Ana səhifə

İçimdən Allaha söymək keçir; bu vəziyyət vəsvəsədirmi, dindən çıxarammı? Vəsvəsədən necə xilas olarıq?


YazdırSend to friend

       İçinizdən "Sən bunu istəyərək edirsən." deyən də şeytandır. Ağılınıza bu mövzuda nə gəlirsə gəlsin əhəmiyyət verməyin. Siz əhəmiyyət verməsəniz tez yox olar. Aman tez getsin deyə də özünüzü çətinliyə salmayın. Vəziyyətiniz vəsvəsə olduğu üçün günahkar olmazsınız.

       Vəsvəsə, tamamilə təlqindən ibarət bir şeydir. Vəsvəsəni ağılınızda bitirəcəksiniz. Yəni insan özündə vəsvəsənin olduğunu anladığı anda, vəsvəsənin bitməsi lazımdır. Çünki vəsvəsə olduğunu bilmədiyinizdə özünüzü günah işləyir, səhv edir zənn edirsiniz. Bu zənndən ötəri də vəsvəsə artaraq davam edir. Halbuki bu vəziyyətin sizdən qaynaqlanmadığını, şeytanın təlqini olduğunu və sizin də bundan ötəri bir məsuliyyət altına girmədiyinizi, günahkar olmadığınızı anladığınız zaman vəsvəsə özbaşına gedəcək. Vəsvəsəni gözünüzdə böyütməyə ehtiyac yoxdur. Şeytanın hiyləsi zəifdir.

      Əbu Hüreyrə (radıyallahu ənh) nəql edir:

Hz. Peyğəmbər (əleyhissalatu vesselam)`ın səhabələrindən bir qisimi ondan soruşdular:

"Bəzilərimizin ağılından bir qisim vəsvəsələr keçir, normalda bunu söyləmənin günah olacağına bilirik." Hz. Peyğəmbər (əleyhissalatu vəssalam):

"Həqiqətən belə bir qorxu duyursunuz?" deyə soruşdu. Oradakılar,

"Bəli!" dəyincə:

"Bax bu (qorxu) imandan gəlir (vəsvəsə zərər verməz) dedi." [Müslim, İman 209 (132); Əbu Davud, Ədəb 118 (5110)]

Digər bir rəvayətdə; "(Şeytanın) hiyləsini vəsvəsəyə çevirən Allah`a həmd olsun." demişdir.

        Müslim`in İbnu Məs`ud (radıyallahu anh)`dan qeyd etdiyi bir rəvayət belədir:

"Dedilər ki: "Ey Allah`ın Rəsulû, bəzilərimiz içindən elə səslər eşidir ki, onu (bilərək) söyləməkdənsə kömür kəsilənə qədər yanmağı və ya göydən yerə atılmağı seçər. (Bu vəsvəsələr bizə zərər verər mi?)." Hz. Peyğəmbər (əleyhissalatu vəssalam):

"Xeyr bu (qorxunuz) gerçək imanın ifadəsidir." cavabını verdi."

Vəsvəsə və Qurtuluş:

http://www.seyrangah.tv/category/vesvese-ve-kurtulus



24-03-2014 12:00:00