Ana səhifə

İman Həyatdır.


YazdırSend to friend

Biz “Həyat” haqqında fikirləşərkən böyümə və inkişaf xüsusiyyətləri daşıyan, bütün kainatla münasibət və ya əlaqə qura bilən bir varlıq düşünürük.

İman dedikdə: bir iynənin ustasız, bir kitabın hərfsiz olmayacağını bilən bir insan özünün və yaradılan hər şeyin də ustasının var olduğuna inanmasıdır. İman üçün bədii üz zaman  “İman, insanı Sani-i Zülcəlalinə nisbət edir” deyir. Yəni, iman Kainatın Sultanı və bütün varlıqlarla əlaqə qurmasıdır.

Necə ki, bir varlıq həyat sayəsində günəş, hava, su, küləklə qısacası bütün kainatla əlaqə qurduğu kimi, iman da bir insanın həyatına girsə, yəni həyatı imanla canlansa, o insan əbədiyyətə uzanan bir varlığa qovuşar.

Göz üçün günəşin işıqları nə qədər qiymətlidirsə, qəlb üçün də iman nuru o qədər qiymətlidir. Çünki göz işıq ilə hər şeyi görür, qəlb də iman nuru ilə hər şeyin sahibini tapır. Hadisələrin nə məna ifadə etdiyini görə bilər. Gözündə həyat olan biri günəşi, ulduzu görə bilərkən, kor olan birisi heç önünü görə bilmir. Qəlbində iman nuru olan biri əbədiyyəti arzulayıb, cənnətin xəyalını qurarkən, iman nuru qəlbində olmayan biri sabahın problemləri ilə qıvrılır.

İnsan İmanın həyata bənzər, imansızlıq da cansız bir ölü doğuluşa. Cansız bir varlığın heç bir şeydən faydalana bilməyəcəyi kimi, imansız bir insan  dünyada bir çox şeydən, əbədiyyət həyatından da məhrum olacaq. Dünyada hər gün açılan möcüzəvi mənzərələri, sərgiləri təqdir etməyənə “Gerçək həyat olan Axirət həyatında” daha gözəl sərgilər göstərmək olarmı? Onsuz da imansız olaraq ölən bir insan, əbədiyyət yurdu olan axirətə “ölü olaraq doğulmuş” olar.

Dünyada imansızlığın zərərləri

İnsan “İman” ilə dünyanın bir sahibi olduğunu qəbul etmədiyi üçün başına gələn hər bəla və müsibəti imtahan sualı olaraq qəbul edə bilməz. Tarlada rahatı axtaran insan narahatçılığı sərgiləyib durar. Əbədiyyəti bilmədiyi üçün hər istəyinin yerinə gəlməsini arzu edər. Çünki ona görə həyat bir dəfədir, o da zövq ilə yaşanmalıdır. Hiylə etməkdən, oğurluqdan və qul haqqı yeməkdən çəkinməz. Polisin olmadığı yerdə özünü kimsənin görmədiyini və yaxud güddüyünü düşünməz. Kamera qarşısında diqqətli olarkən ilahi yaddaşında hər an qeydə aldığından xəbərsizdir. Haram-halal sözlərinin onun lüğətində yeri yoxdur. Yoxsula kömək, ana-ataya itaət, qonşu haqqı kimi daha nə qədər gözəl xüsusiyyətləri imansızlığından qaynaqlanan səhv anlayışından ötəri layiqincə qiymətləndirə bilməz.

Özü hər şeyi mənfəətinə görə qiymətləndirdiyi üçün hər kəsi də öz xeyri arxasında qaçan insanlar hesab edər. Elə bir vəziyyətə gələr ki, qardaşına belə etibar etməz.

Ruh cəsəddən çıxdıqda bədənin bütün orqanlarında pozulmanın başlaması kimi, həyatımızda da iman olmasa, iç dünyamızda pozulmalar, sıxıntılar, stresslər əskik olmayacaqdır.

Bəli, imanı həyata tətbiq etmək lazımdır. İmanın insanların qəlblərində bir mənəvi gözətçi rolunu oynaması lazımdır. Hər etdiyinin görüldüyünü qeyd edildiyini bilən bir insan necə başıboş yaşayar?

Siz düşünün. İlahi yaddaşında qeyddə olduğunu bilən bir insan necə qul haqqı yeyər, necə kasıbı görməməzlikdən gələr, necə əxlaqsızlıq edə bilər?..

İman həyata girincə insan qəlbdə olan pis işlərdən uzaqlaşar. Buna bir misal:

Əshabənin məşhurlarından Muaz bin Cebel Həzrətləri Həzrəti Ömər dövründə zəkat məmurluğu vəzifəsində çalışırdı. Qəbilələri gəzib onların verdikləri zəkatları yığaraq Xəlifəyə gətirirdi. Muaz yenə bir gün Mədinə ətrafındakı qəbilələri gəzib, onların zəkatlarını almış, Xəlifəyə təslim etdikdən  sonra evinə dönərək istirahət edirdi.

Muaz kasıb idi. Bu kasıblıq bəzən xanımını çox bezdirirdi. Ərinin evə əliboş gəldiyini görüncə ona bu şəkildə gileylənməyə başlayardı:

- Hər gün çöllərdə gəzib, xalqın zənginlərindən zəkatlarını yığırsan. İnsan bu vaxt özünə də bir şey ayırar, evə gətirər. Kim biləcək, kim eşidəcək? Hz. Muaz xanımının sitəminə bu savabı verdi:

- Bunu necə edərəm xanım? Arxamda hər an gözətçi var. Biri məni müşahidə edir.

- Nə söyləyirsən bəy, demək sənə Allahın Elçisi güvəndi, Əbu Bəkir güvəndi, Ömər isə güvənməyib, arxana gözətçi qoydu, səni müşahidə etdirir ha? İndi mən ona göstərərəm...

Qadın hirslə getdi, Xəlifənin hüzuruna çıxaraq ərinin arxasına nə üçün gözətçi qoyduğunu soruşdu. Lakin Xəlifədən belə bir vəziyyətin olmadığını öyrənincə xəcalətli olaraq geri döndü. Bu səfər də ərinə :

- Mənə Xəlifənin hüzurunda xəcalət verməyə nə haqqın var? Niyə yalan danışırsan. Xəlifə arxama gözətçi qoydu, deyirsən? Muaz xanımına bu mənalı cavabı verdi:

- Xeyr xanım, yalan danışmıram. Mənim arxamda gözətçi var, biri məni müşahidə edir, dedim. Lakin o gözətçini Xəlifə arxama qoyub demədim. Arxamdakı gözətçi Xəlifənin deyil, Allahın gözətçisi idi. Allahın Kiramən katibin mələkləri yaxşı və pis hər şeyi yazıb qeyd etmirlərmi? Allah hər etdiyimiz işdən xəbərdar deyilmi?. Onun elmindən qaçmaq, məlumatından uzaq qalmaq mümkündürmü?. Zərrə qədər yaxşılığın da, zərrə qədər pisliyin də sabah axirətdə hesabı soruşulmayacaqmı?. Muazın xanımı bu cavabdan sonra dərin-dərin düşüncəyə daldı. Kasıblığın verdiyi çətinlik ilə necə səhv düşüncələrə daldığını anladı. Ərinə haqq verərək, ona bir daha bu mövzuda giley etməməyə qərar verdi.

Bu gün cəmiyyətdə iman edənlər arasında da çox fərqlər görünür. Bunun səbəbi də qənaətimcə bu cümlələrdə gizlidir.

“Cənabı Haqqı tanıyan və sevən, sonsuz səadətə, nemətə, ənvara, esrara ya bilquvvə və ya bilfiil məzhərdir.”

Çəyirdək “bilquvvə”yə, ağac isə “bilfiil”ə nümunə verilə bilər. Yəni çəyirdəkdəki bilquvvənin bilfiil halına gəlməsinə ağac deyirik. Çünki çəyirdəyin ağac olması üçün içərisində şifrlənmiş olan proqramın müəyyən şərtlərin yerinə gəlməsi ilə ortaya çıxması lazımdır. Torpaq altında gözləməli, sulanmalı, gübrələnməli, işıq ehtiyacı ödənməlidir  ki, ağac  inkişaf edib böyüsün və nəticədə hər kəsin kölgəsindən, meyvəsindən faydalansın. Əgər çəyirdəkə lazımi şərait yaradılmasa, bu gözəlliklərin heç birini nümayiş etdirə bilməyəcək.

Eynilə də bir insan iman etsə, amma ibadət torpağına özünü atmazsa, İslamiyyət günəşindən bəslənməzsə, Quran suyu ilə sulanmazsa, imanın gözəllikləri onda necə görünəcək ?!

İmanın həyata tətbiq olunmasını, lazımı qaydalara əməl etməklə olar. Yoxsa iman etdiyi halda pis əməllər törətsən, bir qüsurun olsa “bu necə müsəlman, bu necə mömindir ?” şəklində etirazlar yüksəlməyə başlayar. Buradakı qüsur imanda və islamda deyil.

Bəli, gəlin daha dünyada ikən cənnət həyatının havasını hiss edək, əbədi həyatın sevinci ilə gələcəyə baxaq. Bizi yoxluq qaranlıqlarından çıxarıb əziz bir qonaq olaraq yaradan Rəhim bir sahibimiz olduğunu düşünərək ona əl açaq. Bax əsl o zaman həyatın necə həyat ola biləcəyini görək. Bunun üçün də həyatımızı iman ilə canlandıraq!



22-02-2012 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz