Ana səhifə

İslam dinindəki qadağanlar, o biri dinlər üçün də etibarlıdır? Müsəlman olmayanlar, İslamın hökmlərindən məsuldur?


YazdırSend to friend

Matüridilər, Müsəlman olmayanların ibadətləri ilə mükəlləf olmadıqları fikirindədirlər. Onlar küfrlərindən ötəri cəza görərlər. Lakin ibadəti etmədiklərindən ötəri cəza görməzlər.

 

Əşarilər, Müsəlman olmayanların ibadətlə mükəlləf olduğu fikirindədir. Onlara görə müsəlman olmayan bu səbəblə, yəni ibadətləri etmədiyindən ötəri də cəza görərlər. 1

 

Matüridiler, Peyğəmbər (s.ə.v.)-in bu hədisi şərifini özlərinə dəlil olaraq göstərərlər:

 

"Hz. Peyğəmbər Muaz b. Cebeli Yəmənə göndərdiyi zaman: " Yəməlilərə Allahdan başqa ilah olmadığına şahidlik etmələri üçün dəvət et, əgər buna razılıq etsələr, yəni şahidlik gətirsələr o təqdirdə Allahın onlara beş vaxt namazı fərz etdiyini bildir." deyə söyləmişdi.

 

Burada razılıq etmələri və razılıq etdikdən sonra da üzərlərinə ibadəti əmr etmək arasında bağ vardır. Yəni Matüridiler razılıq yoxsa ibadətin ifası da yoxdur deyirlər.

 

Əşarilər isə, bu mövzuya bu ayəni dəlil göstərirlər: "(Kafirlərə) Allahu Təala soruşar. Sizi Cəhənnəmə soxan şey nədir? Onlar da biz namaz qılanlardan deyildik, deyə cavab verərlər. "2 Yəni onların ibadətləri tərk edişləri, alova girmələrinə səbəb olur.

 

Matüridilər isə, cavab olaraq deyirlər ki, ayədə, əsl məna belədir. "Biz namazın fərz oluşunu etiqad edənlərdən deyildik. Əzab da etiqadı tərk etdiklərindən ötəridir. Yoxsa İbadəti tərk etmələrindən ötəri deyil. "3

 

Haşiyələr:

1. Şeyhzade, Nazmül-Feraid, s. 58.

2. əl-Muddəssir 74/42-43.

3. Şeyhzade, Nazmül-Feraid, s. 58.



02-08-2010 12:00:00