Ana səhifə

İnsanı öz əliylə düzəltdiyi bütlərə ibadət etmək kimi son dərəcə ağıl xarici bir yola itələyən səbəb sizcə nə ola bilər?


YazdırSend to friend

İbadət etmə və kömək diləmə insanın yaradılışında vardır. Çünki insan sonsuz aciz və möhtac olaraq yaradılmışdır.

 

Gözünə görməyi kim lütf etmiş isə günəşə də onun işıq vermiş olacağını, mədəsini yaradanın bütün ruzilərin də yaradıcısı olması lazım olduğunu, qulaqda eşitməyi yaradanın hava aləmində də səsləri xəlq etdiyini idrak etmişdir. Kənar yandan, davamlı olaraq çətinliklər içində çırpınan və xəstəliklərlə, müsibətlərlə, fəlakətlərlə boğuşan bəşər, bütün dərdləri və ehtiyacları üçün müraciət edəcək bir qapını daim axtarmışdır. Bu axtarış insanı bəzən doğruya aparmış, bəzən də tamamilə yoldan çıxarmışdır.

 

Bir Haqq elçisinə qovuşan və onun əmrinə girən bəxtiyarlar, Allaha iman etmənin səfasını sürmüşlər; hər ehtiyaclarını ona ifadə edərək, hər müsibətdən tək ona sığınmışlar.

 

Amma təəssüflə görürük ki, insanlıq aləminin böyük əksəriyyəti, bu vadidə səhvli seçimlər etmiş və öz düzəltdikləri bütlərə ibadətdən geri qalmamışlar. Bunlar da iki qrupa ayrılırlar. Bir qismi özlərini bütlərin yaratdıqlarına inanacaq qədər sadələşmiş, adiləşmiş, xeyliləşmişlər. Bütpərəst deyilincə dərhal ağla gələn də bu qrup olmuşdur. Bir qismi isə bir başa Allaha ibadət etmə və yenə ancaq ondan kömək diləməyi ağıllarına yerləşdirməmişlər. Dünyəvi işlərində nə qədər vasitəsilərə möhtac olduqları üçün, Allaha da bir başa ibadət edə bilməyəcəkləri vəhminə qapılmışlar və bütləri bu vadidə köməkçi və şəfaətçi əldə etmişlər.

 

"Biz bunlara, sırf bizi Allaha yaxınlaşdırsınlar deyə ibadət edirik." (Zumər Surəsi, 3)

 

Hüzuruna bir başa çıxıla bilməyən, özünə vasitəsiz yalvarıla bilməyən, dua edilə bilməyən bir Allah inancı, mənsublarını bütpərəst olmağa qədər aparmışdır. Demək ki, Allah inancının doğru olması lazımdır.

 

"Əgər onlara, yer və göyləri kim yaratdı deyə soruşsanız, əlbəttə Allah deyərlər." (Loğman Surəsi, 25)

 

Bu ayədə həmsöhbət, bu ikinci qrup müşriklərdir. Allaha inanmaları onları müşrik olmaqdan qurtara bilməmiş və bu səhv iman, onları Allah elçiləriylə hərb etməkdən saxlaya bilməmişdir.

 

Bir Xristian da günahları üçün birbaşa Allahın əfvinə sığınmayıb, Hz.İsanın (ə.s.) nümayəndələri yaxud vəkilləri qəbul etdiyi keşişlərə müraciət etmə ehtiyacı duyarsa, Cahiliyyə dövrü Ərəblərini bir başqa şəkliylə təqlid edir deməkdir.



11-08-2010 12:00:00