İnsanlar arasındakı üstünlük sıralaması, əvvəl peyğəmbərlər, sonra əshabı-kiram şəklindədir?


Əshabələr arasında fəzilət sıralaması ümumiyyətlə belə edilir:
Əvvəl ümumiyyətlə Aşərei- mübəşşərə, bunlar arasında da əvvəl dörd xəlifə; sonra ümumiyyətlə Mühacirlər, sonra Ənsar, xüsusi olaraq da Əshabı- Bədir, Şühədai- Uhud, Əshabı-Suffa, Əhli -Beyəti- Rıdvan kimi təbəqələri vardır. Bunlar bir cəhətdə iç-içə olduğu üçün böyük xətlərlə ayırmaq da çətindir. Məsələn, dörd xəlifə həm mühacirdir, həm səffi-əvvəl müsəlmanlardır, həm Bədir və Uhud gəzvəsinə (döyüşünə) qatılmış, həm Ridvan ağacının beyətində olmuşlar.
Ən məşhur sıralamada, Hakimin etdiyi şəkildə, əshabənin təbəqələri on ikiyə ayrılır:
1. Dörd xəlifə
2. Darun-Nedvədə olmuş ilk Məkkəli Müsəlmanlar
3.Həbəşistan mühacirləri
4. İlk Akabə beyətinə qatılmış olanlar
5. İkinci Akabə beyətinə qatılmış olanlar
6. Hz. Peyğəmbər (s.ə.v.)-ə Kubada yetişən ilk mühacirlər
7. Bədir gəzvəsinə qatılanlar
8. Bədir döyüşü ilə Hudeybiyə razılaşması arasında Mədinəyə hicrət edənlər
9. Ridvan ağacının altında beyət edənlər
10. Hudeybiyə ilə Məkkə fəthi arasında Mədinəyə hicrət edənlər
11. Məkkə fəthi əsnasında Müsəlman olanlar
12. Fəth günü və Həccətül-Vədada Hz. Peyğəmbər (s.ə.v.)-i görən uşaqlar (bx. Suyutî, Elfiye fi ilmi’ihadis-tashih,şerh, Ahmed Muhammed Şakir- tabatu dari’r-reca, el-Cezair, s.226).
Əhli-sünnət, təkcə hələ dünyada ikən cənnətlə müjdələnən əshabələrə deyil, bütün əshabələrə hüsnü-zənn edir, onların cənnətlik olduqlarını qüvvətlə ümid edir. Peyğəmbərlərdən sonra ən böyük mərtəbə əshabələrə aid olduğunu qəbul edirlər.
Əhli-sünnətin əsrimizdəki ən böyük nümayəndəsi olan Bədiüzzaman da, "Peyğəmbərlərdən sonra ən böyük mərtəbənin əshabəyə aid olduğunu" söyləyir. Ona görə, əshabədən sonra ən böyük mövqe Hz. Mehdinindir. Ondan sonra ən böyük mövqe dörd məzhəb imamlarınındır. Lakin, Gavsı-Azam bəzi cəhətlərdən imamlardan daha yüksək mövqelərə malikdir, amma yenə də külli fəzilət əshabə və Mehdidən sonra dörd məzhəb imamlarına aiddir. (Məktubat/23cü Məktub/3cü sual)
Düğüme özel
- Dövlət adına çalışıram, deyərək, insanlara zərər vermək günahdır? “Qurdlar Vadisi”ndəki Polad kimi dövlətə çalışmaq günahdır?
- İdarə edənlər və idarə olunanlar haqqındakı ayələr hansılardır?
- Din təhsilinə ehtiyac var?
- Məscidlərə və Kəbəyə “Allahın evi” və ya “beytullah” demək uyğundur?
- İbn Kəsir kimdir, səhv düşüncələri var?
Üzv olmaq istəyirsinizsə Bura basın.
Əgər üzv deyilsinizsə Bura basın.