Ana səhifə

İnsan bədənində fəaliyyət göstərənin ruh olmadığını, beyin olduğunu; yəni insanın beyindən ibarət olduğunu iddia edənlərə necə cavab vermək lazımdır?


YazdırSend to friend

Beynin özünə xas funksiyalarının olduğunu qəbul etmək lazımdır. Ancaq, beyinin ruh olmadan bir işə yaramadığı qətidir. Ruh, göz pəncərəsindən görər, qulaq pəncərəsindən eşidər, burun pəncərəsindən qoxu hiss edər, bədən pəncərəsindən toxunmağı edər, beyin pəncərəsindən qəbul edər, idrak edər.  Ruh olmadan bunların heç biri bu funksiyaları yerinə yetirə bilməz. Lakin bunlar olmadan ruh da  həssaslıqları qəbul edə bilməz.

 

Məsələn, bir otağının içində olan kimsə, o otağının pəncərəsindən çölü seyr edər, amma seyr edən pəncərə deyil, otağının içindəki insandır. Əgər pəncərədə bir qəza meydana gələr və çölü görməyə mane olsa, bu vəziyyət içəridəki adamın da ziyan gördğü mənasını verməz. Bunun kimi, insan bədənindəki ruh, göz pəncərəsindən kainatı seyr edər. Gözdə bir ziyan olsa çölü görməyə mane olsa, belə bədəndəki ruhun da ziyan gördüyü mənasını verməz. Eyni şəkildə, ruhun, ziyana düşmüş, funksiyalarını itirmiş bir beyin, bir qulaq vasitəsilə köhnəsi kimi düşünməsi eşitməsi mümkün deyil.

 

- Materialistlər, məsələlərə tək alətlər əsasında baxırlar, işin əsas qisimiylə maraqlanmırlar. Bu səbəblə, onlara görə, göz görər, qulaq eşidər, burun qoxu hiss edər vəssalam. Bir az daha irəli gedənlər, bu işlərin beyinlə əlaqəsini qəbul etdiyi üçün bunları beynin funksiyası olaraq qiymətləndirərlər. Biz, bu vasitələri və səbəblərin varlığını qəbul edərik. Məsələn beynin ziyana düşməsi vəziyyətində, gözlərin görmə duyğusunu, danışma bacarığını itirdiyini bilərik. Lakin, biz beynin də funksiyalarını icra etməsi üçün zəruri olaraq bağlı olduğu bir mərkəzin varlığını da bilərik. İşin arxa planında bu həqiqətin varlığını -vəhyin işığında- öyrənirik.



14-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz