Ana səhifə

İman Nədir?


YazdırSend to friend

İMAN; güvənmək, verilən bir xəbərə qəlbdən inanmaq, xəbəri gətirəni təsdiq etmək; bir şeyə tərəddüdə düşmədən inanmaq deməkdir.

İslami istilah olaraq "İMAN", "Allah'a, ondan başqa îlâh olmadığına, Hz. Muhamməd (S.Ə.V)'in Allah'ın qulu və Rəsulu olduğuna, Allah'ın mələklərinə, kitablarına, axirət gününə, qədərə(tale), xeyir və şərrin Allah tərəfindən yaradıldığına inanmaq. (Buxârî, iman, 37; Muslim, iman, 1, 5, 7; Əbû Dâvud, sünnə, 15). Bunlar imanın əsaslarıdır.

Sa'd-ı Taftazanî'nin təfsirinə görə îman, "Allah Təalanın istədiyi qulunun qəlbinə, cüzi ixtiyarının sərfindən sonra qoymuş olduğu bir nurdur."

Bədiüzzaman'a görə isə îman,

"Şəms-i Əzəlîdən (Allah Təala) ehsan edilmiş bir nur olduğu kimi, əbədi səadətdən də bir parıltıdır."
(İşaratü'l-îcâz, s. 44.)



22-06-2015 12:00:00