Ana səhifə

İmam Azam Əbu Hənifənin “Allah haradadır?” sualını verən birinə “Göydədir” deyə cavab verdiyi iddia edilir. Bu doğrudur?


YazdırSend to friend

 

Bu mövzu ilə bağlı məlumatı İmam Beyhakidə görürük. Bu məlumat belədir:

Əbu Hənifə ona: “Allah haradadır?” deyə sual verən qadına: “Allah Subhanəhu və Təala səmadadır, yerdə deyil.” cavabını verdi. Onda bir nəfər: “Yaxşı, Allahın: O bizimlə bərabərdir sözünə nə deyirsən?” dedikdə “Bu, sənin bir kəsə məktub yazıb “mən səninlə bərabərəm” deməyin kimidir. Halbuki sən onun yanında deyilsən.” cavabını verdi. (bax: Beyhaki, el-Esma ve’s-Sıfat, 2/238).

Mövzunu izah edən Beyhakini özü İmam Azamla bağlı bu rəvayətin doğru olduğundan əmin deyil. Bu tərəddüdünü “əgər bu rəvayət doğrudursa...” qeydi ilə göstərmişdir. (bax: əlaqədar yer).

Beyhakinin fikrincə, bu rəvayət doğru olsa belə, bunun mənası həqiqətən göydə olduğu demək deyil. İmam Azam bu ifadəni Quranda Allah haqqında işlədilən “göydə olan...” (Mülk, 67/16,17) ayəsinə görə işlətmişdir. Bu ayənin mənası isə əslində Allah bir məkan aid etmək deyil, onun ucalar ucası bir varlqı olduğu deməkdir. İnsanların fikrincə, göy anlayışı hakimiyyəti, üstünlüyü və ucalığı ifadə edir.

Bizim gəldiyimiz qənaətə görə, sözügedən rəvayətdəki “İmam Azam ancaq yeddi gün sonra qadına cavab verə bildi.” ifadəsi bu rəvayətin doğru olmadığının açıq göstəricisidir. Çünki belə bir suala cavab vermək üçün yeddi gün gözləmək İmam Azama yaraşmaz. Belə ki, Beyhaki eyni yerdə digər rəvayətə əsaslanaraq ifadə etdiyi kimi bu mövzuda İmam Azamın fikri əhli-sünnə fikridir.

“Allah vardı, onunla birlikdə heç bir şey yox idi.” (Kenzu’l-ummal, h. No: 29850; bax: Buxari, Megazi, 67, 74, Bed’u’l-Halk 1, Tevhid 22; Tirmizi, Menakib, 3946.) hədisindən başa düşüldüyü kimi yer və göylər də daxil olmaqla, yaradılmış varlıqdan heç bir əsər yox ikən, Allah vardı və göydə deyildi. Elə Əzəli olmağın mənası da budur.

“Allah zaman və məkandan uzaqdır” inancı əhli-sünnənin təməl əqidəsidir. Bu sözü bir kafirin uydurduğu və bu sözə görə öldürüldüyü iddiası da bir uydurmadır, həqiqətə uyğun deyil.

Məzhəb imamlarının və o məzhəblərə tabe olan milyonlarla alimin fikirlərini bir kənara qoyaraq, öz düşüncələrini “sələf/sələfiyyə” adı altında ümmətə çatdırmağa çalışan bir zümrənin fəal səyləri məlumdur. Bu düşüncələrini təsdiq etdirmək üçün də İmam Azam kimi böyük alimlərin bəzi sözlərini götürərək, dəyişdirərək özlərinə dəlil gətirirlər. Ona görə, Hənəfi məzhəbiinin alimlərindən olan Şerhul Akidetul Tahaviye sahibinin görüşlərini özlərinə uyğun hesab etdikləri üçün oradan çox istifadə edirlər. Halbuki, bu insan İbn Teymiyenin fikirlərinin təsirində olan şəxsdir. Bu səbəbdən Tahavinin demədiyi şeyləri kitaba salaraq öz düşüncələrini yaymağa çalışmışdır.

Bununla bərabər kim deyirsə desin, əhli-sünnə və kütlənin ümumi düşüncəsindən kənara çıxanlar insanlara faydadan çox zərər verirlər.

-             Əvvəla, bunu qeyd etmək lazımdır ki, bu zümrənin tez-tez istifadə etdikləri “Sələf alimləri belə dedi” kimi sözləri doğru deyil. Sələf dedikdə sanki “sələf əfəndi” adlı bir şəxsdən bəhs edilirmiş kimi bir tək düşüncədən danışılır. Əslində isə elm və bəsirət əhli çox yaxşı bilir ki, istər sahabilər, istər tabiinlər, istərsə də təbi-tabiin olsun, hamısının bir çox məsələdə fərqli görüşləri, fərqli düşüncələri və ayələrlə bağlı fərqli izahları var. Sələf alimlərindən olan məşhur fiqh məzhəblərinin varlığı bunun göstəricisidir. Sahabilərin bir-birindən fərqli görüşlərinin olduğu elm əhlinə məlumdur. Deməli, “sələf belə dedi, elə dedi” kimi ifadələr əsla doğru deyil. Hətta səhv istiqamətləndirməyə görə bunu söyləyənlərin məsuliyyət daşıdıqlarını unutmaq olmaz. Bu, İslamın fikir azadlığına verdiyi dəyər ölçüsünə də ziddir. Quran ayələri üzərində dərindən düşünməyi əmr edən ayələrin əmrlərinə qarşı da ciddi bir hörmətsizlikdir. Bir nəfər İmam Malikdən “Ərşə istiva” mövzusunu soruşduqda imam cavabında: “İstiva məlumdur, keyfiyyəti məchuldur, onu soruşmaq bidətdir...” demişdir.

-             Üçüncüsü: Hz. Əli (ra) “Həqiqətləri elə anladın ki, Allah və Rəsulu (SAV) təkzib edilməsin.” demişdir.

-             Bu qaydaya görə, daha əvvəlki zamanlarda bu cür mütəşabih mövzuları o dövrün mühitinə, insanların düşüncə tərzinə görə bu məlumatı Allaha həvalə etmək uyğun ola bilərdi. Ancaq fəlsəfənin hər tərəfə yayıldığı, İslama zidd bir çox səhv düşüncənin yer tutduğu sonrakı dövrlərdə eyni metoddan istifadə edilsəydi, Hz. Əlinin bu tövsiyyəsinə İslamın təbliğ metoduna, bütün insanlara müraciətinin doğru başa düşülməsinə zidd vəziyyət yaranardı.

-             Dördüncüsü: İmam Azam da daxil olmaqla, əhli-sünnətin ortaq fikrinə görə, Allahın sifətlərindən biri də “muxalefetun lil havadis”dir. Yəni, Allah yaratdıqlarının heç birinə bənzəmir. “Allahın bir bənzərinin olmadığını” ifadə edən ayədə bu cəhət vurğulanmışdır.

Ərşə istiva bəzilərinin hesab etdiyi kimi bir həqiqət olaraq qəbul edilsə, Allahın maddi varlıq kimi təsəvvür etmək lazım gələr ki, bu da əhli-sünnənin düşüncəsinə ziddir. Ancaq bunu məcazi bir ifadə kimi Allahın bütün varlıqlar üzərindəki səltənətinin mənəvi bir rəmzi olaraq qəbul etmək nə dinə ziddiyyət, nə ayənin ifadəsinə təzad təşkil edir, nə də Qurandakı Allah təsəvvürünü təkzib edir. Üstəlik, belə bir anlayışın ortaya qoyulması ilə bu günkü insanların zehnində yanlış bir Allah təsəvvürünün də qarşısı alınmış olur.

 



08-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz