Ana səhifə

İrəlidə evlənməyi düşündüyümüz adam ilə telefonla danışmaq və mesajlaşmaq caiz mi?


YazdırSend to friend

Bir Müsəlmanın başqa Müsəlman qardaşlarıyla istər qarşılıqlı istərsə virtual mühitdə olsun danışıb dərdləşməsi gözəl bir şeydir. Ancaq bu eyni cins olanlar üçündür. Bir kişinin bir qadınla danışması isə bəzi yönlərdən diqqət etməyi gərəkdirir.

Məsələn eşq, sevgi, qeybət, yalan və şəhvani hissləri oyandıran şeylərdən olsa bu qətiyyən doğru deyil. Bu mövzuda insanın evli və ya subay olması fərq etməz. Evli birinin günahı isə daha çox olur.

Lakin dini mövzularda Allah'ı, ölümü, axirəti və dini duyğu və düşüncələri xatırladan söhbətlər olsa əlbəttə bunlar qadağan olmadığı kimi savabı da vardır. Ölçünüz bu olmalıdır. Bu ölçülərlə hərəkət etdiyiniz zaman günaha girməyəcəyinizi və özünüzü qoruyacağınızı söyləyə bilərik. Ayrıca etdiyiniz işi bir də vicdanınızdan soruşmağınızı tövsiyə edirik. Vicdanınız rahat deyilsə o işdən imtina edin.

İrəlidə evlənəcək iki cütün, sadəcə yanlarında qohumlarından bir adam olmaq şərtiylə bir yerdə oturub yalnız danışmaları caizdir, hətta sünnədir. Lakin eşqbazlıq tərzi əlaqələrdə qadın və kişinin yanlarında qohumları olsa belə danışmaları caiz deyil.

Dinimiz zinanı qadağan və haram saydığı kimi zinaya aparan yolları da tıxamış və haram saymışdır.

Eyni şəkildə də internetdən tanışılan biri ilə istədiyiniz kimi havadan sudan danışmaq və çatlaşmaq caiz deyil. Əgər ona İslamiyyəti anladıb sevdirməyə çalışsanız o başqa məsələdir. Yoxsa başqa tərzdə danışıb söhbət etmək insanı yanlış nəticələrə aparacağından caiz görülməməkdədir.

Ayrıca sağlam ailələrin və ailə bağlarının qurula bilməsi və təsis edilə bilməsi üçün, evliliyin sağlam təməllərə dayandırılması lazımdır. Bu səbəblə  İslamiyyət görücü üsulunu təşviq etməklə bərabər, namizədlərin bir-birləriylə görüşməsini də əsas qəbul etmişdir.

Buradan yola çıxaraq deyə bilərik ki, bir-birlərini heç tanımayan və ailəvi də tanış olmayan iki adamın, internetdə bir-birlərinə verdikləri ifadələrə güvənib də evlilik kimi ciddi bir işə meyil etməmələri lazımdır. Çünki, bu şəkildəki bir tanışlıq hüsran ilə nəticələnə bilər. Bizim qənaətimiz sizin və ya hər hansı bir insanın belə bir üsulla evliliyi seçməməsidir.

Qadın ilə kişi birlikdə olarkən diqqət edilməsi lazım olan mövzular nələrdir? Qız dostlarla danışmanın bir eybi varmı? Qadın ilə kişi arasında caiz olmayan hallar nələrdir?

Evlənmədən əvvəl, evləniləcək namizədlə görüş zamanı ölçülər nələrdir?

İstədiyim biri bəzi bəhanələr gətirib mənim ilə haram olan bir yaxınlıq edir. Mənə nə tövsiyyət edirsiniz ?



31-08-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz