Ana səhifə

İqtisad Risaləsi və Şərhi-3


YazdırSend to friend

    ÜÇÜNCÜ NÖQTƏ

   Öncəki ikinci nöqtədə, "Qüvvə-i zâika qapıçıdır"dedik. Bəli qəflət əhli və ruhən tərəqqi etməyən və şükür məsləyində irəli getməyən insanlar üçün bir qapıçı hökmündədir. Onun ləzzət almaq xətrinə israfa və bir dərəcədən on dərəcə qiymətə çıxmamaq gərəkdir.

   Fəqət, həqiqi şükür əhlinin və həqiqət əhlinin və qəlb əhlinin  qüvvə-i zâikası -Altıncı Söz'dəki müvazinədə bəyan edildiyi kimi, qüvvə-i zaikası İlahi rəhmətin mətbəxlərinə bir nazir və bir müfəttiş hökmündədir. Və o qüvve-i zaika da təamlar ədədincə mizancıqlarla (*kiçik tərəzilərlə) İlahi nemətlərin növlərini ölçmək və tanımaq, bir mənəvi şükür surətində cəsədə, mədəyə xəbər verməkdir.

    Məhz bu surətdə qüvvə-i zâika, yalnız maddi cəsədə baxmır. Bəlkə qəlbə, ruha, ağla da baxdığı cəhətlə mədənin fövqündə hökmü var, məqamı var.

    İsraf etməmək şərtiylə və sırf şükür vəzifəsini yerinə yetirmək və ən qiymətli İlahi ihsanların növlərini hiss edib tanımaq qeydilə və məşru olmaq və zillət və dilənçiliyə  vəsilə olmamaq şərtiylə, ləzzətini təqib edə bilər. Və o qüvvə-i zâikanı daşıyan dili,  şükürdə istifadə etmək üçün ləziz təamları seçə bilər. Bu həqiqətə işarə edən bir  hadisə və bir kəramət-i Qavsiyə:

   Bir zaman Həzrət-i Qavs-ı A'zam Şeyx Qeylani'nin tərbiyəsində, nazlı və yaşlı bir xanımın bir tək övladı var imiş. O möhtərəm ixtiyarə, getmiş oğlunun hücrəsinə; baxır ki, oğlu bir parça quru və qara çörək yeyir. O riyazətdən (*nəfsi tərbiyə məqsədilə az yemək və faydalı işlərlə məşğul olmaq) gələn zəifliyiylə anasının şəfqətini cəlb etmiş. Ona yazığı gəlmiş. Sonra Həzrət-i Qavs'ın yanına şikayət üçün getmiş. Baxmış ki, Həzrət-i Qavs, qızardılmış bir toyuq yeyir. Nazdarlığından demiş:

    "Ya Ustad! Mənim oğlum aclıqdan ölür. Sən toyuq yeyirsən!"

    Həzrət-i Qavs toyuğa demiş:

    "Kum biiznilləh!"

    O bişmiş toyuğun sümüklərinin toplanıb toyuq olaraq yemək qabından bayıra atıldığını, etimad edilən və inanılan çox zatlardan Həzrət-i Qavs kimi xariqə kəramətə məzhəriyyəti (nail olması) dünyaca məşhur olan bir zatın bir kəraməti olaraq mənəvi təvatürlə(*qüvvətli xəbər) nəql edilmiş.

    Həzrət-i Qavs demişdir:

    "Nə vaxt sənin oğlun da bu dərəcəyə gələrsə, o zaman o da toyuq yesin." (1)

     Məhz Həzrət-i Qavs'ın bu əmrinin mənası budur ki: Nə vaxt sənin oğlunun da ruhu cəsədinə, qəlbi nəfsinə, ağlı mədəsinə hakim olsa və ləzzəti şükür üçün istəsə, o vaxt ləziz şeyləri yeyə bilər...

