Ana səhifə

İnanmayanlara Allahın varlığını necə izah edə bilərik?


YazdırSend to friend

 

Fərqli dinlərə mənsub insanların başlarındakı səhv "Tanrı" inancı ilə Quranın təsvir etdiyi "Allah" arasındakı fərqlər və İslama görə Yaradıcının xüsusiyyətləri nələrdir?"

Quran bu suala çox qısa, ancaq dərin mənası olan bir surə (İxlas Surəsi) ilə cavab verir. Bu surə ilə, Allah, insanlar arasındakı çox məşhur bir səhvi düzəldir və Müsəlmanları da Xristianların düşdüyü səhvdən mühafizə edir. İxlas surəsində Allah, yuxarıdakı sualımıza, tərcümə olaraq, belə cavab verir:

 

"(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!) O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!) Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!” İhlas Surəsi, 1-4)

 

 Birinci ayə, Allahın bir olduğunu və birdən çox olmadığını söyləyərək hər cür şirki rədd edir. İkinci ayə, ONun heç bir şeyə möhtac olmadığını, ancaq hər şeyin, hər an, ONA möhtac olduğunu ifadə edir. Üçüncü ayə, üçləmə inancının səhv olduğunu, doğan və doğuran bir şeyin ilah ola bilməyəcəyini ifadə edir. (1) Dördüncü ayə, ONun yaradıcı olaraq, bütün varlıqlardan fərqli olduğunu ifadə edərək ONU hər hansı bir şeyə bənzətmənin doğru olmadığını söyləyir.

 

Kainatı saat kimi qurub öz halına buraxdığını iddia edən ateistlərə cavab verərcəsinə Quran belə deyir:

 

"Göylərdə və yerdə kim varsa, (hamısı) Ondan (ruzi, mərhəmət və mədəd) diləyər. O hər gün (hər an) bir işdədir (birini öldürər, birini dirildər; acizə kömək, zalıma zülm edər; birinin duasını qəbul edər; birinə mərhəmət əta edib digərinə cəza verər. Bir işlə məşğul olmaq Onu digərindən yayındırmaz).." (Rəhman Surəsi, 29)

 

Ayə, maraqlı bir şəkildə, bütün məxluqatın hər an Allahdan ehtiyaclarının aradan qaldırılmasını tələb etdiyini və Allahın da bu istəyə cavab verdiyini söyləyir. Ayəni sondan başa oxuduğumuzda isə, davamlı yaratma olmasaydı, varlıqların dua etməsinin bir mənası qalmazdı mənası çıxır. Yaradılan kainatın hər an Qəyyum adıyla varlıq aləmində olduğunu bu ayələr xəbər verir:

 

"Allah, özündən başqa ilah olmayan daim diri və yaratdıqlarını qoruyub idarə edəndir." (Bəqərə Surəsi, 255 və Ali imran Surəsi, 2).

 



07-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz