Ana səhifə

İnsanlar yuxudadırlar, ölüncə oyanarlar. Hədisini necə anlamalıyıq?


YazdırSend to friend

 

İnsan yuxuda ikən gözəl yuxular görər, müxtəlif diyarları gəzər, müxtəlif yeməklər yeyər. Amma bunların hamısı oyanıq aləmdəki həqiqi şəhərlərə, həqiqi yeməklərə nisbətən bir kölgə kimidir. Onlar insanın qarınını doyurmaz, cibinə bir şeylər qoymaz. Oyandığında həqiqi sərmayəsi və həqiqi qidası nə isə onlarla baş-başa qalar.

 

Dünya da axirət həyatına görə kölgə, hətta kölgənin kölgəsi. Qəbir aləmi axirətə görə, dünya da qəbir aləminə görə kölgə.

 

Bu dünya yuxusundan ölümlə oyanacaq və həqiqi sərmayəmizi o zaman yanımızda görəcəyik. Bu isə əməlimizdən başqası deyil. Dünyada gördüyümüz halal və haram işlərə, qəbir aləmində yaxşı və pis surətlər veriləcək. Onlar da məhşərə qədər bizə yoldaşlıq edəcəklər.

 

Həşirlə, kölgə fəsli sona çatacaq və axirət dediyimiz həqiqətlər aləminə qovuşacayıq; həqiqi varlığı, həqiqi səadəti orada tapacayıq.



02-08-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz