Ana səhifə

İqtisad Risaləsi və Şərhi.


YazdırSend to friend

Risale-i Nur külliyyatından olan " Lem'alar" kitabından

On doqquzuncu Ləm'a(parıltı)

İqtisad Risaləsi

İqtisad və qənaətə, israf və tebzire dairdir.

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِيمِ

كُلُوا وَ اشْرَبُوا وَ لاَ تُسْرِفُوا

 

         Bu ayət-i kərimə, İqtisada qəti əmr və israfdan nəhy-i sarih surətində çox mühim bir hikmət dərsi verir. Bu məsələdə "Yeddi Nöqtə" var.

         BİRİNCİ NÖQTƏ: Xaliq-i Rahim, bəşəriyyətə verdiyi nemətlərin muqabilində şükür istəyir. İsraf  isə şükrə ziddir, nemətə qarşı xəsarətli bir təhqirdir. İqtisad isə, nemətə qarşı ticarətli bir ehtiramdır. Bəli İqtisad həm bir mənəvi şükür, həm nemətlərdəki İlahi rəhmətə qarşı bir hörmət, həm qəti bir surətdə bərəkət səbəbi, həm bədənə pəhriz kimi bir sağlamlıq vəsiləsi, həm mənəvi dilənçilik zillətindən qurtaracaq bir izzət səbəbi, həm nemət içindəki ləzzəti hiss etməsinə və zahirən ləzzətsiz görünən nemətlərdəki ləzzəti dadmasına qüvvətli bir səbəbdir. İsraf isə, zikr edilən hikmətlərə zidd olduğundan, vəhim nəticələri vardır

     ŞƏRHİ

     İqtisad (qənaət); israfın ziddi olan qənaətcil olmaq deməkdir. Yəni insanın hər məsələdə həddi aşmayıb, ehtiyacı qədərini istifadə etməkdir.

    İqtisadın mənəvi şükür olması isə, şükrə səbəb olması və şükrə qapı açmasındandır. Çünki müsrif adam, israfı ilə nemətlərin qiymət və dəyərini dərk edə bilməz. Bolluq içində olan bir adam, neməti fərq edə bilməz, fərq edə bilməyincə də hörmət edə bilməz, hörmət edə bilməyincə də şükr edə bilməz. Balığın su içində davamlı olmasından dolayı suyu fərq edə bilkmədiyi kimi, israflı bir şəkildə nemət içində üzən bir adam da neməti hiss edə bilməz, neməti hiss edə bilməyincə də şükr edə bilməz.

      Necə orucda ac qaldığımız zaman quru çörəyin fərqinə varırıq; amma əlimizdə hər növ yemək olarkən quru çörəyi idrak etməkdə çətinlik çəkirik, eyni bunun kimi iqtisad da varlıq və bolluq içində bir pəhrizdir ki; o bolluq içində nemətlərin varlığını fərq edək, hiss edək. Yoxsa mən zənginəm, mülk sahibiyəm deyib müsrifanə hərəkət etsək, bolluqdan gələn rahatlıq və nəfsi ərköyün etməsi ilə quru çörəyi bəyənmərik, bəyənməyincə də şükür etmərik. Ya da quru çörəkdəki şükür nöqtələrini görə bilmərik.

     Eyni zamanda az olan qiymətli olar, çox olan dəyərdən düşər; iqtisad nemətlərin azlığına işarə edən və hiss etdirən bir əməldir.

     Məsələn; soba içində çörəyin qiymətini bilmərik, amma çöldə bayırda ac qalsaq yarım çörək üçün nələri fəda etmərik ki. Məhz iqtisad, bolluq içində də olsa, sənə nemətin qiymətini hiss etdirən bir vasitədir. Müsrif adam nemətin qiymətini bilmədiyi üçün, nemətə hörmət də etməz, şükür də etməz. Ərköyün və bolluq içində israfa alışmış bir uşaq, əsla qiymət bilməz, daim bir pillə yuxarı nəzər etdiyi üçün, əlindəki nemətləri fərq edə bilməyib daim üsyan və nemətə qarşı küfür içində olar.

    Bir də tərbiyəli və qənaətcil yetişmiş bir uşaq, daim bir pillə aşağı baxar və əlindəki nemətlərin fərqini, dəyərini anlayar; həm nemətə həm də neməti verənə qarşı bir hörmət və şükür içində olar. Yəni şükür ilə iqtisad iç-içədir, bir-birinin lazımıdır.

     İqtisadın bədənə pəhriz olması isə; az və ölçülü yemək mənasındadır. Onsuz da iqtisad ümumi bir anlayış olub, hər şeyin ən ölçülü və ahəngli olanını etmək mənasındadır. Yemək yemənin israfı; həddindən artıq yeməkdir, iqtisadi isə; qərarında və ölçülü yeməkdir. Mədəni faydası nəzərə alınmadan necə gəldi doldurub, bədənin nizamını pozmaq, iqtisadın ziddi olan israf sinifinə aiddir. Hər sahədə olduğu kimi bu yeməkdə də qənaətli olmaq lazımdır ki sağlam olaq.

      İqtisadın insanı zillətdən, yəni alçaqlıq və dilənçilik vəziyyətindən qurtarması da eyni şəkildədir. İsraf edən adam malını tez istehlak edər və dəbdəbəli həyata öyrəşdiyi üçün az ilə kifayətlənməz, o zaman gərəksiz və israflı ehtiyaclarını təmin etmək üçün ya harama girəcək ya da üzünün suyunu töküb dilənçi vəziyyətinə girəcək. Halbuki iqtisadı (qənaəti) özünə prinsip etmiş bir adam az ilə qənaət edə bildiyi üçün, israfa və harama girməyə özünü məcbur görmür. Allah iqtisada görə, o az malına bərəkət ehsan edir, maddi baxımdan az kimi görünən o mal, mənən çox hökmünə keçir.