(1) Qeylânî, Gunyetü’l-Tâlibîn s. 502; Nebhânî, Câmiu Kerâmâtü’l-Evliyâ 2:203

 

ŞƏRH

"Ruhun cəsədə, qəlbin nəfsə, ağılın mədəyə hakim olması" nə deməkdir, izah edə bilərsinizmi?

    Ruh ilə cəsəd təbiət olaraq, yəni fitrətən bir-birinə zidd varlıqlardır. Ruh, nurani və lətif bir varlıqdır. Cəsəd isə maddi və kəsif bir varlıqdır. Ruh zaman və məkan qeydindən, əngəllərindən mücərrəddir. Cəsəd isə zaman və məkan ilə bağlıdır. Ruh bir anda minlərcə işi tədbir və tərtib edəcək bir xasiyətdədir, cəsəd isə eyni anda iki işi edə bilməz. Ruh xəfif və azad, cəsəd isə kobud və qabadır.

    Ruh genişlənib və təkəmmül etdikcə cəsəd incələr, ruha qarşı müqavimətini itirər. Onun kimi lətif və nurani olmağa başlayar. Cəsəd qalınlaşıb və hökmünü icra edərsə, yəni maddə və maddi əngəllər inkişaf edib kəsafət qalib olursa, o zaman da ruh əslini itirər və sıxıntılı bir hala çevrilər. Onun üçün ruh ilə cəsəd iki fərqli rəqibdir. Bir insanda bu rəqabəti ruh qazanarsa, yəni ruh inkişaf edib hökmünü icra edərsə, cəsəd də nuraniləşər və hətta ruh kimi xəfiflik qazanar. Onun üçün Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) meraca ruhu ilə bərabər, mübarək cəsədi ilə çıxmışdır.Onun mübarək cəsədi də eynilə ruh kimi lətafət və nuraniyət qazanmışdır. Buna görə hər bir əzası ilə həm görür, həm də eşidirdi. Bu mərtəbə hər insana açıqdır amma hər kəs o mərtəbələrə çata bilmir.

    Ruhun cəsədə qalib olması, ancaq qüvvətli və təhqiqi bir iman nəticəsindəki riyazət ilə mümkündür. Buradakı riyazət, təriqətdəki riyazət mənasında deyildir. İnsan maddi həyatını Qur'an və sünnə çərçivəsinə yerləşdirərsə və sünnənin prinsipləri ilə cəsədi tərbiyə edərsə, o zaman ruh inbisat və təkəmmül edər. Maddi cəsəd də incəlib nuraniləşər.

  Məsələn sünnə ölçülərində yeyib içmək, danışmaq, yatmaq, malayani iş və davranışlardan uzaq durmaq, gözəl əxlaqlı olmaq, insanlara qarşı mürüvvət sahibi olmaq kimi hallar insanı kamilləşdirir. Təbii ki bunların təməli təhqiqi imanı əldə etməkdir. Çünki bütün bunlar təhqiqi iman üzərinə bina olunacaq şeylərdir.

    Nur tələbələri, Risale-i Nurdan təhqiqi iman dərsini aldıqları üçün ruhları maaliyat (İnsan ağlının yetişə bilmədiyi və ya çətin yetişdiyi yüksək fikir və dərin bilgilər.) şeylərdən həzz alır. Malayani və maasiyet olan şeylərdən uzaq dururlar. Bu da ruhun cəsədə qalib gəlməsində əhəmiyyətli bir ünsürdür.

    Qəlb imanın məhəlli olduğuna görə, qəlbin nəfsə hakim olmasını, imanın nəfsə hakim olması şəklində də anlaya bilərik. Çünki nəfs daim pisliyi əmr edər. İnsanın ən böyük düşməni nəfsdir. Nəfsin qarşısında müqavimət edəcək yeganə ünsür isə qəlb və imandır. Yuxarıda qeyd etdiyimiz kimi, qəlbin nəfsə hakim olması, yenə təhqiqi imana baxır. İman nə qədər qüvvətli və sağlam olsa, nəfs də o qədər təsirsiz və zərərsiz hala gələr.

