Ana səhifə

İmam Qəzali hansı mövzularda İbni Rüşd, Fərabi və İbn Sina ilə fikir ayrılığına düşmüşdür?


YazdırSend to friend

Bunların müsəlman olduqlarına şübhə yoxdur. Allaha, Peyğəmbərə (s.ə.v.) və Qurana olan imanlarını göstərən əsərləri ilə yanaşı həyatlarında etdikləri ibadətlər və qulluq vəzifələri də bunun göstəricisidir.

Bədiüzzamanın -xülasə ilə- bu ifadələri də bu həqiqətə işarə edir. “Həm Quran vəhy olmaqla birlikdə, əqli dəlillərlə təsdiq və tahkim edilmişdir (qüvvətləndirilmişdir). Bəli, mükəmməl ağıl sahibləri kəslərin ittifaqı buna şahiddir. Başda elmi-kəlamın əllamələri (alimləri) və İbni Sina, İbni Rüşd kimi fəlsəfənin dahiləri ittifaqla Quranın həqiqətlərini, təməl əsaslarını öz metodlarıyla, dəlilləriylə isbat etmişlər.” (Məktubat/ 19. Məktub(18. Nöqtəli İşarə)

 İmam Qəzaliyə görə, fəlsəfəçilər üç qisimdir:

Dəhriyyun/ Materialistlər: Bunların çoxu köhnə fəlsəfəçilərdən olub kainatın əzəli olduğunu, varlıqların bir yaradıcısının olmadığını söyləyən ateist dinsizlərdir.

Tabiiyyun/ təbiətçilər: Bunlar Allahın möcüzə sənəti olan təbiəti dərindən araşdırıb bunların yaradıcısız olmayacağı qərarına gəldilər. Ancaq, bu işə çox daldıqları üçün, hər şeyin avtomatik olaraq təbiət nizamına bağlandığını, işlərin bu qurğuda cərəyan etdiyini, bu səbəbdən, ölümdən sonra dirilişin, hesabın kitabın olmayacağını söylədilər və buna görə də dinlərin söylədikləri Allahın əmr və qadağalarını nəzərə almağın heç gərəyi olmadığını müdafiə etdilər. Bunlar da bir cür inkarçılardır.

İlahiyyun/ Ilahiyyatçılar: Bu üçüncü qisim, Sokrat, Əflatun, Aristotel kimi sonradan gələn filosoflardan əmələ gəlmişdir. (el Münkız-şamile, 1-7).

Xüsusilə Aristotelin fikirlərini bizə çatdıran İslam filosoflarından Farabi ilə İbn Sinadır. Bunların verdiyi məlumata görə, Aristotelin düşüncələri; küfrə aparan, bidətçiliyə aparan, inkar edilməməsi lazım olanlar olmaq üzrə üç qisimdə qiymətləndirilə bilər. (a.g.y).

Qəzaliyə görə, Aristotelin və ona tabe olmuş Farabi ilə İbn Sinanın təkfiri (kafir deyilməsi) üç xüsusdan ötəridir:

a. “Həşr cismani deyil. İnsanlar cəsədləriylə deyil, tək ruhlarıyla həşr olunur,” demələri. Bu bütün müsəlmanların inancına zidd bir düşüncədir.

b. “Allah küllü şeyləri bilər lakin cüzi şeyləri bilməz,”- demələri. Bu açıq bir küfrdür.

c. “Aləmin qədim/əzəli olduğunu,”- söyləmələri. Bu üç düşüncə İslam əqidəsinə, müsəlmanların düşüncəsinə zidd olub təkfir edilməsi lazımdır. (a.g.y).

Qəzali bu düşüncələrini, yazdığı əsərlərində, xüsusilə “Təhafutü'l-fəlasifə” (Fəlsəfəçilərin ziddiyyətləri/qəribəlikləri) adlı əsərində dilə gətirmişdir.

İbn Rüşd (1126-1198) isə, Aristotelin əsərlərinə şərhlər yazmış, Qəzalinin (1058-1111) bu əsərini tənqid etmiş və bunun üçün “Təhafutü't- Təhafut” adlı bir əsər qələmə almışdır. Qəzali ilə birlikdə xatırlanması bundan ötəridir. İbn Rüşd , Qəzalinin vəfatından sonra dünyaya gəldiyinə görə, Qəzalinin onun haqqında bir şey söyləmiş olması düşünülə bilməz.

 Bədiüzzaman Səid Nursi isə, bu mövzuda -xülasəylə- bu görüşlərə yer vermişdir:

“İslam filosoflarından İbn Sina və Fərabi fəlsəfənin görünürdəki şaşaasına (parıltısına) qapılıb, ona aldandılar. Bu səbəblə - dahi olmalarına baxmayaraq- ancaq sadə bir mömin dərəcəsini qazana bilmişlər. Hətta, İmam Qəzali kimi bir Hüccətü'l-İslam, onlara o dərəcəni də verməmişdir.” (Sözlər/30. Söz)



26-04-2011 12:00:00