Ana səhifə

İnsanın iradəsini də Allah yaratdığına görə Allah insanın günah işləməsinə niyə icazə verməkdədir?


YazdırSend to friend

Allahu təala günah işləmə qabiliyyəti olmayan mələklərlə, heç məsul olmayan heyvanları yaratmışdır.

Bu iki varlıqdan başqa, həm mələkləri keçəcək qədər mükəmməl, həm də ağlı olmayan heyvanlardan daha aşağı olacaq qədər pis olma xüsusiyyətindəki insanı yaratmışdır.

Bu insana həm günah işləmə meyli həm də savab qazanma xüsusiyyəti vermişdir. İnsan fitrətində olan günah işləmə meylini aşıb savaba yönəldiyi təqdirdə mələkləri də keçəcək bir mövqeyə yüksələcək. Yəni onsuz da mələklər günah işləməyən bir varlıqdır. Əgər insanların fitrətində də günah işləmə meyli olmasaydı o zaman mahiyyət etibarı ilə mələklərdən bir fərqi qalmayacaqdı.

İnsan həm xeyir həm də şər işləməyə qabiliyyətli olaraq yaradılmışdır. Bu vəziyyət imtahanın gərəyidir. İnsan mələklər kimi yalnız xeyir işləməyə qabiliyyətli olaraq yaradılmamışdır. Bu səbəblə də iradəsini xeyir işləmək üzrə istifadə edən insan mələklərdən daha üstün olmaqdadır.

Allah insana xeyiri də şəri də ayırt edəcək cihazlar vermişdir. Seçmək mövzusunda da sərbəst buraxmışdır. Qırğı quşunun sərçəyə müsəllət olmasıyla necə ki sərçənin manevr qabiliyyəti artırsa insana da nəfs müsəllət olduğu üçündür ki mənəviyyatda tərəqqi etməsinə səbəb olur. İnsanı şərə təşviq edən faktorlar olmasa mələk kimi mövqeyi sabit olardı. Nəfs və şeytanın insana müsəllət olmasıyla insan imtahana tabe tutulmaqda və iradəsini doğru istifadə etsə mələklərdən də üstün bir mövqe qazanmaqdadır.

Hər nə qədər insanı şərə təşviq edən faktorlar olsa da insanın iradəsi üzərində bir bağlayıcılıqları yoxdur. İnsan azad iradəsiylə seçimini edər. Heç bir faktor xeyir mövzusunda insanın iradəsini bağlamaz.

İnsanı xeyirə də, şərə də təşviq edən faktorlar var. Ancaq yenə insan iradəsini istifadə edərək xeyirə təşviq edən faktorlardan üz çevirib şərə qaçsa, bu vəziyyətdə, şər faktorların o insanın iradəsini bağladığı mənasını verməz.

Bir mənzilin üst mərtəbəsinin lütflərlə aşağı mərtəbəsinin isə işgəncə alətləriylə dolu olduğunu və bir şəxsin bu mənzilin lifti içərisində olduğunu fərz edin. Özünə, mənzilin bu keyfiyyəti daha əvvəl izah edilmiş olan bu şəxs, üst mərtəbənin düyməsini basdığında lütfə məzhər olacaq, alt mərtəbənin düyməsini basdığında isə əzaba uğrayacaq.

Burada iradənin etdiyi tək şey, yalnız hansı düyməni basılacağına qərar verməsi və təşəbbüs etməsidir. Lift isə, o şəxsin qüdrət və iradəsiylə deyil, müəyyən fizika və mexaniki qanunlarla hərəkət etməkdədir. Yəni, insan üst mərtəbəyə öz iqtidarıyla çıxmadığı kimi, alt mərtəbəyə də öz iqtidarıyla enməməkdədir. Bununla birlikdə liftin hara gedəcəyinin təyini, içindəki şəxsin iradəsinə buraxılmışdır.

İnsanın öz iradəsiylə etdiyi bütün işlər, bu ölçüylə qiymətləndirilə bilər. Məsələn; Cənabı Haqq, meyxanaya getmənin haram, məscidə getmənin isə fəzilətli olduğunu insanlara bildirmişdir. İnsan bədəni isə öz iradəsiylə, misaldakı lift kimi hər iki yerə də getməyə uyğun bir quruluşdadır.

Kainatdakı fəaliyyətlərdə olduğu kimi, bədən içindəki fəaliyyətlərdə də insanın iradəsi olmamaqda və insan bədəni, qanunu küllü adı verilən ilahi qanunlarla hərəkət etməkdədir. Lakin onun hara gedəcəyinin təyini, insanın iradə və seçiminə buraxılmışdır. O hansı düyməni bassa, yəni hara getmək istəsə, bədən oraya doğru hərəkət etməkdə, bu səbəbdən də gedəcəyi yerin mükafatı və ya cəzası o insana aid olmaqdadır.



18-02-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz