Ana səhifə

İnsanlıq tarixi nə vaxt başladı?


YazdırSend to friend

Dünyanın bu andakı əhalisi bu mövzuda bizə bir fikir verməkdədir. İlk insan on beş min il əvvəl yaradılmış olsa, tarix boyunca ortalama ömürün həmişə 70 il olduğu qəbul edildiyində, dünya əhalisinin indi 1 trilyon olması lazımdır. Bu andakı nəzəri anlayışa görə yüz minlər il olduğu irəli sürülən insanlıq tarixinin 15 min ildən daha qısa olması lazımdır.

 

Bu da kafi gəlməməkdə, atalarımızın ilk zamanlar 600-1000 il kimi uzun ömürlü olduqlarını qəbul etmək vəziyyətindəyik. Geriyə doğru getdiyimizdə, Hz. İsa dövründə dünya əhalisinin 250 milyon qədər olduğu hesablanır (Miller, c. Tyler. "Living In the Environment" Kaliforniya A. B. D. 1975). Dünya əhalisinə təsir edən vəba kimi epidemiyalar və döyüşlərdə ölənlərin ancaq əhalinin yüzdə bir yarımına qarşılıq gəldiyi qəbul edilir. Bu vəziyyətdə insanlığın ömürünün yüz minlər il olduğu iddiası da etibarlılığını itirir. Yalnız əhali artım sürəti belə insanlığın ömürünün 10 min ili keçə bilməyəcəyini göstərir.

 

Bu günki tarix hesablamalarında istifadə edilən metod, qeyri-kafi bir metoddur. Ən etibarlı və doğru qaynaq, Quran və Hədislərin xəbərləri olmalıdır. Onsuz da elmin doğru nəticələri ilə Qurana aid həqiqətlər bir-biriylə hər vaxt razı qalmış, bir-birini çürütməmişdir... Çünki kainat və Quran, Allahın iki ayrı kitabıdır. Yetər ki hər iki kitabı da doğru anlayaq və şərh etməyi bilək. Bəzən görülən səhvlər, şərh edənlərin qeyri-kafiliyindən irəli gəlməkdədir.

 

Peyğəmbərimiz "Mən insanlığın ilkindi vaxtında gəldim." buyurur. Digər bir hədisində isə "Mənim ümmətimin ömürü 1500 ili çox keçməyəcək." buyurmuş. Günün dörddə ya da beşdə biri olan günortadan axşama qədər ki vaxtı 1500 il qəbul etdiyimizdə, insanlığın ömürünün 6000 - 7500 il arasında olduğu ortaya çıxar. Digər bir məşhur hədis rəvayətində isə bu açıqca ortaya qoyulmuşdur: "Adəmdən qiyamətə qədər insanlığın ömürü yeddi min ildir." Görüldüyü kimi bu iki hədis bir-birini təsdiqləməkdə və tamamlamaqdadır.



15-11-2009 12:00:00