Ana səhifə

İlahi kitablar, bir əvvəlki kitab dəyişdirildikdən sonra mı enmişdir?


YazdırSend to friend

İlahi kitabların enməsi,  bir əvvəlki kitabın dəyişdirilməsi şərtinə bağlı deyil. Necə ki, Hz. İsa (ə.s.)-a endirilən İncil, bir əvvəlki kitab olan Tövratın hüquqi ehkamını əhatə etməmişdir. Hz. İsa (ə.s.), İncil ilə sevgi, şəfqət, əxlaqi dəyərləri dərs verərkən, hüquqi tənzimləmələr mövzusunda Tövratı istinad almışdı. Zəbur da elədir. Bu iki kitabda da şəri hökmlər yox kimidir. O mövzuda Tövratı əsas alırdılar. Bu da göstərir ki, bir kitabın endirilməsi, bir əvvəlki kitabın təhrif edilməsinə bağlı deyil. Əksinə, zamanın və yerin şərtlərinə bağlı olaraq ortaya qoyulması lazım olan yeni prinsipləri dərs vermək üzrə endirilmişlər.

 

Qurani Kərimin enməsini də köhnə kitabların pozulmasına bağlamaq məqsədə uyğun deyildir. Bu təqdirdə, sanki pozulmamış olsaydılar, Qurana ehtiyac qalmazdı, kimi son dərəcə səhv bir mühakiməyə düşmək olar. Halbuki, bütün dinlərin təməl əsasları olan iman həqiqətləri hər vaxt aktuallığını qorumaqdadır. Ancaq zaman və yerin şərtləri, mövzunun az və ya çox açıqlanması, xülasə və ya təfsilatlandırılması mövzularında böyük bir rola malikdir. Fərqli şəriətlərin gəlməsinin hikməti budur. Quranda, əvvəlki kitablarda da keçən əhəmiyyətli mövzular vardır; bunlar səmavi dinlərin ortaq məxrəcidir.

 

Bununla birlikdə, Quranın, əvvəlki kitablardakı bəzi hökmləri nəsh etdiyi mövzusunda -az qala- bütün İslam alimləri arasında görüş birliyi vardır. Ancaq təkrar edək ki, Quranın gəlməsi onların pozulmasına bağlı deyil. Çünki, əvvəlki kitablar pozulsun, pozulmasın, onlardakı bəzi hökmlərin dəyişiklik edilməyə, bəzilərinin tamamilə qüvvədən qaldırılmağa ehtiyacları vardır.



02-08-2010 12:00:00