Ana səhifə

İnsan nə üçün yaradılmışdır? Məqsədi və hədəfi nə olmalıdır?


YazdırSend to friend

    "İnsan nə üçün yaradılmış?" sualına tez-tez şahid oluruq. Belə bir sualı özümüzə yaxud bir başqasına soruşmamız, bizim üçün böyük bir İlahi lütfdür. Belə ki: Bu sualı günəş özündən soruşa bilmədiyi kimi, bir başqa ulduz da günəşə soruşa bilmiş deyil. Yenə bu sualı bir arı bir başqa arıya, yaxud bir qoyun başqasına soruşmaqdan acizdir. Demək ki, bu problemin cavabını axtaran insanoğlu, öz varlığını istədiyi sahədə istifadə etmə mövzusunda sərbəst buraxılmış; bir axtarış içində və bu mövzuda bir imtahana tabe tutulmuşdur.

    Bu imtahanı qazanmanın tək yolu, problemin cavabını bizi yaradandan öyrənməmizdir. Bu nöqtəyə çatan insanlar həqiqətin qapısını döymüş olarlar. Və onlara Qur`an diliylə, Peyğəmbər diliylə cavabları verilər.

"Mən cinləri və insanları, ancaq mənə ibadət -qulluq- etsinlər deyə yaratdım." (Zariyat Surəsi, 56)

    Nur Külliyyatında ibadətə “marifət” mənası verilir. Bu məna üzərində çoxu təfsir alimlərimiz ittifaq etmişlər. Namaz, oruc kimi ibadətlər isə bu marifətin nəticəsidir. Yəni, insan nemətin şükr gərəkdirdiyini idrak edəcək ki, sonra bu şükr və həmd vəzifəsini yerinə yetirsin.

    İnsan, bu kâinatı dolduran İlahi möcüzələrin təfəkkür və heyrəti zərurət etdirdiklərini biləcək ki, təsbeh və təkbir vəzifəsini ifa etsin.

    İnsan, başqa insanlara mərhəmət etməsi lazım olduğunun şüuruna çatacaq ki zəkat və sədəqə vermə yolunu tutsun.

    Bütün bunlar imanın və marifətin, yəni Allah`a inanmanın və onu tanımanın meyvələridir.

    Bir mələk, bir meyvəni təfəkkür edərkən, dünənin şəkilsiz, rəngsiz elementlərinin bu gün gözəl bir varlıq halına gəlmələrini, sərt ağacdan bu yumşaq meyvələrin çıxmasını heyrətlə seyr edər. Amma o meyvənin dadını, vitaminini, kalorisini düşünə bilməz, təfəkkür edə bilməz. Çünki, istedadı buna uyğun deyil.

    İnsana bu nöqtədə tam fərqli bir qabiliyyət verilmişdir. O, ağlıyla, xəyaliylə yalnız hazır əşyanı deyil, o anda görmədiyi nə qədər şeyləri hətta keçmişi və gələcəyi düşünə bilər. Beləcə fikri, düşüncəsi, anlayışı və feyzi genişləyər. Əlinə aldığı bir meyvəni yeyərkən, o anda bir milyonu aşan canlı növünün sonsuz deyiləcək qədər çox fərdlərinin ruziləndiklərini, özünün də bu İlahi süfrədən faydalanan bir fərd olduğunu düşünə bilər və beləcə Allah`ın Rəzzaq adını küllî (ümumi) mənada təfəkkür etmə imkanına qovuşar.

    Diləsə, düşüncəsini keçmiş və gələcək zamanlara da aparar. Bütün zamanlarda və məkanlardakı hər cür neməti və onlardan istifadə edənləri, xəyalının köməyi ilə, birlikdə düşünər və təfəkkürü daha da genişləyər.



15-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz