Ana səhifə

İmamın camaatın qarşısında olma şərti ilə Kəbədəki namaz bir-birinə ziddir?


YazdırSend to friend

Hər qaydanın istisnası olar da bunun istisnası olmazmı? Hərəmi-Şərifdə Beytullahın ətrafını doldurmuş olan möminlər Kəbəyə yönələrək olduqları cəhətlərdən namaza durar, imama uya bilərlər. Ancaq, imamın durduğu cəhətdə olan camaat, Beytullaha imamdan çox yaxınlaşa bilməz. Yəni imamı keçib namaza dura bilməz. Demək ki, burada da qismən imamı keçməmə şərti vardır. Lakin bu şərt, Kəbənin hər tərəfinə şamil olmaz.

Bu səbəblədir ki, Beytullahı təvaf edənlər namaza durarkən imama baxarlar, əgər imamın yanındadırlarsa, keçməyib gerisində dayanmağa cəhd göstərərlər. Kəbəyə imamdan çox yaxınlaşmaqdan çəkinərlər. Çünki imamla Kəbə arasında camaat olmamalıdır

Haləbi və digər fiqh kitablarında məlumat vardır.

Haləbidə Kəbənin içində, fərz olsun nafilə olsun, namaz qılmağın caiz olduğu yazılır. Burada cəhət şərti yoxdur. Bilinən tərəfə durularaq qılına bilər.



04-05-2011 12:00:00