Ana səhifə

İldırım Bəyazid Xanın içki içdiyi doğrudur?


YazdırSend to friend

Osmanlı Hüququnda tiryək, sirr və kokain qadağandır? II. Bəyazidin gəncliyində sirr və bənzəri kef verici maddələri istifadə etdiyi və içki İçdiyi doğrudur?

 

Əvvəl bunu ifadə etməliyik ki, İslam Hüququnda və dolayısilə Osmanlı Hüququnda, tiryək, kokain kimi narkotik maddələr, haram qəbul edilmiş və belə narkotikləri istifadə edənlərə cəzaların ən şiddətliləri verilmişdir. Hz. Peyğəmbərin dövründən sonra ortaya çıxan bir hadisə olduğundan ötəri, narkotik maddələrin haram olduğu, digər içkilərə müqayisə və ictihad yoluyla sabit olmuşdur. Ancaq Hz, Peyğəmbərin mövzuyla əlaqədar qadağan edici bir hədisi də var. Dərhal bunu da əlavə

etməliyik ki, bu cür maddələrin, indiki vaxtda müasir üsullarla tibb dünyasında istifadə edilməsi o zamanlar üçün söz mövzusu olmadığından, xəstələrin dərman olaraq istifadə etmələri ilə kef əhlinin yalnız kef üçün istifadə etmələri arasındakı sərhədi hər vaxt qorumaq asan olmamışdır. Əbu Suud Əfəndi və bənzəri Osmanlı Şeyxülislamları, çox sayda fətvalarıyla, mənə (xaşxaş), bers (tiryəkli sirop), tiryək, məcun və sirr adıyla bilinən bütün narkotik maddələrin, açıqca haram olduğuna dair fətvalar vermişlər

 

Bu şəri hökmü bilən Osmanlı Padşahları, hər növ narkotik maddəni qadağan etdikləri kimi, xarici və iç düşmənlər tərəfindən səltənət, əxlaqi zəifliklər və qadın kimi hiylələrlə, hər vaxt oyuna gətirilmək istənən Osmanlı Xanədan mənsublarını da, belə əxlaqsızların əlindən qurtarmaq üçün əllərindən gələni etmişlər.

Bu qısa girişdən sonra bunu ifadə edək ki, II. Bəyazidin padşahlığı dövründə deyil, ancaq gənclik dövründə ikən, Muəyyəd Oğulu Əbdürrəhman və Hasekisi Hacı Mahmud Bəy adlı iki yoldaşı tərəfindən, sirr və bənzəri" kef verici maddələri istifadə etmək üzrə təşviq edildiyi bəzi Osmanlı qaynaqlarında rəvayət edilməkdədir. Ancaq bu iddianın doğruluğunda da şübhə var. İçki içdiyinə dair açıq bir ifadə yoxdur. Necə ki Əli, Osmanlı padşahları ilə əlaqəli etdiyi ümumi bir qiymətləndirmədə, yalnız İldırım Bəyazid və II. Səlim haqqındakı bəzi isnadları nəql etməkdədir. Haqqında istifadə edilən, "gəncliyində iş nuşu sevərdi, edilən xəbərdarlıqlar və xüsusilə də Əbu Suudun atası Şeyx Muhyiddin Yevsinin irşadı üzərinə özünü tamamilə təqva və ibadətə verdi" şəklindəki qiymətləndirməyi, tamamilə içki və qeyri qanuni əyləncə deyə şərh etmənin səhvli olacaq. Padşahlar arasında, Fatehdən sonra ən böyük alim olaraq bilinən II. Bəyazidin, təqva və ibadətiylə adaşı olan Bəyazidli Bistami Həzrətləri kimi böyük bir vəliyyullah olduğu da qaynaqlarda ittifaqla yazılmaqdadır.

 

 

Qaynaq: Bilinməyən Osmanlı, Prof. Dr. Əhməd Akgündüz,  Dos. Dr. Səid Öztürk.



22-11-2009 12:00:00

Düğüme özel