     İqtisad insanı insanların dilənçiliyindən qurtaran bir izzət ipidir; israf isə insanları insanlara möhtac edən bir ayaq zənciri və qandaldır. 

Zahirən ləzzətsiz görünən nemətlər nələrdir? Ləzzət necə iqtisad ilə ortaya çıxır?

      Necə ki az olan və nadir hallarda istifadə olunan şeylər, qiymətli və ləzzətli olur, bol və davamlı olan isə ülfət və alışqanlıqdan dolayı bezginlik hissi ilə, insan ləzzəti və ya dərəcəsini fərq edə bilmir. Eyni şəkildə israf və dəbdəbəli həyata içində üzən insanlar, nemətin qiymət və dərəcəsini bezginlik hissindən dolayı fərq edə bilmirlər, dolayısı ilə ləzzət də ala bilmirlər ya da cüzi ləzzət alırlar.

      Neməti ölçülü və qənaətcil bir şəkildə sərf edən insanlarda, ülfət və bezginlik hissiyyatı meydana gəlmədiyi üçün, sanki neməti ilk dəfə dadırmış kimi, davamlı bir ləzzət alarlar.

    Məhz iqtisad, nemətlərin ölçülü və qənaətcil sərf edilməsi mənasındadır, bu da insanlara ləzzət baxımından bir gümrahlıq və təravət verir. Orucda insanın aclıq hissiyyatı ilə çörəyin o möhtəşəm qoxu və dadını hiss etməsi kimi, bir növ oruc və pəhriz hökmündə olan iqtisad da nemətlərin ləzzət dərəcəsini davamlı gümrah və təzə saxlayır.

    Müsrif insan, çox nemətlərin ləzzətini unudar, qiymətini dərk edə bilməz, hətta sonunda iştahsızlığa qədər gedər.

 

"İsraf isə şükrə ziddir." ifadəsini izah edə bilərsinizmi? İsraf şükrü necə əngəlləyir?

    Şükür, nemətin fərq edilib (dərk edilib) neməti verənə minnət ilə təşəkkür etmək mənasını verir. Nemət fərq edilə bilməzsə şükür də edilə bilməz.

     İsraf, lazımsız yerə xərcləmək, malı və pulu lazımsız yerə sərf etmək, ehtiyacından çox istehlâk etmək və xərcləmək, ən lazımlı əsl vəzifələri buraxıb ən lazımsız və ya zərərli şeylərlə məşğul olaraq, ömrünü və ya gəncliyini boş yerə xərcləmək mənalarına gəlir.

    İsrafa adət etmiş bir adam, nemətin dəyərini və qiymətini anlaya bilməz; dəyər və qiymətini bilmədiyi üçün də nemətin fərqində də deyildir. Dolayısı ilə neməti fərq edə bilməyən birinin də şükr etməsi mümkün deyildir.

    Ətrafımıza diqqətlə baxaq, israf edənlərin daim şükürsüzlük içində olduğunu hətta daim şikayət etdiklərini görərik.

     Necə orucda ac qaldığımız zaman quru çörəyin fərqinə varırıq; amma əlimizdə hər növ yemək olarkən quru çörəyi idrak etməkdə çətinlik çəkirik, eyni bunun kimi iqtisad da varlıq və bolluq içində bir pəhriz ki; o bolluq içində nemətlərin varlığını fərq edək. Yoxsa mən zənginəm, mülk sahibiyəm deyib müsrifanə hərəkət edərsək, bolluluqdan gələn rahatlıq və nəfsi ərköyn etməsi ilə quru çörəyi bəyənmərik, bəyənməyincə də şükür etmərik. Ya da quru çörəkdəki şükür nöqtələrini görə bilmərik.

    Məsələn, soba içində çörəyin qiymətini bilməzsən, amma çöldə bayırda ac qalsan, yarım çörək üçün nələri fəda etməzsən. Məhz iqtisad, bolluq içində də olsa, sənə nemətin qiymətini hiss etdirən bir vasitədir.

     Müsrif adam nemətin qiymətini bilmədiyi üçün, nemətə hörmət də etməz şükür də etməz. Ərköyün və bolluq içində israfa öyrəşmiş bir uşaq, əsla qiymət bilməz; daim birpillə yuxarı nəzər etdiyi üçün əlindəki nemətləri fərq edə bilməyib daim üsyan və küfrani nemət içində olar. Bir də tərbiyəli və qənaətcil yetişmiş bir uşaq, daim özündən aşağı dərəcədə olanlara baxar və əlindəki nemətlərin fərqini anlayar; həm nemətə həm də neməti verənə qarşı bir hörmət və şükür içində olar.
 
     Xülasə, müsrif adam israf etməsi ilə nemətlərin qiymət və dəyərini dərk edə bilməz. Bolluq içində olan bir adam neməti fərq edə bilməz, fərq edə bilməyincə də hörmət edə bilməz, hörmət edə bilməyincə də şükr edə bilməz. Balığın su içində davamlı olmasından dolayı suyu fərq edə bilməməsi kimi, israflı bir şəkildə nemət içində üzən bir adam də neməti hiss edə bilməz, neməti hiss edə bilməyincə də şükr edə bilməz.
 
Müəllif: 


18-12-2016 10:19:09