Ana səhifə

İmanın əsaslarını qısaca izah edərsiniz?


İmanın altı şərti vardır: Bunlar, Allah`a, axirətə, mələklərə, kitablara, peyğəmbərlərə, qədərə iman etməkdir. Bir insanın mömin ola bilməsi üçün bu altı əsasın hamısına inanması lazımdır. Bir tək iman şərtinə inanmayan insan, mömin ola bilməz. Çünki, iman əsasları bir-biriylə əlaqəlidir.

1- Allah`a İman:

İman əsaslarının birincisi Allah`ın varlığına və birliyinə inanmaqdır. Bir Müsəlman hər şeydən əvvəl iman edər ki Allah vardır və birdir; bu kainat O`nun əsəridir. Nə şəxsində, nə sifətlərində, nə də hərəkətlərində ortağı, bərabəri və bənzəri yoxdur. Sifətləri məxluqatın sifətlərinə bənzəməz.

Bütün varlıqlar Allah`ın varlığına dəlalət (dəlil) etdiyi kimi birliyinə də dəlalət etməkdədir.

Əzəli və əbədi olub, zamanda, məkandan, dəyişməkdən, ehtiyacdan, acizlikdən, qüsurdan münəzzəhdir (uzaqdır). Bu sifətlərə sahib olacaq bir başqa varlıq düşünülə bilməz.

Allahın bütün sifətləri hər şeyi əhatə etmişdir. Hər şey onun iradəsinə tabedir. Rahman, Rahm, Ğafur kimi camalı (Allah'ın, gözəllik, kərəm, lütf, incə sənət kimi mənaları ehtiva edən sifətlərinə verilən ad) adları olduğu kimi, Qahhar, Cəbbar, Müntakim kimi cəlalı (Allah'ın "Qəhhar, Cabbar, Mutəkəbbir" kimi sərtlik və böyüklük ifadə edən sifətləri.) adları da vardır. Özünə iman edənlərə lütf ilə rəftar edər. Küfr və üsyan əhlini də əzabına çatdırar.

İbadət ancaq Allaha edilə bilər. İnsanların dünya və axirət səadəti Onun əmr və qadağanlarına tabe olmaqla baş verə bilər. Bu bir ilahi qanundur; bunda bir dəyişmə düşünülə bilməz.

İnsan ağlı, Allah`ın şəxsini, mahiyyət və həqiqətini anlaya bilməz. Çünki ağıl məxluqdur və məhduddur. Cənab-ı Haqqın zat və sifətləri sonsuzdur. Məhdud olanın, sonsuzu əhatə edə bilməyəcəyi açıq bir həqiqətdir. Yəni, xatirə hər nə gəlirsə Allah onun bənzəməz, o deyil.

Allah`ın, zatında şəriki olmadığı kimi hərəkətlərində də şəriki  yoxdur. Bütün varlıq aləminin tək yaradıcısı, tək maliki və tək hakimidir. Səbəbləri yaradan Allah olduğu kimi, səbəblərdən çıxan nəticələri də yaradan yenə O`dur; ağacı O yaratdığı kimi meyvəni də O yaradar.

Şükür və ibadət, həmd və səna ancaq Ona məxsusdur. Möminlər tək Allah`a ibadət etdikləri kimi köməyi də ancaq Allah`dan diləyərlər: "Yalnız sənə qulluq edər və yalnız səndən kömək diləyərik." (Fatihə Surəsi, 5)

Bir günah işlədiklərində də tövbələrini birbaşa Allah`a edərlər. Çünki insanların Allah`a qarşı işlədikləri günahı Allahd`an başqası bağışlaya bilməz.

2- Mələklərə İman:

İmanın bir başqa şərti də mələklərə imandır. Hər Müsəlman iman edər ki; Cənab-ı Haqqın mələk adında lətif məxluqları vardır. Bunlar Allah`ı təsbeh edər, ayrıca özlərinə verilən digər vəzifələri də yerinə yetirərlər. Üsyansız olan bu məxluqlar bəşər kimi bir imtahana tabe deyildirlər; fitrətləri saf, özləri günahsız, məqamları sabitdir.

3- Kitablara İman:

İmanın şərtlərindən biri də səmavi kitablara imandır. İnsan, ağıl vasitəsilə Allah`ın varlığını və birliyini bilsə belə, O`nun əmr və qadağan etdiklərinin nələr olduğunu, O`na qarşı ibadət vəzifəsini necə edəcəyini, qısacası Allah`ın nələrdən razı olub olmayacağını idrak edə bilməz. Bunun üçün Cənab-ı Haqq, səmavi kitablar endirmişdir. Səmavi kitabların yüz dənəsi səhifələr halında, dörd dənəsi isə kitab halında nazil olmuşdu. Bu dörd səmavi kitab, nazil olma sırasına görə, Zəbur, Tövrat, İncil və Qur`andır.

4- Peyğəmbərlərə İman:

Bir başqa iman şərti də peyğəmbərlərə imandır. Cənab-ı Haqqın, insanları, yenə insan növündən bir peyğəmbərlə xəbərdarlıq etməsi İlahi bir qanundur.

Peyğəmbərlik bəşər üçün başlıca bir ehtiyac və böyük bir nemətdir. Cənab-ı Haqq, bu mürşid və rəhbərlərin vasitəsiylə insanlara hidayət yollarını göstərmişdir.

Peyğəmbərlərin vəzifəsi, vəhy və ilham yoluyla Cənab-ı Haqqdan aldıqları əmrləri bəşəriyyətə təbliğ etmək, dünya və axirət səadətinin yollarını onlara göstərməkdir. Bu şəxslərin iki cəhətləri vardır. Biri "qulluq", digəri "risalət"(İlahi elçilik)dir. Qulluq cəhətiylə Allah`ın əmr və qadağanlarına ən mükəmməl mənada, qüsursuz tabe olar; bu sahədə insanlara nümunə olarlar. Risalət cəhətiylə, insanlara haqq və həqiqəti təbliğ edərlər.

5- Axirətə İman:

İmanın ən mühüm bir şərti də; öldükdən sonra dirilməyə və axirət həyatına imandır. İnsanlara, bu dünya həyatında həm maddi, həm də mənəvi nemətlər lütf edən Cənab-ı Haqq, bu dünya imtahanını qazanan sevimli qullarını cənnətdə yenə həm cismani, həm də ruhani həddsiz nemətlərlə məmnun edəcək.

Payız mövsümündə ölən bütün bitkiləri və heyvanları, baharda yenidən həyata qovuşduran Allah, əlbəttə vəfat edən insanları da axirətdə yenidən dirildəcək. Bu O`nun həm rəhmətinin həm də ədalətinin gərəyidir.

6- Qədərə İman:

İmanın şərtlərindən biri də qədər imandır. Qədər iki qisimdir. Birincisi; kainatdakı hər varlığın, "zatı, şəkli və bütün xüsusiyyətləriylə" Allah`ın elmində təqdir edilməsi və buna görə yaradılmasıdır. Bu sahə imtahana mövzu deyil.

İkincisi isə; insanın cüzi iradəsinə baxar. İnsan, cüzi iradəsi ilə xeyr olsun, şər olsun hər nəyi seçər və nəyi işlərsə Allah onu yaradar. İnsan bu ikinci qisimdən məsuldur. Cənnət və cəhənnəm, insan iradəsinə təqdim edilən bu seçim haqqının meyvələridir.



07-11-2009 12:00:00