq hiss etməsi mümkün deyil. Əgər çəkindikləri xarici təsirlər yoxdursa, içlərində gizlətdikləri məkrləri ortaya çıxarmağa çalışacaqlar. Hər hansısa bir təzyiq və təhdidlə qarşı-qarşıya gəldikdə isə uyğun zamanı gözləməyə çalışacaqlar. Bu əsnada da öz duyğularından irəli gələn bəzi kəlmələr ağızlarından çıxacaqdır. Onları diqqətlə dinləyənlər, o kəlmələrdəki duyğuları hiss edəcəklər.

  Biz yadımıza düşən bu bataqlıqdan əl çəkib, yenidən Abdullahın gözəl duyğularına qayıdırıq. Onun, həyatda ikən daim yanında olan Allah Rəsuluna qarşı hiss etdiyi sevginin artması, hər gün getdikcə ona daha dərindən bağlanması, dünya həyatındakı birlikdəliyin axirətdə də davam etməsinin istəməsi, bunu Rəbbi ilə özü arasında dilə gətirib dua etməsi də bizə çox şey deyir. Onun duyğuları yuxarıda qeyd etdiklərimizdən çox fərqlənir. Çünki sevdiyi və bağlandığı çox fərqlidir.

  Allah Rəsulu (s.ə.s) onun bu duasına qulaq asarkən və Rəbbindən qəbul olmasını istəyərkən nələr hiss edirdi, qəlbindən nələr keçirirdi, biz onu bilmirik. Ancaq bu yaşananların bizim qəlbimizdə də bu niyazı canlandırdığını hiss edirik və Rəbbimizə belə səslənirik:

“Ey Rəbbimiz! Bizləri kainatın əfəndisinə, iki dünya günəşi- nə, həbibinə, yaradılanların ən xeyirlisinə ümmət etdin! Belə bir şərəfi bizə bəxş etdin. Dünya ömrü bitib yeni bir həyatın başla- dığı anda bizi bu şərəfdən məhrum etmə! Bizi onun ümməti olaraq həşr et! Onun bayrağı altından toplananlardan, onun hovuzu ətrafından bir yerə yığışanlardan, onu yaxından görənlərdən, onun səhabələri ilə görüşmə nemətinə qovuşanlardan, tarixin seyri içərisində onların davamçısı olaraq izzət tapanlardan, şərəf duyanlardan, onlarla görüşməyin sevgisinə, şövqünə, sevincinə və səadətinə çatanlardan et!

Dünya həyatında ikən də bizləri bu şüuru, bu idrakı daşıyanlardan, sahib olduğu imanı, şüuru və əzmkarlığı dünyaya əks etdirənlərdən, ömür pilləkənlərini çıxarkən elmi, irfanı, ədəb və tərbiyəsi ilə yüksələnlərdən, hər gün getdikcə xeyirli əməllərə yeni saleh əməllər əlavə edənlərdən eylə!

   Rəsulunun yolundan gedənlərdən, onun irşad xəini əsla tərk etməyənlərdən, mominlərin yolundan başqa yol tutmayanlardan, haqqa tərəf səbr və mətanətlə yola düşənlərdən eylə!

   Bizi zalımlarla birlikdə həşr eyləmə! Haqq davasına qar- şı çıxanlardan, onu anlamayanlardan, ona uzaq duranlardan, qəflət pərdələrinin gözlərini bürüdüklərindən, hara getdiyini bilmədən İblisin addımlarına tabe olub yeriyənlərdən, Allah Rəsuluna uzaq qalanlardan, özlərinə mömin qəlblərin yolundan başqa yol tutanlardan, ən sonra da cəhənnəm atəşində yananlar- dan eyləmə!

İstər çağdaş, istər qədim, istərsə də yeni, adı və şəkli nə olursa-olsun cəhalətə düşənlərdən, Rəbbini unudub öz həva və h ə və slə rin ə tabe olanlardan, onlar ı ilah hal ına g ə ti rə n lə r- dən, həyatın axışı içərisində kortəbii şəkildə ona doğru sürük- lənənlərdən, haraya gedəcəyini bilmədən ölümə doğru yola dü- şənlərdən eyləmə!

Sənə bəndə, Rəsuluna ümmət eylə!

Bizi bu iqrar və arzu ilə dünya həyatını yaşayanlardan, haqq yolda xidmət edənlərdən və hüzuruna alnı açıq gələnlərdən eylə!”

 

Müəllif: 


30-08-2018 03:27:49

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz