Ana səhifə

İnsan ağlı metafizik sahədə nə üçün gücsüz qalır?


YazdırSend to friend

Özündən daha alim bir başqa insanın elminə ağıl çatdıra bilməyən insanın Rəbbinin və Xaliqinin sonsuz sifətlərini anlaya bilməməsi çox normaldır.

Ağıl məxluqdur. Hər məxluq isə , məhduddur. Gözümüzdə görməyi, ayağımızda getməyi, əlimizdə tutmağı, mədəmizdə həzm etməyi yaradan qüdrət, ağlımızda da anlamağı və elmi yaratmış. İnsanın beyni kimi, düşüncəsi və elmi də məhduddur. Bu elm də bir nöqtəyə qədər gedə bilər, ondan kənarına keçə bilməz.

Əli, bu ucsuz-bucaqsız aləmi tutub çevirməkdən nə qədər aciz isə, ağlı da onun yaradıcısını haqqıyla bilməkdən ən az o qədər uzaqdır. Allahın sonsuz sifətlərini, bu məhdud ağılla əhatə etmək, yəni tam mənasıyla qavramaq və anlamaq mümkün deyil.

Hələ öz mahiyyətini bilməyən ağlın, Allahı anlamağa cəhd etməsi heç olmasa həddi təcavüzdür və insanı doğru yoldan ayırır. Bu var ki, anlamaq başqa, inanmaq daha başqadır. İnanmaq bir ürək məsələsidir.

Ağıl, sonsuzu qavraya bilməz amma, ürək sonsuza inana bilər və sonsuzu sonsuz dərəcədə sevə bilər. Ürəklərindəki sonsuzluq mədənini işlədə bilməyənlər, ağıllarına əsir olarlar və bu əsarət onları əvvəl bədənlərinə, sonra da maddəyə və təbiətə kölə edər.

İnsanın nəzəri, mikroblar aləmini də görə bilməz, çox uzaq ulduzları da... Eyni şəkildə, insan ağlının da çata bilməyəcəyi qədər yüksək və dərinliyinə enə bilməyəcəyi qədər incə həqiqətlər vardır. Bunlar ağlın sərhədlərini aşarlar. Ağıl, bu həqiqətlərin ancaq var olduqlarını bilər; necə və nə qədər olduqlarını anlamağa cəhd etdimi səhvi öncədən qəbul etmiş deməkdir. Belə bir ağıl, anlama aləti olmaqdan çıxar, etiraz maşını olar.

Ağıllarına güvənən və onu yeganə ölçü qəbul edənlər, qavraya bilmədikləri həqiqətləri bu və ya başqa səbəblə inkar etməyi daha asan tapar və düşünməkdən var olan gücləriylə qaçarlar.



14-02-2010 12:00:00

Düğüme özel