Ana səhifə

İnanclar və əməllər üzərində insan psixologiyasının, ailə və ətrafın çox təsiri vardır. Suallar hər kəsə bərabər olar, ancaq şərtlərin bərabər olmaması necə açıqlana bilər?


YazdırSend to friend

Əvvəlcə bu xüsuslara diqqət yetirmək lazımdır:

a. İmtahanın ən əhəmiyyətli xüsusiyyəti, hər kəs tərəfindən dərhal aydın olmayan suallar ehtiva edən olmasıdır.  Yəni ağla qapı açılar, lakin ağılın iradəsi əlindən alınmaz. İmtahanın bütün sualları sadə və hər kəs tərəfindən dərhal anında aydın ola bilən bir şəkildə isə, bu imtahan süni və ciddilikdən məhrum deməkdir.

b. İmtahanın ən böyük məqsədi, bilənlərlə bilməyənləri, çalışqanlarla tənbəl olanları, ağılını istifadə edənlərlə istifadə etməyənləri bir-birindən ayırt etməkdir. Buna görə, əgər göy üzündə "la ilahə illəllah" yazılaraq,  ağılın iradəsini əlindən alacaq şəkildə insanları Allaha iman etməyə məcbur edən açıqlıqda bir imtahan versəydi, Hz. Əli kimi elmin zirvəsində olan bir kimsə ilə cəhalətin simvolu halına gəlmiş Əbu Cahillik eyni səviyyədə qalmış olacaqdılar. Hz. Əbu Bəkir kimi dürüstlük və səmimiyyətin simvolu olan bir kimsə, yalançılıqla məşhur olmuş Müseyleme-i kezzap kimi bir yalançı ilə eyni nöqtəni paylaşmış olacaqdılar. Bu isə, imtahan sirrinə zidddir.

c. İlahi imtahanın -sualda ifadə edildiyi kimi- bərabərlik və ədalət anlayışı baxımından bəzi nöqtələrinin biz insanlara açıq olmaması da bir imtahan gərəyidir. Çünki, insanoğlu hər vaxt, hər an bir növ imtahana tabe tutulmaqdadır. Bu imtahanların bəzi nöqtələrinin bağlı olması yuxarıda ifadə edilən imtahanın bir gərəyidir.

O halda bizə düşən imanımızın təməl istinad qaynağı olan Quran və sünnənin işığında ağılımızı istifadə edərək mövzuya yaxınlaşmaqdır.

d. Bu pəncərədən baxdığımızda bunları söyləmək mümkündür:

- Allah ədalətlidir, əsla kimsəyə haqsızlıq etməz. Bu mövzuda bizə fərqli gələn mövzularda tək rəhbərimiz "Allah qullarına əsla zülm edəcək deyil." (Əli İmran; 182, Ənfal; 51, Həcc; 10) tərcüməsindəki ayələrdə vurğulanan gerçək olmalıdır.

- İslamda uşaqların və dəlilərin imtahana tabe tutulmamaları bu mövzudakı ilahi ədalətin açıq bir əks olunması olaraq qiymətləndirilməlidir.

- Mövzuya "Biz bir peyğəmbər göndərmədən kimsəyə əzab verəcək deyilik. "(İsra, 17/15) tərcüməsindəki ayənin vurğuladığı həqiqət pəncərəsindən baxmaq lazımdır. Şəkli nə olursa olsun, insanın gerçəkləri qəbul etməsinə mane olan sosioloji, psixoloji, bioloji, ekoloji hər hansı bir təzyiq və maneənin olması vəziyyəti, yuxarıdakı ayənin mesajı əhatəsindədir.

- İman şüuruyla mövzuya yaxınlaşdığımız zaman rahatlıqla deyə bilərik ki; heç bir elmi kəşf, Allahın ədalətini yox saya bilməz. Heç bir "inanc geni" insanın azad iradəsini ortadan qaldıra bilməz. Heç bir ətraf faktoru Allahın ədaləti ölçüsündə göz ardı edilməz. Ağılın və iradənin 100% ortadan qalxdığı bir mühitdə heç bir məsuliyyət ola bilməz. Allahın mesajını qəbul etməkdən uzaq bir atmosferdə yaşayan heç bir insan cəzaya çarpılmaz.

- Allahın verəcəyi hər cəza ədalətlidir. Allahın cəzalandıracağı hər insan günahkardır. Günahkar olan hər insan, istifadə edilə bilər bir azad iradəyə, qəbul edə bilər bir ağla malikdir.

"Gələcəyində şübhə olmayan o hesab günündə onları yığdığımız və hər kəsə qazandığı şeylər əksiksiz verilib heç kimə haqsızlıq edilmədiyi gün, vəziyyətləri necə olacaq?" (Ali imran, 3/25)

"Hər insanın işlədiyi əməl cədvəlini boyuna taxdıq. Məhşər Günü onun qarşısına, dünyada etmiş olduğu hər şeyin bir-bir yazıldığı və qarşısında açılmış olaraq tapacağı bir kitab çıxaracağıq. Oxu baxaq, seçim və hərəkətlərinlə yazmış olduğun kitabını. Bu gün öz hesabını görmək üçün şəxsən öz vicdanın yetər sənə!" deyiləcək." (İsra, 17/13-14) tərcüməsindəki ayələrdən öyrənəcəyimiz çox şey vardır.



07-11-2009 12:00:00