Ana səhifə

İqtisad Risaləsi və Şərhi-2


YazdırSend to friend

    İKİNCİ NÖQTƏ

      Fatir-i Hakim (*bənzərsiz və hikmətli yaradan Allah), insanın vücudunu mükəmməl bir saray surətində və müntəzəm bir şəhər misalında yaratmışdır. Ağızdaki quvvə-i zâikayı (dad alma duyğusu) bir kapıcı, sinir və damarları telefon və teleqraf telləri kimi, quvvə-i zâika ilə vücudun mərkəzindəki mədə ilə bir qarşılıqlı xəbərləşmə vasitəsi, ki; ağıza gələn maddəni o damarlarla xəbər verir. Bədənə, mədəyə lazım deyilsə "Yasaqdır!" deyər, bayıra atar. Bəzən də bədənə mənfəəti olmamaqla bərabər zərərli və acı isə, dərhal çölə atar, üzünə tüpürər.

   Məhz, madam ağızdaki quvvə-i zâika bir qapıçıdır; mədə, cəsədin idarəsi nöqtasində bir əfəndi və bir hakimdir. O saraya və yaxud o şəhərə gələn və sarayın hakiminə verilən hədiyyənin yüz dərəcə qiyməti varsa, qapıçıya bəxşiş növündən ancaq beş dərəcəsi müvafiq olar, çox ola bilməz. Ta ki; qapıçı qürurlanıb, başdan çıxıb vəzifəni unudub, çoxlu bəxşiş verən inqilabçıları saray daxilinə salmasın.

     Məhz bu sirrə əsasən, indi iki loğma fərz edirik. Bir loğma, pendir və yumurta kimi qidalı  maddədən bir manat; digər loxma, ən əlapaxlavadan on manatolsa; bu iki loğma, ağıza girmədən, bədən etibarilə fərqləri yoxdur, eynidirlər. Boğazdan keçdikdən sonra, cəsədin bəsləmənməsində yenə eynidirlər. Bəlkə, bəzən bir manatlıq pendir daha yaxşı bəsləyər. Yalnız, ağızdaki quvvə-i zâikanı oxşamaq nöqtəsində yarım dəqiqə bir fərq var. Yarım dəqiqənin xətri üçün bir manatdan on manata çıxmaq, nə qədər mənasız və zərərli bir israf olduğu qiyas edilsin.

   İndi, saray hakiminə gələn hədiyyə bir manat olmaqla bərabər, qapıçıya doqquz dəfə çox bəxşiş vermək, qapıçını başdan çıxarar, "Hakim mənəm" deyər. Kim daha çox bəxşiş və ləzzət versə onu içəriyə salacaq, üsyan baş verəcək, yanğın çıxaracaq, "Aman həkim gəlsin, hərarətimi təskin etsin, atəşimi söndürsün." dedirməyə məcbur edəcək.

    Məhz, iqtisad və qənaət, İlahi hikmətə uyğun hərəkətdir. Quvvə-i zâikanı qapıçı hökmündə tutub, ona görə bəxşiş verər. İsraf isə, o hikmətə zidd hərəkət etdiyi üçün dərhal şillə yeyər, mədəni qarışdırar, həqiqi iştahı itirər. Təamların çeşidliliyindən gələn süni bir yalançı iştah ilə yedirər, həzmsizliyə səbəb olar, xəstə edər.

ŞƏRHİ

   Risalələrdən anladığım qədəriylə ləzzət üçün, məsələn bir çörək yerinə paxlava yemək uyğun deyildir. Doğru mu anladım; çox yemək haramdırmı? Bu mövzunu izah edə bilərsinizmi?

     Dünya həyatında ləzzət və kefi istəməyin bəzi şərtləri vardır.

    Birinci Şərt: Ləzzət və kef, halal dairəsində olmalıdır. Haram yollardan ləzzət və kef təqib etmək insanı cəhənnəmə yuvarlayar. Ustad Həzrətlərinin ifadəsi ilə "Halal dairəsi kefinizə kafidir, harama girməyə gərək yoxdur."  Məşru dairədə insan sərbəstdir.

    İkinci şərt: Ləzzət və keyfin mənəvi haqqı olan şükrün əda edilməsidir. Yəni insan şükür üçün halal olan hər ləzzəti istəyə bilər. Onsuz da Allah insanının mahiyyətinə min bir cihaz və lətifələri külli bir şükür edə bilməsi üçün taxmışdır. Elə isə Allah'a külli şükür edə bilməyin yolu, halal olan hər ləzzət və keyfin dadıla bilməsi ilə mümkündür. Ancaq o zaman insan Allah'ı bütün hiss və cihazları ilə tanıyıb ona görə şükür etmiş olur. Onsuz da İqtisad Risaləsinin Üçüncü Nöqtəsi'ndə bu mana izah edilmişdir. İkinci və Üçüncü Nöqtələr birlikdə oxunarsa məsələ dəqiqləşir.

     Üçüncü Şərt: Halal dairəsində də olsa israf və ifrata yol verməməkdir. Çünki bu aləm doymaq üçün deyil dadmaq üçündür. Dadmağa icazə var, amma ölçüsüz udmağa icazə yoxdur. İsrafa qaçmamaq şərti ilə ləzzət və zövq təqib edilə bilər.

    Dördüncü şərt: Sevad-əzəm deyilən insanların ümumi vəziyyətini də göz qarşısında saxlamaq. Yəni olduğu cəmiyyətin əksəriyyəti aç və səfil ikən, ləzzət və kef təqib etmək həm insanlığa, həm də müsəlmanlığa yaraşmaz. Amma cəmiyyətin ümumi vəziyyəti yaxşı olarsa ona görə ləzzət və zövq təqib edilə bilər.

    Xülasə olaraq, yuxarıdakı şərtlər daxilində insan dünya həyatının hər növ ləzzət və zövqünü  dadıb təqib edə bilər.

     Hakim isminin, iqtisadda təcəllisi (təzahürü) necə olur?

    Hakîm: Hikmətlə vəsflənmiş olan və mövcudatın həqiqətinə və hikmətlərinə bələd olan. İş və əmrləri hikmətli və yanlışsız olan deməkdir. Bu isimdə; hər şeyin hikmətli və faydalı bir şəkildə yaradılması vardır.

     Allah'ın yaratması baxımından iqtisad, hikmətli və boş yaratmaqdan münəzzəh (uzaq, təmiz)  olmasıdır. Yəni yaratdığı heç bir şeydə fuzuli (gərəksiz) və əbəs (faydasız) bir nöqtə yoxdur.

     Hikmət ilə iqtisad arasında çox möhkəm bir əlaqə var. Məsələn; tibbin ifadəsinə görə bir qaraciyərə dörd yüz ayrı vəzifə, yəni hikmət taxmaq iqtisad ilə hərəkət etmək mənasını verir. Əgər bir əzaya dörd yüz vəzifə vermək yerinə, hər vəzifə üçün bir əza yaratmış olsa idi, insanın vücudunda digər əzalara yer qalmaz və bu da hikmət və iqtisad prinsipinə uyğun bir yaratma olmazdı.

     Çox almaları bir ağacdan vermək yerinə, hər almaya bir ağac gərəksə idi, bir kilo alma yemək üçün ən az on ağac lazım olacaqdı. Bütün bu işləri düşündüyümüzdə Hakim ismi ilə iqtisad prinsipinin nə qədər bir-birinə bağlı və koordinasiyalı çalışdıqlarını görürük ...

     "Bədənə, mədəyə lüzumu yoxsa 'Yasaqdır! ..' deyər, bayıra atar. Bəzən də, bədənə mənfəəti olmamaqla bərabər, zərərli və acı isə, dərhal bayıra atar, üzünə tüpürər." İzah edə bilərsinizmi?

     Ağız və ağızdakı dad alma orqanı olan dil, bədənə girməyə hazır olan yemək və içkiləri ilk təftiş edən bir müfəttiş kimidir. Əgər yemək və içkilər bədənə zərərli bir tərkibə ya da dada sahib isə, hələ bədənə girmədən öncə ağız onu tüpürməklə əngəlləyir. Bir cəhətdən ağız və dil, bədəni zərər və pis dadlardan qoruyan gözətçi kimidir yəni.

   Hamımızın gündəlik həyatında, hələ əvvəl heç dadmadığımız pis bir dadı üzümüzü turşudaraq bayıra atdığı olmuşdur. Məsələn, zəhərli bir dərmanı təsadüfən ağzımıza almış olsaq, dil bunu dadıb dərhal bayıra tüpürmək üçün bir refleks ortaya qoyar ki, Ustad Həzrətləri bu nöqtədə dilin və ağızın bu qoruyucu vəsfinə işarə edir.

   Damarlardan məqsəd, ağız və dilin beyin ilə əlaqə və kordinasiyasını təmin edən sinirlərə işarədir. İnsan bədəninin hamısı bu sinirlər ilə döşənmişdir və beyin bütün bədən və üzvləri bu sinirlər ilə idarə edir.

    "Bu iki loxma, ağıza girmədən, bədən etibarilə fərqləri yoxdur, eynidir." cümləsini izah edə bilərsinizmi?

     Paxlava ilə pendir ağıza və mədəyə girmədən öncə, yəni süfrədə ikən insan bədəni üçün eynidir. Burada hər iki qidanın da bədən baxımından eyni olması qida dəyəri baxımındandır. Hər iki qida da bədənə girib pəhriz olma yönündən bədənə faydaları eynidir deyilmək istənilir. Yoxsa paxlavanın pendirə görə görüntüsü və gözə xoş gəlməsi daha üstün ola bilər.

    Həqiqi iştah, insanın yaşaması üçün zəruri olan yemə içmə istəyidir. Süni iştah isə insanın israflı bir şəkildə ləzzət üçün çox və ölçüsüz yemə xəstəliyidir. Qısaca həqiqi iştah yaşamaq üçün yemək, süni iştah isə yemək üçün yaşamaqdır deyə bilərik.

     Yemək üçün yaşandığında da bir çox tibbi xəstəliklər meydana gəlir. Piylənmə, şəkər, xolesterol, ürək və damar xəstəlikləri, xora, və s, .. həmişə bu süni iştahın mənfi meyvələridir deyilə bilər.

Müəllif: 


23-12-2016 08:00:41