   Ağılın mədəyə hakim olması da eyni şəkildə yuxarıdakı təməl mənalar ilə üst-üstə düşür. Yəni riyazət və ölçülü olmağı mədəyə və nəfsə təlim etdirəcək, öyrədəcək ağıldır. Ağıl irəlini və aqibəti görür, amma mədə və nəfs hazır ləzzətinə baxar, irəlini düşünməz. Buna görə o anda haram da olsa ifrat da olsa zövqündən əl çəkməz. Amma ağıl haram və ifratı görüb mədə və nəfsə rəhbərlik edə bilər. Zərərlərdən və ifratçılıqdan insanı mühafizə edə bilər.

 

   Məsələn bahalı bir avtomobil kasıb üçün dəbdəbəli ikən, bir iş adamı o avtomobilin istehsalını edəcək ... İsraf və İqtisatda ölçümüz nə olmalıdır? İstehsal və istehlakda vəziyyət dəyişir mi?

    Lemeat risaləsində keçən bu cümlələr bizə bir sıra ölçülər verməkdədir:

"Belə zamanda tereffühte izn-i şəri bizi muxtar buraxmaz."

"Ləzaiz çağırdıkça 'Sanki yedim' deməli. 'Sanki yedim' düstur edən, bir məscidi yemədi."

    Yəni, İnsan dünya ləzzətləri çağırdıkça sanki yedim deməli, yeməyib o xərcləri qənaət edərək, xeyirli işlərdə istifadə etməyi prinsip halına gətirməli. Necə ki birisi bu prinsip ilə bir məscid inşa etmişdir. Ləzzətlər gəlib keçicidir, lakin xeyirli işlər qalıcıdır.

"İndi isə əksəri aclığa düşdü qaldı. Tələzzüzə ixtiyar izn-i şəri qalmadı."

    Yəni, insanların əksəriyyəti aclıq və səfalət içində ikən, az bir qisim zənginin dəbdəbəli və israf içində yaşaması caiz olmaz. Yəni belə bir vəziyyət içində, ləzzəti təqib etmək İslam baxımından caiz deyildir.

"Səvad-ı Əzəm, həm əksər məsumun məişəti sadədir. Taaaddî besâtetiyle onlara tabe olmaq, min dəfə müreccahtır,

ekalliyet-i müsrifə, ya bir qisim sefiə taqaddîdə tereffüh nöqtəsində bənzəmək." ( Sözler, Lemeat.)

   Yəni, Sevad-Azam, insanların ümumi həyat standartı deməkdir. İnsanların əksəriyyətinin həyat standartı necədirsə, bizim də bu standart içində yaşamağımız tövsiyə edilir. İnsanların həyat standartı zəyif olduğu halda, yəni fəqirkən; bizim dəbdəbəli və israf ölçüsündə yaşamağımız doğru və caiz olmaz. Amma insanların ümumi vəziyyəti çox yaxşı bir standarta çatmış isə; o zaman ləzzətləri təqib etməkdə bir günah olmaz.

    İnsanın halaldan qazanıb halala xərcləməsi və madi ibadətlərini yerinə yetirməsi dəbdəbəli yaşamasına və cəmiyyətin ümumi standartının üzərinə çıxmasına rüsxət, icazə verməz. Xülasə olaraq insanların əksəri dolanışıq standartına tabe olmaq lazımdır.

   İstehsal ilə istehlak arasında fərq vardır. İnsanın bir şeyi istehsal etməsi onu mütləq olaraq istifadə edəcəyi mənasına gəlməz. Bir insan dəbdəbəli avtomobil istehsal edə bilər amma təvazökar bir avtomobil ilə kifayətlənə bilər. Bu ikisi arasında bir ziddiyət yoxdur. Istehsal etdiyi malların bazarı sadəcə İslam coğrafiyası deyildir, başqa coğrafiyalara da sata bilər. Bəzi xüsusi hallarda dəbdəbəli istifadəyə icazə ola bilər. Məsələn İslam ümmətini təmsil edən bir lider və ya bürokrat vəzifə əsnasında İslamın izzətini mühafizə etmək üçün dəbdəbəli bir avtomobilə minə bilər.

