Ana səhifə

İnsanların Allaha verdikləri adlara baxış bucağımız necə olmalıdır?


YazdırSend to friend

- Bir şeyin günah olması, mütləq onun şirk olduğu mənasını verməz. Bu səbəblə, hər şeyə şirk damğasını vurmaq məqsədəuyğun deyil.

 

- Allahın adlarının hamısı olub olmadığı; Allah və Elçisi (s.ə.s.)dan başqası tərəfindən verilib verilməyəcəyi, barəsində alimlər arasında fərqli görüşlər vardır. Bəzi alimlərə görə Kitab və sünnədə iştirak etməyən ad və sifətləri Allah haqqında istifadə etmək caiz deyil. Digər bəzilərinə görə isə, Kitab və Sünnədə olmamaqla birlikdə, Allahın şanına yaraşan sözləri bir sifət olaraq  istifadə etməkdə bir qorxu yoxdur. (bx.İbn Atiyə;  İbn Aşar; Alusi, Ta Ha Surəsinin 180-cı ayəsinin təfsiri.)

 

- Quran xaricindəki adların tamamilə vəhy olduğunu söyləyə bilmərik. Çünki, Tirmizinin rəvayət etdiyi adlar 99 dənədir. Halbuki, bəzi alimlərə görə, bu ədəd mindən çoxdur. Digər bəzilərinə görə Allahın dörd mindən çox ad və sifətləri vardır. Bir qisim təsəvvüf əhlinə görə, Allahın saysız ad və sifətləri vardır (bx. Alusi, a. g. y).

 

- Kitab və sünnədə olmamaqla birlikdə, ümmətin icmasıyla  qəbul edilən ad və sifətlərin istifadə edilməsində bir qorxunun olmadığı xüsusu, alimlərin ortaq fikiridir.

 

- Allah haqqında istifadə edilən ad və sifətlərinin əzəli olması, bu sözlərin əzəli olması mənasında deyil, bu ünvanların dəlalət etdiyi Allahın şəxs, şuunat, sifət və adların əzəli olduğu mənasını verər.



03-12-2009 12:00:00