Ana səhifə

İNSAN VƏ BAZARI


YazdırSend to friend

 Kâinatın meyvəsi olan insan, ancaq Cənâb-ı Haqqın bazarında satıla bilər. Ağacın meyvəsi ən mütəkâmil cüz (hissə) olduğundan onun müştərisi, onun aşağısında və xidmətində olan kök, gövdə, budaq və yarpaq kimi cüzlər ola bilməz. İnsanı kâinata meyvə edən Allah (C.C.) onu cənnət müqabilində satın almaq istədiyini Qur'ân-ı Kərim`ində bəyan buyurmuşdur. Cənâb-ı Haqq tərəfindən alınıb əbədi səadətə layiq ediləcək olan insan da, bu şərəfə nail ola bilmək üçün, vitrinlərini ona görə bəzəməli, tənzimləməli və təmiz saxlamalıdır. Belə ki:

    İnsan tək başına bir sərgi kimidir. Hansı bölməsinə fikrən girib, o qisimlə bağlı olan fənnin dürbiniylə tamaşa etsəniz, illər boyu orada qalarsınız. İnsanın ağıl, qəlb, yaddaş, beyin, göz, dil, mədə və sair alət və duyğularının hər biri o sərginin bir bölməsi hökmündədir. Bunlar içərisində zahirən bəsit bir sümük olaraq görünən diş üçün, stomatologiya fakültəsinin qurulmuş olması və dişi anlamağa çalışan professorların yetişməsi, insanın nə qədər qəribə sənətlərlə dolu bir sərgi olduğunu bir dərəcə ortaya qoyur. Burada üzərində durulması lazım olan ən mühüm nöqtə, insanın bu sərgini layiq olduğu tərzdə tənzim edib edə bilmədiyidir. İnsan sərgisinin göz vitrininə seyr edilməsi məşru (halal) mənzərələr, Qur'ân-ı Kərîm oxumaq, elm məclislərində iştirak etmək kimi cəvahiratlar asılarsa o vitrin gözəlləşər və Hafiz-i Rahîm olan Cənab-ı Haqqın satın almasına vəsilə olacaq bir dəyər qazanar.

   Eyni şəkildə, ağıl vitrini hikmətlərlə, faydalı elmlərlə doldurularsa gözəlləşər. Bunun əksinə olaraq insan, gözəl üzünə pis palçığı sürtərək çirkinləşdirməsi misalı kimi, bu üzvlərini məşru olmayan əməllərdə istifadə edərsə bu vitrinləri çirkinləşdirər. Bu təqdirdə hər bir vitrin bir leş yuvasına dönər. Belə bir sərginin müştərisi ancaq şeytanlar olacaqdır. Loş və pis otaqlara qara ağcaqanadların və eşşək arılarının girib çıxmaları kimi, şeytanlar da daim o sərgiyə girib çıxacaqlar.

    Bu sərgini təmiz saxlamaq üçün, tənəffüslə bədənimizə hər zaman oksigen alıb, karbon qazını çölə atdığımız kimi, ağlımızla da İlâhî və Rabbanî həqiqətləri alıb ruh və qəlbimizə əstirməyimiz və şeytanî fikirləri və vəsvəsələri def etməymiz lazım gəlir. Ancaq o zaman Cənâb-ı Haqqın cənnət müqabilində satın alacağı bir dəyər və qiymətə yüksəlmiş olarıq.

Mehmet Kırkıncı

Müəllif: 


16-02-2017 08:53:05