Ana səhifə

İmanda Mərtəbə və İnkişaf Varmıdır?


YazdırSend to friend

      Necə ki, bir çəyirdək böyüyüb ağac olana qədər böyük bir təkmilləşmə və inkişaf göstərirsə, iman da elədir.

      İslâm âlimləri, imânı öncə iki mərtəbəyə ayırmışlar:

      1- Təqlidi iman,

     2- Təhqiqi îman ...

      Təqlidi iman: Ana - atadan, müəllimdən, mühitdən duyduğu və öyrəndiyi şəkildə, məsələ üzərində heç bir ağıl işlətmədən îman əsaslarına bağlanmaq deməkdir. Təqlidi iman, inanc əsaslarına, şüuruna və təfərrüatına vaqif (bələd, xəbərdar) olaraq bir inanma olmadığı üçün, xüsusilə də bu zamanda bəzi şübhə və vəsvəsələrə məruz qala bilər və sarsılıb yıxılma təhlükəsi keçirə bilər:

     Təhqiqi îman isə: İmâna âid bütün məsələləri dəlilləriylə, təfsilatlı və təfərrüatlı bir surətdə bilmək, təsdiq etmək, tərəddüdsüz inanmaqdır. Belə bir îman şübhə və vəsvəsələr qarşısında sarsılıb yıxılmaqdan özünü qoruya bilər.

     Təhqiqi îmanın da bir çox mərtəbəsi vardır. Bu mərtəbələri Islâm âlimləri başlıca üç hissəyə ayırmışlar:

      1- İlmə'l-yəqîn mərtəbəsi: İmani məsələləri elim ilə, tam təfərrüat və təfsilatıyla, dəlilləriylə bilmək və inanmaqdır.

      2- Aynə'l-yəqîn mərtəbəsi: İmani məsələləri gözlə görmüş, doğruluqlarını birbaşa müşahidə etmiş kimi bilmək və inanmaqdır. Gözlə görməklə elmən bilmək, insana qənaət (yəqinlik) verməsi baxımından çox fərqlidir. İnsan bir şey'i tərəddüdsüz, qəti olaraq bilə bilər, amma bir də gözləriylə görüncə yəqinlik qat qat artar.

       3- Haqqa'l-yəqîn mərtəbəsi: İmani məsələləri görməkdən başqa, birbaşa yaşayaraq, içinə girərək qəbul və dərk etmək deməkdir. İmanın bu üç mərtəbəsini izah baxımından belə bir misal verilməkdədir: Bir yerdən duman yüksəldiyini uzaqdan görməklə insan bilər ki, o yerdə atəş yanmaqdadır. Dumanı görmək surətiylə atəşin varlığını bilmək, ilmə'l-yəqîn inanmaqdır. Sonra, duman çıxan yerə gedib atəşi gözümüzlə gördüyümüzü fərzetsək, bu da atəşin varlığına aynə'l-yəqîn inanmaqdır. Bir də atəşin birbaşa yaxınına gedib istiliyini hiss etmək, əlimizi alova doğru uzadıb yandırmağını hiss etmək surətiylə atəşin varlığını bilmək vardır ki, buna da haqqa'l-yəqîn inanma deyilir.



27-07-2015 12:00:00