Ana səhifə

İnsanın imanını zəiflədə bilən İslami elmlər.


YazdırSend to friend

   İslam dinində öyrənilən fənlərin sayı çoxdur və əhatəsi genişdir, dərinliyinin ölçüsü yoxdur. Bir ömür bu elmləri, fənləri oxumaq üçün kifayət etməz.

   Siravi müsəlmanların bu fənlərlə maraqlanması adi hala çevrilib. Heç kəsə gizli deyil ki, bu gün hər yerindən duran - özü də fərqinə varmadan - ictihadlar edir. Lakin bilinməsi lazım olan bir həqiqət vardır ki, çoxları bunu təcrübədən keçirib.

   Bu elmlərin bəziləri müsəlmanın imanını gücləndirər, İslam dininə sevgisini artırar, elələri var ki, bu baxımdan heç bir təsiri olmaz, eləsi də var ki, əksinə imanı zəiflədər, dindən soyudar.

   Sadə əqidə, insanın imanını gücləndirir, amma əqidədə xırdalıqlara getmək imana yaxşı təsir etməz və bəzən - Allah qorusun! - insanın imanını zəiflədər, hətta şübhəyə salar.

  Fiqh elmini, dəlilləri araşdırmaq, fərqli ictihadları öyrənmək insanın imanını artırmaz, əksinə vaxtının çoxunu bu mövzularla keçirənlərin imanına pis təsir edər.

  Fəlsəfə, kəlam elmləri ümumiyyətlə bu baxımdan çox mənfi bir təsirə malikdir. Bunu təcrübədən keçirən insanlar gözəl bilirlər.

   Bir müsəlmanın imanını yaxşı mənada gücləndirəcək, ona dinin sevgisini artıracaq ən başlıca mövzular nəfs tərbiyəsi, qəlbin təmizlənməsi, əxlaqın təhzibi barədə yazılmış kitablarda və Quranın tədəbbürü üzərindən yazılmış təfsirlərdə mövcuddur. Ona görə də bizim elm tələbəsi qardaşlarımız bu kitabları oxumalı və müsəlmanlara oxutdurmalıdırlar. Biz qürbətdə hər həftə müsəlman qardaşlarımız ilə bu mövzuda kitablar oxuyuruq və təsirini görə bilirik.

Müəllif: 


10-03-2020 12:03:52

Düğüme özel