Ana səhifə

İki səcdə arasında dua edilirmi ?


YazdırSend to friend

Hənəfi məzhəbinə görə iki səcdə arasında sağ ayaq barmaqlar üzərinə dikilir, sol ayaq içə bükülərək onun üzərinə oturulur; bir dəfə 'Subhanəllahi' deyəcək uzunluqda durulduqdan sonra ikinci səcdəyə gedilər. Bu oturuş anında əllər dizlərin üzərinə qoyular, baxış isə səcdə edilən yerə doğru çevrilir. Hənəfi məzhəbinin bu qaydaları Peyğəmbərimiz (s.ə.s.)`in hədislərinə əsaslanır; ancaq Rasulallah (s.ə.s)`ın dəyişik zamanlarda fərqli şəkillərdə namaz qıldığı bir gerçəkdir.

Peyğəmbər Əfəndimiz (sallallahu aleyhi və səlləm)'in iki səcdə arasında dua etdiyinə dair açıqlamalar vardır. Ancaq bunu xüsusilə gecə namazlarında etdiyi aydın olmaqdadır. Bu səbəblə iki səcdə arasında dua etmək istəyənlər bu duaları yalnız nafilə namazlarda edə bilərlər.

Bir hədisi-şərifdə; Peyğəmbər Əfəndimiz (s.ə.s.)'in gecə qıldığı bir namazda rüku, səcdəsi və iki səcdə arasındakı duruşu eyni uzunluqda olduğu bildirilərkən bir başqa hədisdə, səhabələr, Onun çox uzun dayanmasını qəribə qarşılayıb "Yoxsa çaşdı mı?" deyəcək hala gəldiyi aydın olmaqdadır. Bu oturuşlarda da müxtəlif formalarda dua edən Peyğəmbərimiz (s.ə.s.) 'in bu duaları etdiyi rəvayət edilir:

"Rabbiğfir li, və'rhamnî, və âfinî  və'hdinî, və'rzuqnî = Allah`ım məni mağrifət et, mənə mərhəmət et, mənə afiyət ver, mənə hidayət ver, mənə ruzi ver" "Rabbiğfirlî, Rabbiğfirlî = Ey Rəbbim məni bağışla, ey rəbbim məni bağışla" və ya "Allah`ım mənə mağrifət et, məni zəngin et, mənə hidayət ver, mənə ruzi ver" Ayrıca bu hədis-i şərifdə Resu-i Əkrəm (s.ə.s.) 'in birinci rükətdə Bəqərə, ikinci rükətdə Ai-İmran, üçüncü rükətdə Nisa Sûresi'ini oxuduğu; dördüncü rükətdə də Maidə və ya Ən'am surələrindən birini oxuduğu ifadə edilir. (bax. Əbu Davud, Salat, 145, 146, vd.)

Buna görə nafilə namazlarda, xüsusilə gecə namazlarında iki səcdə arasında və ya səcdədə, insanın özü, ana atası və digər möminlər üçün dua etməsi uyğundur.

Şafiilərə görə isə, iki səcdə arasında bu duanı oxumaq sünnədir:

"Rabbiğfir li, və'rhamnî, və'cburnî, və'rfa'nî, və'rzuqnî, və'hdinî, və âfinî " (bax, Nəvəvi, el-Minhac/əs-Siracu 'l-Vəhhac, s. 48)



26-06-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz