Ana səhifə

İslam aləminin bu günki cahilliyini və geri qalmışlığını bəhanə edərək İslama qarşı çıxan ətraflara cavab verə bilməmiz üçün İslamın elmə verdiyi əhəmiyyət haqqında bir az məlumat verərsiniz?


YazdırSend to friend

Tərəqqinin qaynağı elmdir. İnsanlar üçün qaçınılması lazım olan ən böyük düşmən cahillikdir. Çünki bütün tərəqqi və təkamüllərin qaynağı cahillikdir. Quran, yüzlərlə ayəsində insanları dini və dünyəvi elmləri öyrənməyə təşviq edər. Bunlardan ikisini təqdim edək:

"Heç bilənlərlə bilməyənlər bir olar?" (Zumər Surəsi, 9)

"Əgər bilmirsinizsə, zikr (elm) əhlinə soruşun" (Nəhl Surəsi , 43)

 

Peyğəmbərimizin elmə təşviq edən bir çox hədisi vardır. Bunlardan bir neçəsi belədir:

"Beşikdən məzara qədər elm təhsil alın."

"Hər şeyin bir yolu var. Cənnətin yolu elmdir."

"Elm Çində belə olsa, gedin, alın. "(Beyhaki, Şuabu'l-İman, Beyrut, II. 254 )

"Hikmət möminin malıdır. Harada tapsa alar." (Tirmizi, Elm 19)

"Qadın və kişi hər Müsəlmana elm öyrənmək fərzdir." (İbn Macə, Müqəddimə, 17)

Bilindiyi kimi, Peyğəmbər Əfəndimiz, Mədinədəki ilk iş olaraq məscid ilə birlikdə mədrəsəsini təsis etdi. O mədrəsədə oxuyan o günün tələbələrinə "əhli suffa" deyilirdi. Bunlar bütün həyatlarını elm və mədəniyyətə vermişdilər. Günümüzə qədər gələn bütün İslam məktəb və mədrəsələrinin təməli bu Suffa Mədrəsəsidir.

 

Əgər din inkişafa mane olsaydı, əsri səadətdəki gözlər qamaşdıran o tərəqqi, Avropanın ustadı olan Əndülüsdəki o təkamül, dünyanı heyrətləndirən Səlcuqlu və Osmanlı mədəniyyətləri bədənə gələ biləridimi! İslam aləmində İmam Qəzali, İbni Sina, Farabi, İmam Rəbbani, Mövlana Cəlaləddin Rumi kimi minlərlə alim yetişə bilərmiydi!

 

Müsəlmanların İslam ruhundan uzaqlaşdıqları, daha doğrusu, planlı bir şəkildə uzaqlaşdırdıqları son bir əsrlik dövrü əsas alıb, on dörd əsrin bütün tərəqqi və təkamüllərini görməzlikdən gəlmək insaf ölçülərinə sığmaz.



19-11-2009 12:00:00