*****

     Nəfsini tərbiyə etmək üçün gələn tələbənin, nə zaman qəlbi nəfsinə, ağılı mədəsinə, ruhu də cəsədinə hökm edəcək bir vəziyyətə gələrsə, bu kəramətə nail olar deyilir. İnsanın mənən kamilliyə çatması və kəramətə nail olacaq bir məqama çatması; ancaq bu üç şərtin gerçəkləşməsi ilə mümkündür. Bu üç şərt də ancaq riyazət və nəfsi islah metodları ola bilər.

    Qeylani Həzrətləri o şəfqətli qadını, nəfsi tərbiyə və islah mahiyyətində o çətinliklərin və riyazətlərin yaşanması lazım olduğunu xəbərdar edir. Kimsə durduğu yerdə mübarizəsiz bir şəkildə övliya ola bilməz, əgər övladının toyuğu dirildəcək dərəcədə bir kamilliyə və kəramətə çatmasını istəyirsənsə, bu çətinlik və intizam müddətinə səbir göstərəcəksən deyə bir dərs verir.

Ruh, qəlb və ağılın əlaqəsini, bir-birinə necə ki təsir etdiyini, bunların nəfs və şeytanla əlaqələrini hansı risalələrdə tapa bilərəm?

   İnsanın maddi cəsədindəki əza və orqanlar, necə ki bir uyğunluq və ahəng içində işləyirsə mənəvi cəsədi hökmündə olan mənəvi duyğu və lətifələri də eyni uyğunluq və ahəng içində işləyir.

    Məsələn; maddi cəsəddə necə ki yeməyi həzm etmək prosesində, insanın bütün üzvləri, əzaları bir işi yerinə yetirir; ağız üyüdür, yemək borusu nəql edib daşıyır, mədə həzm edir, bağırsaqlar artıqları çölə atır, beyin bunları idarə edir, qəlb qanı vurur və.s.

   Eyni şəkildə mənəvi cəsədimiz də, obyektləri anlamaq və şərh etmək işində ağıl, duyğular və sair mənəvi duyğular bərabər uyğunluq və ahəng içində çalışırlar. Göz əşyanı görüb ağla göndərir, toxunma duyğusu əşyanın sərtlik və yumşaqlığını ölçüb ağla həvalə edir, burun əşyanın qoxusunu, dil dadaraq dadını, qulaq eşidərək səsini, mənəvi duyğular olan ağıl, qəlb, ruh kimi lətifələrə çatdırırlar. Ağıl və qəlbdə saxlanılan bu məlumatlar şəkillənib, insanın duyğu dünyasında rəngini alır.

   Necə ki bir alma həzm etmə süzgəcindən keçməmiş gözə vitamin ola bilmirsə xarici aləmdəki obyektlər də bu mənəvi cəsədin həzm etmə süzgəcindən keçmədən insan aləminə yerləşə bilmir.

    Necə ki zahiri aləmdə xeyir və gözəlliklərin yanında, şər və çirkinliklər bərabər, iç-içə yerləşirsə; eyni şəkildə insanın daxili aləmində və mənəvi cəsədində də, şərri və çirkinliyi təmsil və təşviq edən şeytan və nəfs bərabər mövcuddur. Xarici aləmdəki mübarizə, daxili aləmdə də eynilə mövcuddur. İnsanın ağlı, ruhu, qəlbi və vicdanı yenə insanın nəfs və şeytanı ilə davamlı savaş və mübarizə içindədir. Başqa sözlə insanın mahiyyəti geniş və mübarizəyə uyğun bir şəkildə planlaşdırılmışdır.

Müəllif: 


25-12-2016 07:37:00