Ana səhifə

İman neçə qismə ayrılır?


YazdırSend to friend

İman iki qismə ayrılır:

1. İcmalî îman,

2. Təfsilî îman.

İcmâli İman Nə Deməkdir?


Peyğəmbərimizin Allah`dan alıb xəbər verdiyi şeylərin hamısına birdən, topluca inanmaq deməkdir.

Bir kimsə, mənâsını bilərək və qəbûl edərək:

"Lə iləhə illəllah Muhammədun Rasulullah"
desə icmalî olaraq îman etmiş olar.

Bu cümləyə, Kəlimə-yi Tövhid deyilir. Mənâsı budur:

Lə iləhə illəllah:
Allah'dan başqa heç bir ilâh və həqiqî məbud yoxdur.

Muhammədun rasûlullah:
Muhamməd (asm), Allah'ın Rəsûlu və Peyğəmbəridir.

Təfsilî İman Nəyə Deyilir?


Peyğəmbərimizin Allah'dan xəbər verdiyi şeylərin hər birini dəlilləriylə bilib inanmaqdır. Digər bir ifadə ilə, dinin zəruriyyətini bütün təfsilât və təfərrüâtıyla öyrənib təsdiq etmək deməkdir.

Dînin Zəruriyyəti Nədir?


Dînin zəruriyyəti, Âməntu'da yer alan 6 îman əsası ilə dînin namaz, oruc, həcc, zəkât kimi fərz qıldığı ibâdətlər və adam öldürmək, içki içmək, zinâ etmək kimi haram saydığı əməllərdir.

Bunları, hər Müsəlmanın təfərrüâtı ilə bilməsi və inanması şərtdir.
 



22-06-2015 12:00:00