Ana səhifə

İdarə edənlər və idarə olunanlar haqqındakı ayələr hansılardır?


YazdırSend to friend

İdarəçilər haqqındakı bəzi ayələr:

 

Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver, nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar.

(Sad, 38/26).

 

Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətli olanları sevir.” (Maidə, 5/42).

 

Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir.”(Nisa, 4/58).

 

Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi.” (Yunus, 10/83)

 

İdarə olunanlar haqqındakı bəzi ayələr:

 

Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin). Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanır-sınızsa, Allaha və (Onun) Elçisinə müraciət edin. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.”(Nisa, 4/59).

 

Elə görünür ki, idarəçilərin ən böyük vəzifəsi, ədalətli olmaqdır. İdarə olunanların ən böyük vəzifəsi də, bu ədalətli hökmlərə tabe olmaqdır.



04-05-2011 12:00:00