Ana səhifə

İftitah Təkbiri


YazdırSend to friend

Namaz qılan kəsin ayaq üstə və özünün eşidəcəyi qədər bir səslə “Allahü-Əkbər”  deməsinə “iftitah təkbiri”və ya “təhrimə” deyilir.Bu təkbirlə namaza başlanmış  və digər bütün şeylərlə əlaqə kəsilmiş olur.İftitah təkbiri namazın əvvəlində olduğu üçün şərtə oxşasa da ,rüknlərə bitişik olduğuna görə bir rükn sayılmışdır.

Namaza iftitah fəkbiri ilə başlamağın fərz olduğu Kitab və Sünnə dəlillərinə istinad edir.Allah-Təala,”Öz Rəbbini uca tut!” buyurur.Allah Rəsulu  (sallallahu aleyhi və səlləm) də belə buyurmuşdur:”Namzın açarı təmizlik,başlanğıcı isə təkbirdir.”1 “Allah-Təala dəstəmazı yerli yerində alıb, sonra qibləyə dönərək “Allahu Əkbər” demədikcə heç kimin namazını qəbul etməz.”2 Allah Rəsulu(s.a.s) səhv namaz qılan bir səhabəyə namazı tərif edərkən;”Namaza başladığın zaman təkbir gətir” 3 buyurmuşdur.

Allah Rəsulu`nun (sallallahu aleyhi və səlləm) namaza başlayarkən təkbir alaraq,əllərini qulaqlarının səviyyəsinə qədər qaldırdığına dair müxtəlif  hədislər rəvayət edilmişdir.4

Şafei və hənbəlilərə görə,əlləri təkbir alarkən ,rükuyə əyilərkən və rükudən qalxarkən çiyin səviyyəsinə qədər qaldırmaq sünnətdir.5

Ayaq üstə dayana bilməyən oturaraq təkbir ala bilər.Təkbir ərəbcə deyilməlidir.Başqa dildə olmaz.Allah-Təalanı ucaltma mənasını daşıyan “Allahu Kəbir” və ya “Allahu Azim” kimi başqa sözlərlə təkbir alınması yaxud yalnız “Allah” deyilməsi də fərzi yerinə yetirmək üçün kifayədir.

Lakin”Allahumməğfirli(Alah`ım məni bağışla),”Əstəğfitullah”(Allah`dan bağışlamağımı diləyirəm),”Əuzu billəh” (Allah`a sığınıram) və ya “Bismilləh” (Allah`ın adı ilə başlayıram) kimi sözlərlə namaza başlamaq olmaz.Çünki bunların hər biri dua cümləsi olsa da təzimi ifadə etməz.Hənəfilərə görə,namaza “Allahu Əkbər”(Allah ən Böyükdür) sözü ilə başlamaq vacib,bu sözdən başqasını seçmək isə təhrimən məkruhdur.

Əkbər yerinə “əkbaar” və ya Allah yerinə “Aallah” şəkilndə uzadaraq oxumaq mənanı pozacağı üçün bununla namaza başlamaq olmaz.Namazda bu tərzdə oxumaq da namazı pozar.Əkbərin “kəf” hərfini qalın oxuyaraq “əqbər” deyilməsi namaza zərər verməz.Çünki bundan qaçmaqda çətinlik vardır.Təkbir niyyətdən sonra olmalı.

Namaz`a “Allahü-Əkbər” sözü ilə başlamaq vacibdir.Bu, əksəriyyətə görə fərzdir.Vaciblər fərzləri,sünnətlər  vacibləri,ədəblər də sünnətləri tamamlamaq üçündür.Beləliklə mü`minin miracı olan Namaz`ı haqqıyla qılmış olar və zay olmaqdan qurtular.

Sübutu âyə, mütəvatir və ya məşhur hədis kimi qəti dəlilə söykənən,lakin dəlaləti(ifadə etdiyi məna) zənni olan hökmə “vacib”deyilir.Vacibin hökmü tərk edənin axirətdə hesaba çəkilməsidir.Vacib tərk edildiyi üçün namaz pozulmaz.Bu əskikliyi tamamlamq üçün namazın sonunda səhv səcdəsi edilməlidir.Lakin bir vacib bilərək tərk edildiyində ,namaz təkrar qılınmalıdır.

Vacib məfhumu yalnız hənəfilərə məxsusudr.Digər üç məzhəbdə isə vaciblərin bir qismı fərz,bir qismi də sünnət sayılmışdır.

1.Əbu Davud ,Səlat,73, Təharət,31 ; Tirmizi,Məvaqit,62, Təharət,3 ; İbn Macə,Təharət,3

2-Əbu Davud, Səlat,144

3-Buxari,Azan,95,122;Müslim,Səlat,45;Əbu Davud,Səlat,164;Tirmizi,Məvaqit,110.

4-Buxari,Əməl fis-Səlat,316,Məvaqit,24; Müslim,Səlat,21-25,Məsacid,225; Əbu Davud,Səlat,115,116,178,181; Tirmizi,Səlat,63,İbn Macə,İqamə,115.

5-Müslim,Səlat,21,25,26; Əbu Davud,Səlat,115; Tirmizi,Səlat,76,110.



19-04-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz