Ana səhifə

İbni -Ərəbinin ''Fütuhat'' adlı əsərində, "Adəmdən əvvəl yüz minlərlə Adəm gəlib keçmişdir,'' dediyi söylənilir. Hz. Adəm (ə.s)dan əvvəl dünyada insan yaşayıbmı?


YazdırSend to friend

Cəfəri-Sadiq və İbn Ərəbidən "Bildiyimiz Adəmdən əvvəl qırx min Adəm gəlib," dediyini nəql edirlər.

Elə zənn edirik ki, bununla, “hər varlığın bir ilk əsli olduğuna, hər canlı növün- ilk ataları hökmündə- bir Adəmi olduğuna” işarə etmək istəmişdir. İnsanların digər varlıq və canlılardan daha sonra yaradıldığını düşünsək, onun "Adəmdən əvvəl…" şəklindəki ifadəsi daha bir məna qazanır.

Ayrıca, bu şəxslər bu sözlərlə, gerçək mənada müxtəlif Adəmlərin varlığına deyil, eyni Adəmin misal aləmindəki yansımalarına işarə etmiş də ola bilərlər.

Yoxsa, indiki insanlıqdan əvvəl, başqa bir insan cəmiyyətinin varlığına dair heç bir səhih məlumata sahib deyilik. Quran və hədislərdə belə bir məlumat yoxdur.



26-04-2011 12:00:00