Ana səhifə

İnsan ağlı metafizik sahədə nə üçün gücsüz qalır?


YazdırSend to friend

Özündən daha alim bir başqa insanın elminə ağıl çatdıra bilməyən insan Rəbbinin və Xaliqinin sonsuz sifətlərini anlaya bilməməsi çox normaldır.

 

"Həqiqəti mütləq, mukayyet enzar ilə əhatə edilməz"(Sözlər)

 

Əvvəl bu sözlərə qısaca nəzər salaq. Mütləq; sərhədsiz və qeydsiz mənasını verir. Mukayyet isə qeydli, bir hədd altına alına bilən, özünə bir hüdud çəkilə bilən. "Enzar", nəzərin çoxluğu və burada nəzər ağıl mənasını verir. Əhatə isə, bir şeyi örtmək, içinə almaq, onu hər istiqamətdən və hər cəhətdən qucaqlamaq.

 

Ağıl məxluqdur. Hər məxluq isə, məhduddur. Gözümüzdə görməyi, ayağımızda getməyi, əlimizdə tutmağı, mədəmizdə həzm etməyi yaradan qüdrət, ağlımızda da anlamağı və elmi yaratmış. İnsanın beyni kimi, düşüncəsi və elmi də məhduddur. Bu elm də bir nöqtəyə qədər çata bilər, ondan kənarına keçə bilməz.

 

Əli, bu ucsuz-bucaqsız aləmi tutub çevirməkdən nə qədər aciz isə, ağılı da onun yaradıcısını haqqıyla bilməkdən ən az o qədər uzaqdır. Allahın sonsuz sifətlərini, bu məhdud ağılla əhatə etmək, yəni tam mənasıyla qavramaq və anlamaq mümkün deyil.

 

Hələ öz mahiyyətini bilməyən ağlın, Allahı anlamağa cəhd etməsi heç təcavüzdür və insanı doğru yoldan azdırar. Bu var ki, anlamaq başqa, inanmaq daha başqadır. İnanmaq bir ürək məsələsidir.

 

Ağıl, sonsuzu qavraya bilməz amma, ürək sonsuza inana bilər və sonsuzu sonsuz dərəcədə sevə bilər. Ürəklərindəki sonsuzluq mədənini işlədə bilməyənlər, ağıllarına əsir olarlar və bu əsarət onları əvvəl bədənlərinə, sonra da maddəyə və təbiətə kölə edər.

 

İnsanın nəzəri, mikroblar aləmini də görə bilməz, çox uzaq ulduzları da... Eyni şəkildə, insan ağlının da çata bilməyəcəyi qədər yüksək və dərinliyinə enə bilməyəcəyi qədər incə həqiqətlər vardır. Bunlar ağlın sərhədlərini aşarlar. Ağıl, bu həqiqətlərin ancaq var olduqlarını bilər; necə və nə qədər olduqlarını anlamağa cəhd etdimi yanılmağı qəbul etmiş deməkdir. Belə bir ağıl, anlama aləti olmaqdan çıxar, etiraz maşını olar.

 

Ağıllarına güvənən və onu yeganə ölçü qəbul edənlər, qavraya bilmədikləri həqiqətləri bu səbəblə inkar etməyi daha asan tapar və düşünməkdən gücləriylə qaçarlar.



15-11-2009 12:00:00