Ana səhifə

İftar Duası


İslamın 5 şərtindən biri oruc tutmaqdır. Rəbbimizin əmri ilə ilin bir ayını oruclu keçirərik. Oruc imsak vaxtının çıxması ilə başlayan və iftar vaxtının girməsi ilə sona çatan müsəlmanlar üçün fərz olan bir ibadətdir.

İki dünya Sərvər Peyğəmbər Əfəndimiz (s.ə.v.) bir hədisində belə buyurmuşdur:

"Üç kimsənin duası rədd olunmaz" iftar əsnasında oruclunun duası, adil hökmdarın duası, məzlumun duası, Allahu Təala bu duaları səmaya yüksəldər, səmanın qapılarını açar və "izzət və camalıma and olsun ki, bir müddət sonra da olsa, sənə kömək edəcəyəm "deyə and içər.''

İftar Vaxtında Ediləcək Dua

ALLAHUMMƏ LƏKƏ SUMTU VA BİKƏ ƏƏMƏNTU VA ALEYKƏ TƏVƏKKƏLTU VA ALƏ RIZQİKƏ ƏFT'RTU VA LİSAUMİ ĞADİN MİN ŞƏHRİ RAMADANA NƏVEYTU FƏĞFİR Lİİ MƏƏ QADDƏMTU VA ƏXXƏRTU!

mənası:

" ALLAH`IM SƏNİN RİZAN ÜÇÜN ORUC TUTDUM! SƏNƏ İMAN ETDİM! SƏNƏ GÜVƏNDİM, TƏVƏKKÜL ETDİM! SƏNİN VERDİYİN RUZİ İLƏ İFTAR ETDİM! SABAHKI RAMAZAN ORUCUNA NİYYƏT ETDİM! KEÇMİŞ VƏ GƏLƏCƏK GÜNAHLARIMI BAĞIŞLA!.''

Digər Bir İftar Duası:

Ərəbcəsi: Bismillahi vəl hamdu lillahi, Allahummə ləkə sumtu və ala rızqikə əftartü və əleykə təvəkkəltü, sübhanəkə və ni hamdikə təkabbəl mini, innəkə əntəs səmiul alim.

Mənası: Allah`ım! Sənin rızan üçün oruc tutdum, Sənin ruzisinlə orucumu açdım. Ancaq sənə təvəkkül etdim. Səni həmdinlə təsbeh edirəm. Allah`ım məndən qəbul et. Çünki sən eşidən və bilənsən.

Peyğəmbər Əfəndimizin İftar Duası

Muaz ibni Zührə ra: Bəyan edir: Mənə bildirildi ki, Rəsulullah sallallahu əleyhi vəsəlləm İftar etdiyi zaman bu duanı oxuyardı.

"Allahummə ləkə sumtu və ala rızqikə əftartü."

Ey Allah'ım, Sənin rizan üçün oruc tutdum və Sənin ruzisinlə orucumu açıram. (Əbu Davud, Savm: 22)

Mərvan ibni Salim, ibni Ömər radıyallahu Anhümadan nəql edir:

Rəsulullah Əfəndimiz sallallahu əleyhi vəsəlləm, orucunu açanda belə deyərdi.

"Susuzluq getdi, damarlar isindi, inşallah Tealaya savab dəqiqləşdi."

Ayrıca  iftarda edilə bilən dua:

Allah`ım! Sənin rizan üçün oruc tutdum, Sənə inandım, Sənə güvəndim, Sənin ruzisinlə orucumu açdım, həmd olsun verdiyin nemətlərə, sağlamlıq və afiyətə.

Ey bağışlaması bol Rəbb`im! Məni, ailəmi, millətimi, dövlətimi, və bütün inananları qoru, rəhmətini və yardımını əsirgəmə bizdən, bizlərə yaşama sevinci ver. Hər cür çətinliyə qarşı dözmə gücü ver, Sənin hər şeyə gücün yetər. Amin.



07-07-2014 12:00:00