Ana səhifə

İnsanın itirdiyi hər bir şeyin əvəzi vardır. Lakin insan Rəbbini itirərsə onun əvəzi yoxdur.


YazdırSend to friend

Günahlar din və dünyanın bərəkətini silər. Həmçinin də ömrün, ruzinin, əməlin, elmin və itaətin bərəkətini də silər. Yer üzündən bərəkətin qaçmasına səbəb yalnız insanların günahlarının səbəbidir. 

«Əgər o, məmləkətin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar (öz Peyğəmbərlərini) yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə məhv etdik». (əl-Əraf 96). 

«Əgər onlar o, yolda doğru-düzgün olub sabit qalsaydılar, Biz onlara bol yağış verərdik ki, onları bununla imtahana çəkək. Kim öz Rəbbini yad etməkdən üz çevirsə, Allah onu məşəqqətli bir əzaba düçar edər». (əl-Cinn, 16-17). 

Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur: «İnsan etdiyi günahı üzündən ruzisindən məhrum qalır» . (Əhməd 5/277, Tirmizi 2/20, İbn Məcə 4042.)

Ruzinin və əməlin genişliyi onun çoxluğu ilə deyildir və həmçinin də ömrün də uzunluğu ayların, illərin çoxluğu ilə deyildir. Bunların genişliyi onda olan bərəkətlədir. Allahdan üz döndərərək başqası ilə məşğul olanın həyatı yoxdur. Əksinə heyvanların həyatı onun həyatından daha da xeyirlidir. İnsanın həyatı onun qəlbinin və ruhunun həyatıdir. Qəlbin həyatı isə, Onu yaradana ibadətlə, Onu sevməklə, Ona qayıtmaqla, Ona tövbə etməklə, Onu zikr etməklə rahatlaşmaqdadır. Əgər bir kimsə bu həyatı itirərsə artıq bütün xeyiri itirmişdir. Hətta onun əvəzinə dünyadan hər bir şey verilsədə onun yerini verməz. Hətta bütün dünya bütövlükdə bu həyatın yerini vermir. Çünkü insanın itirdiyi hər bir şeyin əvəzi vardır. Lakin insan Rəbbini itirərsə onun əvəzi yoxdur. Möhtac, fəqir möhtacsız olanla, ölü diri ilə, aciz Qadir ilə, məxluq da Xaliq ilə necə eyni ola bilər? 

Allaha asi olmaq ruzinin və ömrün bərəkətinin silinməsinə səbəbdir. Çünki günahkarların üzərində şeytan müvəkkəldir. Hökmüranlığı onların üzərindədir. Allah onu günaha və günahkarlara həvalə etmişdir. Bu üzdən də şeytanla əlaqəli və onunla birlikdə olan hər şeyin bərəkəti qaldırılmışdır. Buna görə də insan yediyi, içdiyi, miniyə mindiyi, yaxınlıq etdiyi zaman Allahı zikr edərək - Bismilləh - deməsi əmr edilmişdir. Çünki Allahın adı zikr olunduğu zaman şeytan qaçar və bununla bərəkət hasil olar. O, şey ki, Allah üçün deyildir onun bərəkəti çıxarılmışdır. Çünki tək bərəkət verən Allahdır. Allaha nisbət edilən hər bir şey bərəkətlidir. Kəlamı mubarək, Rəsulu mübarək, mömin qulu mubarək, Beyti Haramı mubarək.

Elə isə bərəkətli olan sadəcə Odur, sadəcə Ona nisbət edilən bərəkətlidir. Yəni Onun sevgisi, qulluğu, rızası bərəkətlidir. Kainat Onun Rububiyyətinə və yaratmasına mənsubdur. Ondan uzaq olan sözlərdə və əməllərdə heç bir bərəkət və heç bir xeyir olmaz. Ona yaxın olan hər bir şey isə yaxınlığına görə bərəkətlidir. 

Bərəkətin də əksi lənətdir. O şey ki, Allaha yaxındır onun bərəkəti vardır, o şey ki, Allahdan uzaqdır ondan bərəkət götrülmüşdür. Allahın lənət etdiyi yer, insan, əməl bunlar bərəkətdən və xeyirdən uzaq olan şeylərdir. Bunlarla bağlı olan hər bir şeydə də bərəkət yoxdur. Artıq Allah, İblisi lənətləmişdir və yaradılanlar içərisində də Özündən ən uzaq etdiyi də odur. Ona görə də ona yaxın olan hər şey ona yaxınlığı və onunla əlaqəsənə görə lənətlidir. Buna görə də elmin, ruzinin və ömrün bərəkətinin silinməsində günahların böyük təsiri vardır. 

İnsanın əməlindən, elmindən, şöhrətindən, ruzisindən, ömründən yalnız Allaha itaət etdiyi sayılır. Eyni ilə namazda da xuşu ilə qıldığın hissənin savabını qazanırsan. Buna görə də yer üzündə elə insanlar vardır ki, 100 yaş yaşıyır. Lakin onun yaşı 20 yaşa çatmır. Elələri də vardır ki, miliyonlarla pulları vardır lakin həqiqətdə isə 1/4-də çatmır (pulun bərəkəti olmur). Beləliklə də şan-şöhrət və elm də belədir. 

Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: 

«Dünya lənətlənmişdir. İçində olan hər bir şeydə lənətlənmişdir. Yalnız Allahı zikr etmək və (elm) öyrənən və öyrədəndən başqa» (Tirmizi 2323 Əbu Davud, Nəsai)

Müəllif: 


19-05-2019 02:52:55

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz